Qarabag Media
Haqqımızda Əlaqə

Bumeranq...


Tarix:15-11-2015, 11:01 Kateqoriya:Manşet / Yazarlar

Bumeranq...

Elbrus ORUCOV
Birdən birə niyə terroristlər partlayışlar törədib günahsız insanları öldürsün axı? O terror təşkilatlarından ya da üzvlərindən bunu soruşduğunuzda sizə” özlərincə” bir ton səbəb söyləyərlər.Bu səbəblərin əksəriyyəti, sizin onsuz da gözlədiyiniz, almağı ümid etdiyiniz cavablardır. Buna görə təəcüblənməzsiniz. Sizin onlara haqq verməniz “insanî” olaraq- mümkün olmasa da, bu onları elədə narahat etmir. Nəticədə özləri o hərəkətin edilməsinin vacibliyinə özlərini inandırmışlar. Qəti inanclı birinə də siz nə desəniz deyin, o yenə bildiyini oxumağa davam edəcək. Çünki bir terroristin “yaranmasının” yeganə yolu “yox etmək” dir. O da bunu edir.

Əsas sual bu olmalıdır: Beynəlxalq bir terror hərəkatı kimin işinə fayda verir? Əgər bu suala cavab verilsə, hərəkəti reallaşdıran terror təşkilatının və onun məqsədinin ikinci plana düşdüyünü, o terror təşkilatının, provayder gücün bir “peşkası” olduğu ortaya çıxacaq. Digər tərəfdən, bir terror təşkilatının, o provayder gücün mütləq bir maşası olması lazım deyil. Özüncə bir hərəkət edər, kənara çəkilər. Lakin, provayder güc bunu da fürsət bilərək, o hərəkətdən maksimum ölçüdə fayda əldə etməyi bacarar. Əkiz Qüllələrə hücum sonrası Amerikanın Orta Şərqdə nələr etdiyi göz önünə alınsa, nə demək istədiyim asanlıqla anlaya bilərsiniz.
Bəs, Fransadakı hadisəni üstlənən İŞİD -i bir kənara qoysaq, bu hadisə və sonrasının kimlərə fayda verəcəyini düşünmək lazımdır.

“Mömin” aktivistlər bir kənara, o təşkilat əslində kimlərin, hansı qüvvələrin dəyirmanına su tökmüş ola bilər. Qısacası bu təşkilat, bu dəfə də kimin “peşkalığını” etmiş ola bilər?

Bu gün hər kəs, birbaşa olaraq Fransadakı hadisənin Suriyalı qaçqınların Avropaya gəlməsinin qarşısının alınması oluduğunu düşünür.Əslində isə məsələ bu qədər bəsit deyil.

Məsələn, Fransanın Fələstinlə iqtisadi müqavilələr imzalayacaq olmasından narahat olan İsrail, Fransız ictimaiyyətinin müsəlmanlara qarşı reaksiyasını yoxlamaq və Fransa hökümətinin müqaviləni imzalamağından imtina etməyi üçün bu addımı atmış ola bilərmi?

Fransadakı terror hadisəsinin və sonrasındakı hadisələrin ölkəmizdə gündəmi işağl etməsi də ayrıca təhlilə möhtacdır .Hadisəni qınayanlar da oldu, dəstəkləyənlər də. Amma gördük ki, hər iki tərəf də bunu edərkən “öz” düşüncəsi ilə deyil, “ideoloji” dünyagörüşüylə mövzuya yaxınlaşırdılar. Terror hadisəsini həyata keçirdən “İslami” bir təşkilata mənsub olduğu üçün liberal və solçu seqmentlər başqa bir baxımdan reaksiya göstərdilər.

Bir üçüncü kəsimdə var ki, “terror mövzusunda”digər ikisindən daha səmimiyyətsiz olanlardı. “Mən terrora qarşıyam, amma …” deyə cümləyə başlayan, sonra o hadisəni bir şəkildə “haqlı” görən kəslərə rast gəldik.

Terrorun “bumeranq” xüsusiyyəti də vardır. Bir gün dönər gələr sizi də tapar və heç fərqində olmadan, qəflətən pəncəsinə alar. “Mənimkilər etsə yaxşı, digərləri etsə pis” anlayışıyla terror mövzusunda seçici davrana bilərsiniz amma, sizin “yaxşı” dediyiniz terror, gün gələr, bir avtobus dayanacağında patlatılan bombayla bir yaxınınızın həyatını əlindər alar. Terror ünvan, şəxsiyyət, görüş soruşmaz, sizi ya da bir sevdiyinizi qoparar bu dünyadan. Bu səbəbdən, məsələ terrora qarşı olmağı təməl prinsip olaraq qəbul etmək və qınamaqdır…

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında