Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Azərbaycanda Bilik günüdür


Tarix:14-09-2018, 23:50 Kateqoriya:Manşet / Təhsil

Bu gün Azərbaycanda Bilik günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür.

Karabakhmedia.az xəbər verir ki, yeni tədris ilində 165 780 şagird birinci sinifdə təhsil alacaq. Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq. Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. 2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi davam etdirilir. Hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır.

2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramovun “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər sentyabrın 15-də başlanacaq.
Bu gün Azərbaycanda Bilik günüdür

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə
20 yanvar faciəsini törədən Dmitri Yazov öldü
Bakıda sevgililər özlərini dənizə atdı: Qız öldü
Koronavirus Vahid Ələkbərova 1.2 milyard ziyan vurdu
“Fly Dubai” Bakıdan uçan təyyarədə erməni filmi ilə sərnişinləri təxribata çəkir - FOTO
Orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı
Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür
Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi
Cahangir Əsgərov: "Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq"
Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
Daha üç ölkədə koronavirus aşkarlandı
Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki qızlarımı güllələ" - MÜSAHİBƏ
Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasından
Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində Əddin Şakirzadənin rolu - IV YAZI