Qarabag Media
Haqqımızda Əlaqə

Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR


Tarix:15-08-2018, 00:47 Kateqoriya:Manşet / Təhsil

Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR

Avqustun 14-də builki qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər AzEdu.az Azərbaycan Təhsil Portalının, Modern.az İnformasiya Agentliyinin təşkilatçılığı və Nar Mobile-ın dəstəyi ilə baş tutan tədbirdə ilk dəfə bir araya gəliblər.

Tədbirdə millət vəkilləri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Modern.az-ın təşəbbüsü ilə hər il keçirilən və artıq ənənə şəklini alan bu cür tədbirlərin məqsədi təhsil qəhrəmanlarının ölkə miqyasında tanıdılması, eyni zamanda, onların gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olaraq, aşılamaqdır.

“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

İctimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edilib.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik ediblər. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.

İştirakçılardan millət vəkili Mahir Abbaszadə tədbirin əhəmiyyəti barədə söz açıb:

“Bu il 700 bal toplayan gənclərin sayının artması təhsilə olan qayğının, diqqətin çoxluğundan irəli gələn məsələdir. Sizlər təhsilin qəhrəmanlarısınız. Bu uğurlarınızı davam etdirməyi və gələcəkdə də qəhrəman olaraq qalmağı sizə arzu edirəm”.

AzEdu.az və Modern.az saytının baş direktoru Elşad Eyvazlı tədbirdə iştirak edən qonaqları salamlayaraq maksimum nəticə göstərən abituriyentləri təbrik edib:

“Modern.az və Nar Mobile-ın təşkilatçılığı ilə keçirilən bu tədbir artıq ənənə halını alıb. Hazırda əvvəlki illərdə 700 bal toplayan gənclər də qonaqlar arasında əyləşiblər. Bəzən elə hallar müşahidə olunur ki, yüksək nəticə göstərən abituriyentin ali məktəbdə kəsri olur. Sizə ali təhsilinizi də uğurla davam etdirməyinizi və gələcəyin ən peşəkar mütəxəsisslərinə çevrilməyinizi arzu edirəm”.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firudin Həmzəyev çıxışı zamanı tədbirin yüksək səviyyədə təşkil olunduğunu üçün təşkilatçılara təşəkkür edib:

“Təhsil Nazirliyinin rəhbərliyi adından bu tədbirin təşkilatçılarına, Modern.az və AzEdu.az saytının rəhbərliyinə, o cümlədən millət vəkillərinə öz təşəkkürümü bildirirəm. 700 bal toplayan gəncləri, valideynləri təbrik edirəm. Digər illərlə müqayisədə 700 bal toplayanların sayı 2 dəfə artıb. Bu təhsilə göstərilən qayğının təzahürüdür”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzdə artıq ikinci ildir ki, bu tədbirdə iştirak etdiyini vurğulayıb:

“Ötən il 15 nəfər 700 bal toplamışdı, bu il isə onların sayı artıb. 700 bal toplayan gənclərin sayının artması bizi sevindirir. Bu hələ başlanğıcdır, sizə qarşıda uzun yol gözləyir. Bu uğuru gələcəkdə də davam etdirmək lazımdır”.

Qeyd edək ki, təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görmüşdür.

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.

Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR

Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR

Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 SƏS
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir
NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış
Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu
Qara Qarayev prospektindəki yanğın yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLAR
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib
"Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir" - Deputat
Sabiq MTN şefi insult keçirdi
NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var
Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”
Mahir Abbaszadə seçicilərlə görüşdü - FOTOLAR
Stalinin müharibə xəbərinə ilk reaksiyası və 1418 gündən sonra Kremldə Qələbə şərəfinə qaldırılan qədəh
Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə
610,91 ton yaş barama təhvil verilib
Həmyerlimiz meksikalıları heyrətləndirdi- FOTO
Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub - YENİLƏNİB
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək