Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədovun anım günüdür


Tarix:25-09-2018, 23:10 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədovun anım günüdürƏhmədov Natiq İlyas oğlu 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur.

Ailələri Kosalar kəndindən Ağdamın Novruzlu kəndinə köçəndə Natiqin 6 yaşı var idi. O, elə burada böyüyüb boya-başa çatdı. Orta məktəb... Sonra Kalininqrad şəhəri... Artilleriya hissəsində hərbi xidmət... Natiq 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət burada qalıb işləyir. Vətən çəkir onu. Novruzluya qayıdıb üzümçülük kolxozunda çalışır
.
Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlif idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu.

Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini - karateni öyrənmişdi.

O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəliş son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər.

N.Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi. Neçə dəfə ermənilərlə əlbəyaxa da olmuşdu.

26 sentyabr 1991-ci il... O, xidmət yoldaşı Əli ilə Əsgərandan keçib Xocalıya öz iş yerinə getməli idi. Ancaq iki dost, iki silahdaş iş yerinə gedib çıxa bilmədi. Əsgəran qalasına yaxınlaşanda Əlinin idarə etdiyi maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Vətəni canlarından artıq sevən bu iki gənc qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb
Türkiyənin gerçək Polat Alemdarı: Abdulla Çatlı – “FM 30-31” sirrini bilənlər ölür
Terrorçu Mixail Avaqyanla bağlı Gürcüstana etirazlar davam edir- üç dildə məktub ünvanlandı
Deputatlar Baş nazirin qərarını anlamadılar: “Yaxşı bəs o meyvələri meşələrdən kim yığacaq?”
Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi
Tanınmış ilahiyyatçı Tural İrfan: "Zəlzələnin dəhşəti və ya dəhşətin zəlzələsi"
Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür - VİDEO
Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ olub
“Facebook”a bu gündən yeni funksiya gəlir
Acı həyat hekayəsi
Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər