Qarabag Media
Haqqımızda Əlaqə

Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir


Tarix:13-09-2018, 14:03 Kateqoriya:Manşet / Gündəm

Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir

Sentyabrın 13-də AMEA-nın əsas binasının dairəvi akt zalında "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda beynəlxalq simpozium işə başlayıb.

Karabakhmedia.az bildirir ki, AMEA Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.

Simpoziumun açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki,

1918-ci il 15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malikdir. O, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, məhz 15 sentyabrdan sonra Milli Hökumətin Gəncədən Bakıya köçürüldüyünü və Bakının Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edildiyini söyləyib.

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin tarixi barədə danışıb. Bildirib ki, XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Osmanlı imperiyasının Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib. Sovet dövründə bu önəmli tarix həmişə gizlədilirdi, Nuru Paşanın adı heç bir mənbədə çəkilmirdi. Lakin Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən Stepan Şaumyana Bakıda heykəl qoyulmuşdu. Amma bu gün Azərbaycan müstəqil ölkədir, tarixi həqiqətlər olduğu kimi deyilir, yazılır, göstərilir.

100 il öncə sentyabrın 15-də baş vermiş hadisənin Azərbaycan tarixindəki rolundan söz açan akademik onun gerçəkləşməsinin bütövlükdə türk dünyası üçün böyük əhəmiyyət daşıdığını əsaslandırıb. Qeyd edib ki, Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu bu gün müstəqil dövlət kimi varlığını sürdürən Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan qəhrəmanlıq salnaməsidir.

Tədbirdə çıxış edən Türkiyənin Atatürk Araşdırma Mərkəzinin direktoru, professor Mehmet Ali Beyhan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb. O, rəhbərlik etdiyi qurumla AMEA Tarix İnstitutunun 10 ildən çoxdur ki, əməkdaşlıq etdiklərini söyləyib.

Professor Mehmet Ali Beyhan 1918-ci ilin Türk Qafqaz-İslam Ordusunun rus-erməni işğalçılığına qarşı ölüm-dirim savaşlarının tarixi aspektlərindən, düşmənlərin torpaqlarımızdan çıxarılmasında dost və qardaş xalqlarımızın birgə şücaətlərindən, bu döyüşlərin Azərbaycan tarixində xüsusi önəmə malik olmasından danışıb.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edib. Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında göstərdiyi xilaskarlıq missiyasının Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılandığını deyən səfir Çanaqqala döyüşlərində azərbaycanlıların da könüllü olaraq iştirak etdiklərini xatırladıb, bu dəyərlərin gələcək nəsillərə çatdırılmasında konfransın əhəmiyyətini qeyd edib.

Vurğulayıb ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır. Buna görə də mövzu hər zaman diqqətdə saxlanılmalıdır.

Erkan Özoral sentyabrın 15-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu tarixi hadisənin 100 illiyinin yüksək səviyyədə qeyd olunacağını diqqətə çatdırıb.

Simpoziumda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun, Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov və başqaları çıxış edərək Qafqaz İslam Ordusunun tarixdəki rolu, hazırkı dövrdə ona münasibətlə bağlı müxtəlif məqamlardan söz açıblar.

Sentyabrın 16-dək davam edəcək tədbirdə bu mövzuda müxtəlif məruzələrin dinlənilməsi nəzərdə tutulub.

Nigar Adil










SON XƏBƏRLƏR
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb