Qarabag Media
Haqqımızda Əlaqə

Tahir Mirkişili: “Manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı risk yoxdur"


Tarix:9-08-2018, 10:59 Kateqoriya:Manşet / İqtisadiyyat

Tahir Mirkişili: “Manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı risk yoxdur""Manatın devalvasiyaya məruz qalacağına dair deyilənlər iqtisadi hesablanmalara əsaslanmır. Milli valyutanın devalvasiyaya uğraması üçün lazım olan şərtlər hazırda mövcud deyil. Ona görə də hesab edirəm ki, səsləndirilən fikirlərin heç bir əsası yoxdur".

Karabakhmedia.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili manatın devalvasiyaya məruz qalacağına dair səslənən fikirlərə münasibət bildirərkən qeyd edib.

T.Mirkişilinin sözlərinə görə, neftin indiki qiyməti, idxal-ixracdakı müsbət saldo, ÜDM-un həcmindəki artım manatın taleyilə bağlı nikbin proqnozlara əsas verir: "Milli valyuta o zaman ucuzlaşır ki, ölkəyə valyuta axınında azalma olsun. Hazırda dünya bazarlarında Azərbaycan nefti 70 dollardan baha satılır, halbuki dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda heç bir iqtisadi və maliyyə çətinliyi mövcud deyil. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur".

Azərbaycanda valyuta ehtiyatlarının kifayət qədər olduğunu bildirən deputat qeyd etdi ki, manatın devalvasiyaya uğrayacağına dair deyilənlər yalandır, peşəkar yanaşma deyil: "Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi 24 faiz artıb. Belə bir şəraitdə manatı heç bir risk gözləmir".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
ABŞ yenidən Türkiyəni hədələdi
Dağlıq Qarabağın sonuncu rəsmi statusu
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları - (III yazı)
Sabahın hava proqnozu açıqlanıb
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
"Əvvəli, indisi, son anı sənsən" - Gilə Əliqızının şeirləri
Qarabağın Ermənistana birləşdirilməsi üçün imza toplama kampaniyasına başlandı
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix