Qarabag Media
Haqqımızda Əlaqə

Nigar İsmayılqızına görə Mehriban Əliyevaya müraciət olundu


Tarix:13-09-2018, 14:25 Kateqoriya:Manşet / Cəmiyyət

Nigar İsmayılqızına görə Mehriban Əliyevaya müraciət olunduLeykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızının vəziyyəti daha da ağırlaşıb.

Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilib. Onun bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət ünvanlanıb.

Bu haqda Nigarın İsmayılqızının bacısı Aytən İsmayılova məlumat verib.

Müraciətdə Nigarın İsmayılqızının sağlıq durumunun ağır olması, ona yardım edilməsi xahiş olunur.

"Hər zaman ağır vəziyyətdə olan insanların son ümid yeri kimi onlara yardım etmisiniz. Azərbaycanın neçə-neçə tanınmış vətəndaşları və adları bizə məlum olmayan insanlar var ki, sizin mərhəmətiniz sayəsində yenidən həyata qayıdıblar. Bu gün hamımızın sevimlisi Nigar İsmayılqızı həyatla ölüm arasında yaşam mücadiləsi aparır. Azərbaycanda və Türkiyədə məşhur olan, öz istedadı və qələmi ilə yüzminlərin sevimlisinə çevrilən yazıçı-jurnalist Nigar İsmayılqızı hazırda ağır vəziyyətdə Leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir", - Aytən İsmayılova bildirib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil