Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyalı politoloq: “Paşinyan Dağlıq Qarabağ məsələsində güzəştlərə hazır deyil”


Tarix:4-09-2018, 23:49 Kateqoriya:Manşet / Qarabağ

Rusiyalı politoloq: “Paşinyan Dağlıq Qarabağ məsələsində güzəştlərə hazır deyil”“Hesab edirəm ki, Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedəcək. Nikol Paşinyanın rəqibləri onu Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə hazır olmaqda ittiham edir. Amma mən fikirləşirəm ki, o bu güzəştlərə hazır deyil”.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Dövlət Dumasının deputatı, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.

Rusiyalı politoloqun fikrincə, N.Paşinyan əksinə, “vətənpərvərlik eyforiyası”nda maraqlıdır, ona görə də istisna olunmur ki, onun tərəfdarları baş nazirin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin “kəskinliyini” və “qətiyyətliliyini” göstərmək məqsədilə lokal toqquşmalar kimi təxribatlar təşkil etsin.

S.Markov hesab edir ki, N.Paşinyan Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak etməli olduğunu bildirməklə prosesdə mövqeyinin kəskinliyini nümayiş etdirib: “Hesab edirəm ki, daxili siyasi səbəblərlə əlaqədar Ermənistan hökumətindən güzəştlərə getməyi gözləmək lazım deyil. İndi bu mənə az inandırıcı gəlir, ona görə də bu məsələ ilə bağlı məndə nikbinlik yoxdur. Nikbinlik əvvəllər var idi. Bir il yarım – iki il əvvəl danışıqlar daha sıx və uğurlu idi və mən təsdiq edirəm ki, o zaman yolun 95 faizi keçilmişdi. Çox böyük ehtimalla 2016-cı ilin sonunadək ilk məcburi köçkün ailələri doğma yurdlarına qayıda bilərdi. Amma bu baş vermədi. Bu məsələdə son addımlar qət edilmədi”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"