Qarabag Media
Haqqımızda Əlaqə

Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTO


Tarix:24-09-2018, 23:47 Kateqoriya:Manşet / Mədəniyyət

Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTO

Niderlandda yaşayan azərbaycanlı rəssamlar Rasim Hüseynovun və Vəfa Rüstəmovanın Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində sərgisi açılıb.

Diaspora üzrə araşdımaçı jurnalist Elnur Eltürkün verdiyi məlumata görə, tədbiri Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər üzrə müvəkkili Cəlal Mirzəyev açıb. 28 əsərin nümayiş olunduğu sərgidə Niderlandda yaşayan həmvətənlərimiz, türk icmasının münayəndələri, niderlandlılar iştirak ediblər. Sərgi Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Sərgi müzakirələrlə davam edib. Sərgidə iştirak edən Niderlanddın “Diplomat maqazin” saytının müxbiri Roy Strik təəssüratlarını bölüşüb:

“Sərgidə rəssam Rasim Hüseynov və Vəfa Rüstəmovanın rəsm əsərləri nümayiş edildi. Hər iki rəssam Azərbaycanda, Almaniyada və Fransada məşhurdur. Cütlük 18 ildir Niderlandda yaşayır. Onların bədii üslubları bir-birindən çox fərqlənir. Rasim Hüseynov rəsm əsərlərində simvolik rəmzlərdən və dini simvollardan ilhamlanır. Qadın başlı bir quşun təsviri rəsm əsərlərində tez-tez istifadə olunur və universal sülhüm rəmzi hesab edilir. Vəfa Rüstəmova rəsm əsərlərin daha böyük formatda olur və bir qədər mozaikanı xatirladır: olduqca rəngarəng və ekspressionistikdir. Bu iki rəssamın ümumi cəhəti odur ki, onlar öz əsərlərində ənənəvi və mədəni cərəyanlardan istifadə edirlər”,-deyə müxbir yazır.
Qonaqlara Azərbaycan mətbəxinin müxtəlif ləziz təamları təklif edilib.
Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu