Qarabag Media
Haqqımızda Əlaqə

"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"


Tarix:22-09-2018, 00:19 Kateqoriya:Manşet / Siyasət

"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"

Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, bir milyondan çox köçkün və qaçqınımız var, Azərbaycan uğurla inkişaf edir və inkişaf üçün çox gözəl perspektivlər var. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir".

İlham Əliyev bildirib ki, bu il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir: "Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni, bu, məsələnin beynəlxalq hüquqi tərəfidir".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
“İQLA” kompleksindən döyüş atışları icra edildi - VİDEO
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov
“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO
Yeni brendimiz təqdim olunub
Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb
Əməkdar artist Ehtiram Hüseynovun doğum günüdür
ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı
Xarici casus həbs edildi – DTX-dən əməliyyat (FOTO)
Krım terrorunun qurbanlarının sayı artır
Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı
Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib
Millimizdən ilk qələbə
ABŞ və Türkiyə razılığa gəldi — Keşiş Branson azad ediləcək
Laçında tapşırın torpağa məni...
Bu bədxahlar “kəşflərimizi” görməzdən gəlirlər
Yenə leysan xəbərdarlığı edildi
İlham Əliyev şimal bölgəsinə səfər edib