Qarabag Media
Haqqımızda Əlaqə

Sürücülərə ŞAD XƏBƏR - Bu vəsiqə ilə xaricdə maşın sürə biləcəksiniz


Tarix:11-10-2018, 00:02 Kateqoriya:Manşet / Gündəm

Sürücülərə ŞAD XƏBƏR - Bu vəsiqə ilə xaricdə maşın sürə biləcəksiniz

Artıq Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bbildirib ki, həqiqətən də ölkəmizdə beynəlxalq sürücülük vəsiqələrinin verilməsi həyata keçirilir:

“Bu addımın atılması həm Konvensiyanın 7-ci Əlavəsi ilə tövsiyə olunur, həm də bəzi ölkələrdə vətəndaşlarımızın üzləşdikləri problemi həll edir. Belə ki, bəzi xarici dövlətlərdə vətəndaşlarımız avtomobil idarə edəndə, yaxud icarəyə avtomobil götürmək istəyəndə onlara milli sürücülük vəsiqələrində olan yazılarda latın əlifbasında olmayan bir neçə hərf səbəb gətirilərək bundan imtina edilir və ya irad bildirilirdisə, artıq məlumatları 9 xarici dildə göstərilən bu vəsiqələr beynəlxalq standartlara uyğun olmaqla bütün xarici ölkələrdə keçərlidir. Yəni Azərbaycanda milli vəsiqəyə malik alan hər bir vətəndaşımız beynəlxalq sürücülük vəsiqəsi də əldə etməklə istənilən dövlətin ərazisində rahatlıqla avtomobil icarəyə götürə və idarə edə bilər”.

Kamran Əliyev bildirib ki, istənilən Azərbaycan vətəndaşı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək beynəlxalq sürücülük vəsiqəsi ala bilər.

Belə vəsiqələr yalnız milli sürücülük vəsiqəsi olan, eləcə də ilk dəfə sürücülük hüququ əldə etmiş şəxslərə milli sürücülük vəsiqələri ilə eyni vaxtda verilə bilər. Şöbə rəisi onu da vurğulayıb ki, milli sürücülük vəsiqəsi olmayanlar beynəlxalq vəsiqəni əldə edə bilməzlər. Çünki beynəlxalq sürücülük vəsiqəsini harasa təqdim etdikdə milli vəsiqə də mütləq təqdim olunmalıdır. Bunsuz beynəlxalq vəsiqənin heç bir hüququ qüvvəsi olmur. / Sputnik

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb