Qarabag Media
Haqqımızda Əlaqə

Erməni milyonçu Paşinyana qarşı ittifaq yaradır


Tarix:6-10-2018, 14:23 Kateqoriya:Manşet / Dünya

Erməni milyonçu Paşinyana qarşı ittifaq yaradır

“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni oliqarx və milyonçu, Serj Sarkisyanın istefasından sonra baş nazir olmaq barədə Moskvanın təklifindəm imtina edən Qaqik Çarukyan növbədənkənar seçkilərdə geniş tərkibli blokla iştirak üçün parlamentdənkənar siyasi qüvvələrlə intensiv danışıqlar aparacaq.

Karabakhmedia.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti yazıb. Qeyd olunur ki, Qaqik Çarukyan mümkün müttəfiqləri sırasında “İrs” partiyası, Ermənistan Ümummilli Konqresi, Andrias Qukasyan, Samvel Babayan, keçmiş müdafiə naziri Seyran Ohanyan, “Ermənistan milli konqresi” və digər kiçik partiya və vətəndaş hərəkatları daxildir.

Həmçinin, Qaqik Çarukyan Ermənistanda Serj Sarkisyan hakimiyyətinə qarşı silahlı qiyam qaldırmış “Sasna Tsrer” qruplaşmasına da əməkdaşlıq təklif etmək qərarına gəlib. Çünki məhz “Çarukyan bloku” və şəxsən Qaqik Çarukyanın verdiyi zəmanət nəticəsində həmin qruplaşmanın bir çox üzvləri həbsdən azad olunub.

“Jamanak” onu da yazır ki, Çarukyan Robert Koçaryanın bir nömrəli biznes ortağı olmasına baxmayaraq, siyasi meydanda da onunla birləşəcəyi hələ bilinmir. Lakin istənilən halda, hakimiyyətə gələrkən baş nazir Nikol Paşinyana dəstək verən “Çiçəklənən Ermənistan”ın indi ona qarşı olduğu artıq faktdır./AzVision.az/

Leyla Elbrusqızı










SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ