Qarabag Media
Haqqımızda Əlaqə

Tanınmış jurnalist Nigar İsmayılqızı vəfat etdi


Tarix:14-09-2018, 11:23 Kateqoriya:Manşet / Cəmiyyət

Tanınmış jurnalist Nigar İsmayılqızı vəfat etdi

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı bu gün dünyasını dəyişib.

Karabakhmedia.az xəbər verir ki, sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən aparıcı bir neçə gün öncə Bakıya gətirilmişdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İsmayılova Nigar İsmayıl qızı 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Daha sonra Odlar Yurdu Universitetinin jurnalistika kafedrasında müəllimə olaraq işə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Televiziyasının (AzTv) “Xəbərlər” departamentində müxbir olaraq fəaliyyətini davam etdirib. 2013-ci ildə Azad Azərbaycan kanalının “Xəbərlər” departamenində müxbir, redaktor kimi işləyib. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və həmin ildə “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi işə qəbul olunub.

Bununla yanaşı bir sıra saytlarda köşə yazıları ilə çıxış edib. 2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çıxıb. 2016-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdü. Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Bundan əlavə Aprel savaşlarından təsirlənərək “Ölsəm…Yaşat” adlı sənədli filmə ssenari yazıb film çəkib. “ O və Sumqayıt” layihəsində aparıcılıq edib. “Zəriflik” jurnalında müsahibələri çap olunub.

36-xüsusi müsahibədən ibarət olan “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı 2016-ci ilin son aylarında işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. İstanbulda yerləşən “GEM.TV” kanalında redaktor olaraq işini davam etdirib, “Xatirələrdə yaşayan Nazım” adlı sənədli film hazırlayıb. Daha sonra İstanbulda yeni qurulan “ Kardelen Medya” şirkətində “Nazimin Bakı izləri” adlı sənədli filmini təqdim edib. 2017-2018 ci ildə “Kardelen Medya” şirkətində “İnsan Kaynakları Müdüri” olarak fəaliyyətini davam etdirib. Son aylara qədər “GÜN.AZ” kanalında “Economi durağı” proqramında aparıcılıq və Türkiyə vəkillərinə həsr olunan “Vəkilin sirrli qələmi” adlı proje üzərində işləyib. 2018-ci ildən etibarən gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
“İQLA” kompleksindən döyüş atışları icra edildi - VİDEO
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov
“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO
Yeni brendimiz təqdim olunub
Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb
Əməkdar artist Ehtiram Hüseynovun doğum günüdür
ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı
Xarici casus həbs edildi – DTX-dən əməliyyat (FOTO)
Krım terrorunun qurbanlarının sayı artır
Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı
Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib