Qarabag Media
Haqqımızda Əlaqə

Hüquqi dövlət və vətəndaş cəmiyyəti


Tarix:15-11-2015, 22:42 Kateqoriya:Manşet / Yazarlar

Hüquqi dövlət və vətəndaş cəmiyyəti

Elşən NAĞIYEV
Hüquqi dövlət elə bir idarəetmə formasıdır ki, dövlətin özü, bütün ictimai qurumlar, ayrı ayrı fərdlər hüquqa hörmət edir və ona eyni münasibətdədirlər. Hüquq bu vəziyyətdə dövlətin, cəmiyyətin və fərdlərin qarşılıqlı münasibətlərinin qanunauyğun tənzimlənməsini həyata keçirir.

Hüquqi dövlətin prinsipləri

1. Müvafiq obyektiv hüquqa uyğun qanunvericilik sisteminin yaradılması.

2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada insanların hüquq və azadlıqlarının təmin olunması.

3. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə üzrə bölgüsü; Hakimiyyətin budaqları bir-birindən asılı olamadan konstitusiya səlahiyyətlərindən istifadə etməklə fəaliyyət göstərməlidir.

4. Bütün normativ aktlar, qanunun aliliyi əsasinda yaradılır və həyata keçirilir.

5. “Hüquqi dövlət” anlayışı dövlət hakimiyyətinin konstitusiya normalarına tabe olmaqla, ayrı-ayrı fərdlərin hüquqları dövlətin şəxsində qorunmalıdır. Hüquqi dövlət öz-özünə daimi norma və qaydaların kompleksini müəyyən dərəcədə məhdudlaşdırır.

Dövlət ona görə hüquqi olur ki, o hüququn hakimiyyəti altına düşür, hüquq dövlət qarşısında üstünlüyə malik olur.

Hüquqi dövlətdə onun fəaliyyətinin dəqiq və aydın formaları, yolları və mexanizmləri vətəndaşların azadlığının qanunlarla qorunmasına yönəlir.

Hüquqi dövlət ümumi tələblərə cavab verməlidir.

Bütün sinif və sosial təbəqələrin başlıca maraqlarına uyğun qanunvericiliyin, cəmiyyətdə mənəvi-psixoloji vəziyyət və ictimai-iqtisadi inkişaf tendensiyaları;

Məhdud şəkildə qanunvericiliyin praktiki prosesin kontekstində ümdə olan problemlərin həlli;

Mövcud qanunvericilik ciddi şəkildə konstitusiyaya uyğun olmalıdır;

Qaydaların normativ aktlara münasibətdə praktik qanunun aliliyinin təmin edilməsi;

Qanunvericiliyin dinamikliyi və stabilliyinin dialektik vəhdəti;

Hüquqi yaradıcılıq prosesində vətəndaşların iştirakının işlənmiş demokratik prosedurarın mövcudluğu;

İctimai rəyin nəzərə alınması;

Mübahisəli və münaqişəli vəziyyətlərin həlli və mükəmməl hüquqi mexanizmin olması, hüquq və subyektləri arasında bütün səviyyələrdə qurumun analitik, dövlət və sosial strukturlarda yuridik həlli;

Vətəndaşların hüquqi mədəniyyəti və hüquqi biliklərin yüksək səviyyəsi.

Beləliklə hüquqi dövlət təmin edir

Hüququn və qanunların aliliyi;
İnsan hüquq və azadlıqlarının qorunması və təminatı;
Hamılıqla qanun və məhkəmə qarşısında bərabərlik.
Hüquqi dövlətin səmərəli fəaliyyət göstərməsi ondan bərabərhüquqlu tərəfdaşın mövcüdluğunu tələb edir, hansı ki, bu rolda məhz vətəndaş cəmiyyəti çıxış edir.

Vətəndaş cəmiyyəti ayrı ayrı şəxslərin bir biri ilə qarşılıqlı münasibətlərində mütləq azadlığı təşkil edir.

O, ictimai, iqtisadi və mədəni şəkildə özünü göstərir, hansı ki, azad fərdlərin maraqlarını və fərdlərin seçimini təmin edir.

Vətəndaş cəmiyyəti bizim dövrün ixtirası deyil. Vətəndaş cəmiyyəti ideyası Qədim Yunanıstanda və Romada mövcud olmuşdur. Yalnız XVII əsrdə ingilis filosofu Tomas Hobbs özünün “Vətəndaş haqqında” və “Leviafan” əsərlərində vətəndaş cəmiyyətinin konsepsiyasını təsvir etmişdir.

Sonrakı dövrlərdə vətəndaş cəmiyyəti ideyası C.Lokk, J.J.Russo, İ.Kant və başqa mütəfəkkirlər tərəfində inkişaf etdirilmişdir.

Vətəndaş cəmiyyətinin strukturu

Qanunverici və hökumət orqanları yanında yaradılan, lobbi təşkilatları(komutələr, komisiyalar və şuralar);

İctimai-siyasi təşkilatlar və hərəkatlar (hüquq müdafiəçiləri, sosial, iqtisadi ekoloji və s);

Sahibkarlar ittifaqları, istehlakçılar birlikləri, xeyriyyə fondları;

Elmi və mədəni təşkilatlar, idman cəmiyyətləri;

Bələdiyyələr, seçici birlikləri, siyasi klublar;

Müstəqil kütləvi informasiya vasitələri:

Dini qurumlar;

Ailə və s.

Vətəndaş cəmiyyətinin yaradılmasında vacib amillər aşağıdakılardır;

Çoxşaxəli iqtisadiyyat, müxtəlif mülkiyyət formaları və tənzimlənən bazar münasibətləri.
Siyasi hakimiyyətin səlahiyyətlərinin desentralizasiyası, hakimiyyətin bölünməsi, siyasi plüralizm, vətəndaşların dövlət və ictimai işlərdə iştirakı, qanunun aliliyi və hər kəsin onun qarşısında bərabərliyi.
Mənəvi ideologiyanın və dünyagörüşünün olmaması və vicdan azadlığı.


Beləliklə, vətəndaş cəmiyyəti – bu ictimai münasibətlərin, formal və qeyri formal strukturların (qruplar, kollektivlər), spesifik maraqların birləşmiş (iqtisadi, etnik, mədəni) məcmusudur. Bütün bunlar insanın həyat fəaliyyətini təmin edən və müxtəlif maraq və təlabatların dövlətdənkənar təmin edilməsidir.

Vətəndaş cəmiyyəti və dövlət biri-birini tamamlayır və biri-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildir, çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər.

İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.

Bu mexanizm üç elementdən ibarətdir:

Hakimiyyətin qanunverici, icraedici və məhkəmə olmaqla bölünməsinin prinsipləri həyata keçirilir;
Hakimiyyət orqanlarına seçkilərdə partiyaların qarşılıqlı əlaqələr sisteminin yaranması;
Dövlətin və cəmiyyətin arasında mövcud olan əlaqə və münasibətlərin inkişafında müxtəlif təşkilatlar, komutələr və komissiyalar iştirak edirlər;
Belə mexanizm dövlətin və vətəndaş cəmiyyətinin uzun sürən təkamülü nəticəsində yaranmışdır.

Siyasi sistemin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün yeganə yol dövlətin və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqə və münasibətlərində, üstünlük güclü dövlət və onu tamamlayan vətəndaş cəmiyyətinin fəaliyyəti olmalıdır.

Dövlət öz funksiyalarını yerinə yetirə bilməyəndə, onu süni şəkildə ləğv edəndə, bu dövlətin zəifliyini göstərir. Həddindən çox asılılığı olmayan, nəzarətdən kənar cəmiyyət də, özünün zəifliyini biruzə verir.

Bu problem hazırki dövrdə Azərbaycan üçün xüsusilə aktualdır. Çünki bu gün ökəmizdə qaninverici, icraedici və eləcədə məhkəmə hakimiyyəti müstəqil fəaliyyət göstərə bilmir. Bütün səlahiyyətlər icra hakimiyyəti tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir. “Dördüncü hakimiyyət” adlanan mətbuat ciddi təzyiqlərə məruz qalır. Konstitusiyaya əməl olunmur, qanunlar işləmir, vətəndaşların hüquq və azadlıqları ciddi şəkildə məhdudlaşdırılır.

Bütün bu problemlər Azərbaycanda hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafında ciddi problemlərin olmasını göstərir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında