Qarabag Media
Haqqımızda Əlaqə

Qanunsuz tikili hansı halda və necə sökülə bilər?


Tarix:13-09-2018, 12:39 Kateqoriya:Manşet / Cəmiyyət

Qanunsuz tikili hansı halda və necə sökülə bilər?

Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır.

Son günlər Bakı meriyası qanunsuz tikililərin sökülməsi prosesinə start verib. Belə ki, sonuncu dəfə Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin ətrafındakı qanunsuz tikililər sökülüb.

Etiraf edək ki, qanunsuz olaraq tikilmə tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Məsələn, Binəqədi rayon ərazisində "neftin torpağı" deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən fərdi evlər tikilib, "bələdiyyə sənədi" ilə vətəndaşlara münasib qiymətə satılır. Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır. Amma sonda olan yenə vətəndaşa olur. Həm pulu “batır”, həm də ev sahibi olmaq arzusu “gözündə qalır”.

İndi vətəndaşlar üçün maraqlıdır ki, qanunsuz tikililər hansı halda sökülə bilər? Ümumiyyətlə, müvafiq qurum hansı qərarla qanunsuz tikilini sökə bilər?

Sputnik Azərbaycan müxtəlif sahədən olan ekspertlərlə vətəndaşları narahat edən bu suallara cavab tapmağa çalışdı.

Sualımıza ilk olaraq münasibət bildirən "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşın mülkiyyətində olan əmlakın məhvi yalnız məhkəmə qərarı və yaxud özünün istəyi ilə ola bilər. Vətəndaş icazəsiz tiksə belə, onun həmin əmlak üzərində sahiblik hüququ var: "Mənim fikrimcə, bütün qanunsuz tikililər hansısa bir sənəd əsasında sökülməlidir. Məsələn, Nazirlər Kabinetinin ərazi üzrə bir qərarı və ya məhkəmə qərarı olmalıdır. Vətəndaş mənzil tikibsə, orada yaşayırsa, artıq bu zaman vətəndaşın həmin əmlak üzərində hüququ yaranır”.

“Vətəndaş 30 il və ya 30 ildən artıq qanunsuz tikilən mənzildə yaşayırsa, artıq vətəndaşın həmin əmlaka hüququ yaranır. Hər hansı bir səhv sənədlə, yəni sənədin səhv olduğunu özü də bilmirsə, həmin mənzildə 10 ildən artıq yaşayırsa, artıq vətəndaşın həmin mənzil üzərində hüququ əmələ gəlir. Bütün bunlar Mülki Məcəllədə qeyd olunub" – deyə ekspert vurğulayıb.

N.İbrahimov bildirib ki, ölkədə qanunsuz olaraq tikinti aparmaq mümkündür, amma icazə olmadan tikinti işləri ilə məşğul olmaq qeyri-mümkündür: "Nəzarət qurumları göz yumduğu üçün belə tikilər artır. Həmin qurumlarda olan şəxslər dostluq, qohumluq və ya pul müqabilində qanunsuz tikililərin tikilməsinə göz yumurlar. Qanunsuz tikililər sökülən zaman isə nəzarətedici qurumlar və şəxslər məsuliyyət daşıyır".

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə (BRİH) də müraciət etdik. Sorğumuza cavab olaraq bildirdilər ki, SOCAR-in balansında olan torpaq sahələrində tikinti işlərinin aparılmasına dair icazə sənədi verilməyib. Qeyd olunan tikililər neft şirkətinin balansında olduğu üçün həmin tikililərə dair müvafiq tədbirlərin görülməsi və həyata keçirilməsi balansdaşıyıcı təşkilatların nəzarəti ilə həyata keçirilməlidir”.

O da qeyd olundu ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililərin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq monitorinqlərin keçirilməsi üçün rayonun aidiyyatı qurumlarına göstəriş verilib.

BRİH-dən aldığımız cavabdan sonra SOCAR-a sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, SOCAR-ın balansında olan torpaqlara nəzarət SOCAR-ın mühafizə xidməti vasitəsi ilə həyata keçirilir: "Həmin torpaqlarda mövcud olan qanunsuz tikililər sökülmür. Sadəcə yeni qanunsuz tikintilərin inşa olunmasının qarşısı alınır. Əgər qanunsuz tikinti və ya ev aşkar olunursa, bununla bağlı məhkəmə orqanlarına müraciət olunur. SOCAR-ın mühafizə xidməti mütəmadi olaraq mədən ərazilərində monitorinq işləri aparır".

Prosesin hüquqi tərəflərini isə hüquqşünas Səməd Vəkilov izah etdi. O bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, şifahi göstəriş əsasında tikintini sökmək və dayandırmaq mümkün deyil: "Müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir. Tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir".

S.Vəkilov qeyd etdi ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində isə bəzi tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: “Məsələn, kiçik memarlıq formalarının, açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin və s. tikintisi zamanı xüsusi icazə lazım deyil”.

Hüquqşünas vurğuladı ki, hər hansı bir tikintinin söküntüsü zamanı isə məhkəmə qərarı olmalıdır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb