Qarabag Media
Haqqımızda Əlaqə

Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO


Tarix:15-09-2018, 00:03 Kateqoriya:Manşet / İqtisadiyyat

Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Layihə çərçivəsində növbəti tədbir Xaçmaz rayonu Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmişdir. Tədbirdə Xaçmaz rayon Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin direktoru Vasif Babayev, Toxuma Nəzarət İdarəsinin əməkdaşı Elçin Babayev, Bitki Mühafizə Mərkəzinin rəisi Ağamməd Əzizov, DAİM-nin baş məsləhətçisi Qabil Ağababayev, “AZSIĞORTA”ASC-nin əməkdaşı Ramin Cəfərov, “ATASIĞORTA”ASC-nin əməkdaşları Ədalət Həbibov və Həmdulla Hacıbəyov, fermer və sahibkarlar iştirak etdilər. Tədbir çərçivəsində biznes fəaliyyətinin müxtəlif halqalarında (istehsal, transport və ixrac) risklər haqqında maarifləndirici təqdimat keçirildi.

Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru, məqsədi və qarşıya qoyulan vəzifələr haqda məlumat verdi.
Sonra layihənin eksperti Rəşad Həsənov aqrar sığortanın yeni sosial-iqtisadi çağırışlar fonunda əhəmiyyəti, mövcud vəziyyət, sığorta sahəsində ortaya çıxan çətinliklər, beynəlxalq təcrübədə kənd təsərüfatı fəaliyyətinin sığortalanması və maliyyə təminatının gücləndirilməsi kimi məsələlər haqqında geniş təqdimatla çıxış etdi. Təqdimatın sonunda Rəşad Həsənov Azərbaycanda aqrar sığorta sisteminin təkmilləşdirilməsi, praktikiliyi və əlaçatanlığı məqsədi ilə 7 bənddən ibarət təklifləri iştirakçıların diqqətinə çatdırdı. Təkliflərdə sığorta qanunvericiliyinin tezliklə qəbul edilməsi, sığorta predmetinin, sığorta hadisələrinin şaxələndirilməsi, ölkədə kənd təsərüfatı sahəsində qiymət və gəlir risklərinə görə sığorta modelinin tətbiqi, təşviq mexanizmlərinin bütün steykholderlər üzrə təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapmışdır.

Rəşad Həsənov bildirdi ki, aqrar sığortanın inkişafı sektorda fəaliyyət göstərənlərin korporativ maraqları ilə yanaşı 1 milyon 700 min nəfərdə artıq ölkə vətəndaşının sosial rifahı, məşğulluğu, dövlətin sosial yükü kontekstindən mühüm əhəmiyyət daşıyır, müasir maliyyə bazarlarının formalaşması və rəqabətli istehsal mühti təmin edilməsində ciddi rol oynayır.

Tədbirə dəvət olunmuş “AZSIĞORTA” ASC-nin və “ATASIĞORTA” ASC-nin əməkdaşları mövzu ilə əlaqədar gedən müzakirələrdə verilən sualları cavablandırdılar.

Tədbir çərçivəsində sığortanın biznes fəaliyyətinin dayanaqlı inkişafı, gəlir davamlılığı kimi məsələlərdə rolu geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO

Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO

Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO

Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO

Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı