Qarabag Media
Haqqımızda Əlaqə

“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”


Tarix:21-08-2018, 13:29 Kateqoriya:Manşet / Yazarlar

“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..” Bu gün kim daha çox bambılılıq edirsə, ulduzlaşır, quduzlaşır, fəxri adlara layiq görülür…

Başlıqdakı cümləni bu günlərdə tanınmış Qarabağ qazilərindən olan dostumuz İmadəddin Səlimovun “Facebook”da yazdığı bir statusu yadıma saldı...

”Extibar, Extibar, şto takoye “bambılı”..” Yaşı 50-yə yaxın olan vətəndaşlarımızdan çoxu bu cümlənin müəllifini yaxşı xatırlayarlar: Əbdürrəhman Vəzirov... Azərbaycanın və ayrılıqda Qarabağın, orada yaşayan bu günkü didərginlərin taleyində dönüş nöqtəsi yaranan bir dövrdə Kremlin diqtəsi altında ölkəmizə başçılıq etmiş bu şəxsin yarı rus-yarı azərbaycanca söylədiyi bir çox belə ifadələri 30 ildir ki, unudulmur... Qorbaçovun saxta “yenidənqurma” dövrünün ziddiyyətləri fonunda Ə.Vəzirovun şəxsiyyəti, çıxışları və əməlləri də bir çoxları üçün ziddiyyətli olaraq qalıb. Bu gün Azərbaycan Kommunist partiyasının sonuncu 1-ci katiblərindən birinin siyasi fəaliyyətinə dəyər vermək niyyətində deyilik. Ancaq Ə.Vəzirovun 30 il öncə söylədiyi bir neçə ifadənin prizmasından bu günə baxsaq, maraqlı nəticələrə gələrik...

Xüsusilə, bir neçə təklifi və ifadəsi onu istehza obyektinə çevirmişdi. Məsələn, bunlardan biri ölkədə qoz ağaclarının əkilməsi təşəbbüsü idi. O dövrdə Vəzirovun bu təklifi satira və yumorla qarşılanırdısa, bu gün artıq ölkədə öz qozlarımız kifayət etmədiyindən və işə yaramadığından Amerika qozlarının gətirilib kütləvi şəkildə əkilməsini reklam edirik və bunun icrasına artıq xeyli vaxtdır ki, başlanılıb...
Keçmiş 1-ci katibin digər təklifi ölkənin kompüterləşdirilməsinin vacibliyi ilə bağlı idi ki, hazırda ən ucqar dağ kəndlərində kompüterin, internetin gündəlik işlənən adi bir anlayış kimi qarşılanması 30 il öncə edilmiş bu təşəbbüsün uzaqgörənliyini təsdiqləyir...

Eləcə də ümumi və şəxsi hamamların tikilməsi təklifi... Bu gün hansı ailə öz həyatını hamamsız təsəvvür edir? ..

Vəzirovun onu nəinki istehza, nifrət hədəfinə çevirmiş ifadələrindən biri də Qarabağ probleminin qondarıldığı ilk günlərdə, Bakıdan, Gəncədən və s. ermənilərin tədricən köçdüyü və artıq ölkədə bu xalqın nankorluğuna qarşı kəskin nifrətin yarandığı bir şəraitdə onun rəsmi yığıncaqlardan birində işlətdiyi “Muştuluğumu verin, ermənilər Bakıya qayıdır!” cümləsi olmuşdu... Halbuki, o dövrdə Ermənistandan qaçqınlar gəlsə də, hələ Azərbaycan Respublikasının bir qarış torpağı işğal edilməmişdi. Yalnız Topxanada bir neçə ağacın ermənilər tərəfindən qırılaraq yerində alüminium zavodu tikmək planları haqqında informasiyalar yayılmışdı. Amma 30 il sonra- bu gün artıq 26-27 ildir ki, hüquqi-tarixi torpaqlarımızın erməni işğalı altında qaldığı bir gündə, Xocalı kimi soyqırımların baş verməsindən, on minlərlə qadın, uşaq, qocanın, hərbçinin olmazın işgəncələrlə öldürülməsi, əsir, girov götürülməsindən sonra Bakıdan köçmüş ermənilərin, yaxud işğalçı Ermənistan rəsmilərinin, erməni mənşəli sənət adamlarının, idmançıların və s. bu və ya digər adlar altında paytaxtımıza rahatca gəlib-getməsi, gözümüzün qarşısında şəhərdə gəzib yeyib-içməsini görəndə keçmiş kommunist katibin o vaxtkı sözlərinə necə dəyər verməyin lazım olduğunu bilmirsən?..

Sadalanan təklif və ifadələrinə, eləcə də bəzən iclaslara qalstuksuz gəlmək, yer belləmək və s. kimi davranışlarına görə keçmiş Azərbaycan SSR-in keşmiş rəhbəri haqqında “bambılı” sözünü də işlədənlər vardı... Elə buna görə də Vəzirov o vaxtkı müxalifətçilərin də iştirak etdiyi yığıncaqlardan birində üzünü AXC-nin fəal liderlərindən Etibar Məmmədova tutaraq soruşmuşdu:”Menim haqqımda herden “bambılı” sozunu işledirler. Extibar, Extibar, şto takoye “bambılı”?..”

...Fəqət, bir gerçəklik göz önündədir. Vəzirova “bambılı” ləqəbi verilməsindən və onun sözügedən həmin sualından 30 il sonra, yəni bu gün dünyada və Azərbaycanda baş verənləri izləyəndə, Avropanın, Amerikanın məşhur siyasətçilərinin, xarici və yerli sənət adamlarının özünü aparmasına, davranış, söz və əməllərinə baxanda dərin fikirlərə qərq olursan. İndi dünyada və ölkədə nə qədər bambılı, yəni yüngül düşüncə və davranışlı, vecsiz, quşbeyin məxluq var, amma onlara qarşı heç belə ifadələr kütləvi işlənmir? Əksinə, onların çıxışlarını, konsertlərini maraqla dinləyir, fotolarını telefonlarında gəzdirirlər, öpüb gözlərinin üstünə qoyurlar... Bu günkü bambılıların on minlərlə, hətta milyonlarla fanatı var... Onlar “cip”lərdə, “mazda”larda, “qalenvagen”lərdə gəzir...

Vəzirov xalqın liderinə çevrilə bilmədi, ona “Vəziryan”, “bambılı” dedilər... Amma bu gün kim daha çox bambılılıq edirsə, lütlənib ekranlara, küçələrə çıxırsa, irişə-irişə atılıb-düşürsə, ağlına gələn qafiyəni qoşub şeir deyirsə, ulduza, hörmətli, şöhrətli, imkanlı məxluqata çevrilir. Hətta belələrinə fəxri adlar da verilir. Bir sözlə bambılılar ulduzlaşır, quduzlaşır...

Bu gün bir başa “yan” soyadlı bambılılar Bakının tən ortasında konsert verir, dünən Vəzirova “bambılı”, “Vəziryan” deyənlərin övlad və nəvələri də onların boynuna atlanır, qucaqlayıb bağırlarına basıb “Xoş gəldin” deyirlər... Bu saat “bambılı”, “anormal” ifadələri artıq leksikonumuzdan çıxmaqdadır... Bir qrup orta yaşlı insandan savayı onları heç kəs işlətmir. Çünki sovet dövründə dünyada və ölkədə barmaqla sayılası bambılı, anormal vardısa, indi onlar hər yeri basıb və onların varlığı cəmiyyət üçün adiləşib, normaya dönüb... Və artıq 30 il öncə xalqı “bambılı” Vəziryana qarşı üsyana səsləyən liderlər bugünkü bambılılara qarşı belə mübarizəyə çağırmırlar...

Odur ki, 1990-cı ilin yanvarından bəri Bakıya dönə bilməyən və artıq “bambılı” sözünün mənasını öyrənmiş Əbdürrəhman Vəzirovdan bu gün “muştuluğumu verin, ermənilər Bakıya qayıdır” deyərək soruşmaq olar:”Tovariş Vezirov, skajite, pojaluysta, çestno, kto takoy bambılı?..”

Sultan Laçın










SON XƏBƏRLƏR
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb