Qarabag Media
Haqqımızda Əlaqə

Fikrət Yusifov: Dolları hansı valyuta əvəzləyəcək və bu nə vaxt baş verəcək?


Tarix:13-09-2018, 12:17 Kateqoriya:Manşet / İqtisadiyyat

Fikrət Yusifov: Dolları hansı valyuta əvəzləyəcək və bu nə vaxt baş verəcək?

Bir qədər tarixə nəzər salaq.

Kağız pulların meydana çıxmasına qədər uzun illər boyu qızıl dünyada müstəqil pul vahidi kimi qəbul edilirdi. Lakin zaman keçdikcə ona alternativ olan kağız pullar meydana çıxdı. Kağız pullar qızıl pulu əvəz edib onun dəyərini özündə daşısalar da bir müddətdən sonra ölkələrin valyuta kurslarına daha ciddi nəzarət etmək zərurəti ortaya çıxdı. Çünki beynəlxalq ticarətin sürətlə inkişaf etməyə başladığı bir dönəmdə, bəzi ölkələrin dövriyyəyə qızıl təminatı olmayan pullar buraxması ehtimalı artırdı. Bu səbəbdən də 1867-ci ildə Paris valyuta sistemi bütün beynəlxalq valyutaların dəyərinin qızılla ölçülməsi qərarını qəbul etdi. Lakin Birinci Dünya müharibəsi və 20-ci illərin sonunda dünya iqtisadiyyatında yaşanan əsrin depresiyyası adlı böhran, hökumətləri məcbur etdi ki, qızılla təmin edilməyən əlavə pullar çap etsinlər. Bununla da kağız pulların qızıl təminatından imtina edilməyə başlandı. Bir qədər sonra, 1934-cü ildə ABŞ valyutasının yenidən bir unsiya üçün 35 dollar səviyyəsində qızıl təminatı bərpa edildi və 44 ölkənin milli valyutasının dəyəri Amerika dolları ilə ölçülməyə başlandı. Ancaq bu da uzun çəkmədi. Müttəfiqlər ABŞ-ı təminatsız dollar çap edib dövriyyəyə buraxmaqda ittiham etməyə başladılar.

İkinci dünya müharibəsinin necə yekunlaşacağı aydınlaşdıqdan sonra, qalib ölkələr qarşısında ortaya bir sual çıxdı. Müharibə zamanı ciddi itkilərlə üzləşmiş onlarla ölkənin olduğu bir dünya hansı maliyyə qanunları ilə yaşayacaq? Bu məqsədlə 1944-cü ilin iyul ayında Hitler əleyhinə olan 44 ölkəni təmsil edən 730 nümayəndə ABŞ-n Nyu-Qempşir ştatının Bretton-Vuds şəhərində yığışdılar. Birləşmiş Millətlər Təşkilatının xətti ilə keçirilən bu tədbirdə uzn müzakirələrdən sonra səs çoxluğu ilə ABŞ dolları qızıl təminatı olmaqla dünyanın bir saylı valyutası elan edildi. Maraqlı olan odur ki, həmin vaxt bu müzakirələr zamanı SSRİ nümayəndə heyəti tam passiv bir mövqe tutaraq, əsasən susmuş və dolların bir saylı valyuta elan edilməsinə məmuniyyətlə səs vermişdi. Sonralar aydınlaşdı ki, bu “həmrəyliyin” kökündə 1943-cü ilin sonlarında məhşur Tehran konfransında ABŞ prezidenti Franklin Ruzveltin İosif Stalinə müharibənin nəticələrini aradan qaldırmaq üçün vəd etdiyi 6 milyard dollar kredit dayanırmış. Lakin 1945-ci ildə F.Ruzveltin qəfil ölümü bu vədin yerinə yetirilməsinə imkan vermədi. Onun yerinə gəlmiş prezident Q.Trumen verilmiş vəddən dərhal imtina etdi.

Bretton-Vuds konfransında ABŞ-ın nümayəndə heyəti daha inandırıcı bəyantlarla çıxış edib qələbə qazandı. Bu qələbəyə əsas verən səbəblər isə müharibə dövründə ən az zərər çəkmiş iqtisadiyyatın məhz Birləşmiş Ştatlar iqtisadiyyatı olması idi, digər tərəfdən o dövrə dünyanın qızıl ehtiyatlarının 70%-ə qədəri məhz ABŞ-a məxsus idi.

İllər ötdükcə dolların qızıl təminatı ABŞ iqtisadiyyatı və onun maliyyə sistemi üçün bir çox problemlər yaratmağa başladı. Birləşmiş Ştatlar hökuməti iqtisadiyyata daha çox vəsaitlər cəlb etmək üçün əlavə kağız pullar çap etmək istəyirdi. Lakin dolların qızıl təminatı hökumətin əl-qolunu bağlayırdı. Qızıl ehtiyatlarının imkan verdiyindən artıq dollar çap etmək mümkün deyildi, digər tərəfdən isə bir sıra Avropa ölkələri mütəmadi olaraq ABŞ xəzinədarlığından təhvil verdikləri dolların müqabilində qızıl tələb edirdilər. Və nəhayət 1971-ci ilin avqus ayının 15-də ABŞ prezidenti Riçard Nikson birtərəfli qaydada dolların qızıl təminatından imtina etdi. Bundan sonra nə baş verdi? Dövriyyəyə əlavə olaraq buraxılan milyardlarla dollar ABŞ iqtisadiyyatına böyük dvidentlər gətirsə də dolların qızıl təminatından imtina edilməsi onun dəyərinin kəskin azalmasına səbəb oldu. Belə ki, əgər 1972-ci ildə 1 unsiya qızılın dəyəri 58,4 dollara bərabər idisə, bu rəqəm 2001-ci ildə 277,9 dollara, 2014-cü ildə isə 1220 dollara çatdı. Hal hazırda dünya bazarlarında 1 unsiya qızılın dəyəri 1210 dollar ətrafındadır. Beləliklə, dolların qızıl təminatından imtina edilən 1971-ci ildən bu günə qədər Birləşmiş Ştatların milli valyutası öz dəyərini 21 dəfəyə qədər itirib.

Dollar hegemoluğu davam edir

Lakin buna baxmayaraq dolların hegemonluğu davam edir. Bu hegemonluğun arxasında dünya iqtisadiyyatının az qala 1/4 – nə sahib olan ABŞ iqtisadiyyatı dayanır. Bu gün beynəlxalq hesablaşmaların 80%-dən çoxu ABŞ dolları ilə aparılır. Dünya ölkələrinin valyuta ehtiyatlarının 2/3 – si məhz ABŞ dollarındadır. Bəs belə bir durumda dollardan imtina, yəni onun hegomonluğuna son vermək nə qədər real görünür? Əvəəla onu deyək ki, mümkün olmayan heç nə yoxdur. Lakin bunu etmək üçün tək siyasi bəyanatların və ya hər hansı başqa çağrışların edilməsi kifayət deyil. Əməli iş görmək lazımdır. Bu problemin çözülməsinin ən doğru yolu ABŞ dollarını əvəzləyəcək və bütün ölkələrin qəbul edəcəyi başqa bir beynəlxalq valyuta tapmaqdan keçir. Heç şübhə yoxdur ki, söhbət dollardan sonra hər hansı bir ölkənin milli valyutasından gedə bilməz. Əgər belə olsa, dollar sindiromunu yaşayan bir çox dünya ölkələri buna dərhal etiraz edəcəklər. Bəs dolları hansı valyuta əvəz edə bilrər? Bu günə yeganə real namizəd Beynəlxalq Valyuta Fondunun hesablaşmalar aparmaq üçün 1970-ci ildən etibarən təsis etdiyi Xüsusi Borclanma Hüququ (XBH) ola bilər. Bu da yenilik deyil, artıq illərlədir ki, BVF-nun təsis etdiyi bu valyutanın aparıcı valyuta seçilməsi ətrafda müzakirələr gedir. XBH ilk baxışda dolları əvəzləmək üçün ən yaxşı valyutadır. O, hər hansı bir ölkənin deyil, 188 çox ölkənin təmsil olunduğu bir maliyyə qurumunun - BVF-nun valyutasıdır. Digər tərəfdən Beynəlxalq Valyuta Fondu elə bir maliyyə institutudur ki, oradan maliyyə məsələlərinin bir qayda olaraq ədalətli həllini gözləmək olar. Fondun idarəçilik forması da buna tam imkan verir. Lakin burada da ortaya çox ciddi bir problem çıxır. XBH-un dəyərini müəyyənləşdirən valyuta korzinasında 42% yenə də ABŞ dollarına məxsusdur.

Bu gün Birləşmiş Millətlər Təşkilatı başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlarda ABŞ-n üzvlük haqqı bütün ölkələrin üzvlük haqqından dəfələrlə çoxdur. Təbi ki, burada Beynəlxalq Valyuta Fondu da istisna təşkil etmir. Fondun kvotasında ABŞ-n payı bütün ölkələrin payından dəfələrlə çox - 42 milyard XBH-a bərabərdir. Bu səbəbdən də Fondun rəhbəri vəzifəsinə namizədin seçilməsi belə ABŞ administrasiyasının qeyri-rəsmi razılığı ilə baş tutur.

Bütün bunların ortada olduğu bir şəraitdə dünyanın aparıcı dövlətlərinin dolların XBH ilə əvəzlənməsi cəhdləri bir nəticə vermir. Çin və Rusiyanın 2009-cu ildə bununla bağlı təkidli cəhdləri də nəticəsiz qaldı. Mövcud durumda məsələnin həlli üçün tək istəyin olması kifayət deyil. Burada BMT xətti ilə dolların əsas valyuta funksiyalarının BVF-un XBH-a ötürülməsini nəzərdə tutan bir proqramın qəbul olunmasına və onun mərhəllələrlə icra edilməsinə ehtiyac var. Yalnız bu yolla yaxın 4-5 il ərzində dolların bir saylı valyuta statusundan imtina mümkün ola bilər. Təbi ki, ABŞ buna qarşı olacaq və butün imkanları bir araya gətirəcək ki, bu baş verməsin. Çünki o, bu gün təminatsız dollar çap etmək yolu ilə çox asanlıqla yüz milyardlarla vəsait qazanmaqla yanaşı, bütün ölkələri də özündən asılı bir vəziyyətdə saxlaya bilir. Bundan necə imtina etmək olar?

Fikrət Yusifov
Iqtisad elmləri doktoru,
professor










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib