Qarabag Media
Haqqımızda Əlaqə

Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir


Tarix:19-09-2018, 11:58 Kateqoriya:Manşet / Qarabağ

Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir

Paşinyan özü ilə bərabər ölkəsini də fəlakətə sürükləyir.

Ermənistanın baş naziri Nikol Paşinyanın ardınca xarici işlər naziri Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti qıcıqlandırcı açıqlamalar verib. XİN rəhbəri deyib ki, Dağlıq Qarabağ "təhlükəsizlik zonası" elan edilməlidir.

Erməni diplomat Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş "Madrid prinsipləri"ndən də danışıb. Mnatsakanyan qeyd edib ki, münaqişənin bu prinsiplər əsasında həll edilməsi Ermənistan üçün qəbuledilməzdir: "Münaqişənin "Madir prinsipləri" əsasında həll edilməsi Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycan "Madrid prinsipləri"nə uyğun olaraq Ağdamı geri qaytara bilər ki, bu da Xankəndi, Şuşa və Əsgəranın Azərbaycan ordusunun nəzarətinə verilməsi deməkdir. Cəbrayıl və Zəngilan kimi ərazilərin iqtisadi əhəmiyyəti də var. Bu əraziləri də Azərbaycana verməklə Ermənistan üzərindən Naxçıvana uzanan bölgə Azərbaycanın nəzarətinə verilə bilər. Başqa sözlə, bu prinsiplər Ermənistanın mövqelərini atəş altında saxlayır".

Göründüyü kimi, ermənilər yenidən hərbi ritorika ilə çıxış edir. Daxili vəziyyəti çıxılmaz həddə çatdıran Paşinyan savaş baltasını havaya qaldırıb. Zohrab Mnatsakanyanın bəyanatı faktiki olaraq, Dağlıq Qarabağ münaqişəsini danışıqlar masasından səngərə qaytarmağa yönəlib.

Lakin məsələ göründüyü qədər də sadə deyil. Bu məsələni nə İrəvan, nə Bakı təkbaşına həll edə bilər. Bu baxımdan, Paşinyanın nə deməsinin də xüsusi önəmi yoxdur. Məsələ ondadır ki, münaqişə 1992-ci ilin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib. Həmin ilin yanvarın 30-da Azərbaycan ATƏT-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağa münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin daha çox müzakirə obyektinə çevrilib.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunduqdan sonra problemin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib. Sənəddə göstərilib ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. Lakin göründüyü kimi, bu qurum münaqişənin həlli istiqamətində heç bir əməli addım ata bilməyib.

Bu gün Dağlıq Qarabağın müqəddəratı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. İstər "Kazan razılaşması", istərsə də "Lavrov planı" əslində yenilənmiş "Madrid prinsipləri"nin müddəalarının təkrarıdır. Son Qarabağ danışıqlarında müqəddəratı təyinetmə prinsipinə nisbətən ərazi bütövlüyü məsələsi daha qabarıq şəkildə öz əksini tapıb.

Paşinyanın tənqid etdiyi razılaşmaları heç Bakı da tam razılıqla qarşılamır. Belə ki, "Kazan razılaşması", "Lavrov planı" və "Madrid prinsipləri" Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün ciddi təhlükəyə çevrilə bilər. Məlumdur ki, Ermənistan Dağlıq Qarabağın onların nəzarətində qalacağına əmin olmasa, heç bir rayonu asanlıqla azad etməyəcək.

Ən əsas məsələ kimi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlə çoxsaylı suallar mövcuddur. Lakin, "Madrid prinsipləri"ndə bu məsələ öz əksini tapıb. Paşinyan da məhz bu razılaşmaya qarşı çıxmaqla, problemin həllinə imkan vermir.

1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk Qrupunun həmsədrləri "Lissabon prinsipləri"nə əsaslanaraq, iki hissədən ibarət, yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış ediblər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli, 1997-ci ilin sentyabrında isə irəli sürdükləri ikinci təklif "mərhələli" həll variantı adlanırdı.

"Paket" variantında Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu. "Mərhələli" variantda isə münaqişənin mərhələlərlə nizama salınmasından söhbət gedir.

Azərbaycan həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı. 1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin, Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı.

Qəbul edilməyən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törədir, eyni zamanda, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirirdi.

Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan "ümumi dövlət" ideyası iflasa uğradıqdan sonra Minsk Qrupu praktik olaraq dalana dirəndi. "Madrid prinsipləri", "yenilənmiş Madrid prinsipləri", "Kazan razılaşması" kimi təkliflər zərfi ilə də vəziyyəti dəyişmək mümkün olmadı. Hazırda faktiki olaraq, Minsk Qrupu səmərəsiz bir vəziyyətdədir.

Paşinyanın son bəyanatı da sübuta yetirir ki, təmas xəttində atəşkəsi mütəmadi pozan, təxribatlara əl atan Azərbaycan deyil, birbaşa Ermənistandır. Bu fakt açıq şəkildə bildirilməlidir. Lakin təəssüflər olsun ki, reallıq ifadə edilmir, gizlədilir və tərəflər eyniləşdirilir.

İrəvan sülhün əleyhinə çıxış edir və ölkə daxilində fiaskoya uğrayan Paşinyan Qarabağ spekulyasiyası ilə öz hakimiyyətini qorumaq istəyir. Zohrab Mnatsakanyanın bəyanatı isə indiyə qədər aparılan danışıqların üstündən xətt çəkir. İrəvan açıq şəkildə işğalçılıq siyasətini davam etdirəcəyini bəyan edir. Bu artıq BMT və ATƏT-in Minsk qrupuna qarşı demarşdır. Paşinyan özü ilə bərabər ölkəsini də fəlakətə sürükləyir…
/Sputnik/

Azər RƏŞİDOĞLU










SON XƏBƏRLƏR
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Sergey Lavrov Bakıya gəlir
ATƏT sərhəddə monitorinq keçirib
Azərbaycanlı iş adamı: "100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram"
Gürcüstanda ən populyar üç soyaddan ikisi azərbaycanlılara məxsusdur
Dillərdə dastan “Çalıquşu”nun məğrur və yoxsul müəllifi – Rəşad Nuri Güntəkin
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Görkəmli maarif xadimi Mənzər xanım Şərifova — 120
Qənirə Paşayeva əməliyyatından yazdı
Laçının Laçın oğlu
Türk ordusu Fərat çayının şərqində əməliyyata başlayacaq
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
Cabir Novruzun anım günüdür
Elçin İbrahimov Tatarıstan türkoloqları qarşısında məruz ilə çıxış etdi
Daha 200 tələbə Macarıstanda təhsil ala bilər