Qarabag Media
Haqqımızda Əlaqə

Qəsdən seçilmiş terror günü- 13-ü, cümə


Tarix:14-11-2015, 23:00 Kateqoriya:Manşet / Yazarlar

Qəsdən seçilmiş terror günü- 13-ü, cümə

Xalid KAZIMLI
Dünyanın bir nömrəli səyahət, sevgi, romantika şəhəri olan Parisdə son bir ildə baş verən hadisələr Fransa paytaxtını terror, xof, qan-qada yuvasına çevirib. İlin əvvəlində “Şarli Hebdo” terroru, sonunda silsilə teraktlar...

Parisin hədəf seçilməsi, yəqin ki, təsadüfi deyil. Bu şəhər Qərb mədəniyyətinin beşiyi, episentri sayılır. Ora hücum edənlər ilk növbədə bu mədəniyyətə hücum edirlər.

Hələ 150-200 il bundan əvvəldən belə Şərqdə Avropa deyiləndə, “Avropa mədəniyyəti” deyiləndə yada ilk növbədə Paris düşüb.

Eyni zamanda Fransa öz Strasburqu, Yelisey sarayı ilə birlikdə dünyanın siyasi qərar mərkəzlərindən biridir. Terror hücumunda bu amilin də rolu var, mühəqqəq.

Bu hadisə dünyanın qüdrətli siyasi-hərbi dairələrinin, eləcə də beynəlxalq ictimaiyyətin diqqətini yenidən müsəlman dünyasının üzərinə fokuslaşdıracaq.

Əlbəttə, özünü dövlət elan etmiş bir terror qruplaşmasının, yaxud bir neçə ölkədə güclü bazaya malik ekstremist dinçilərin törətdiyi terror aktlarının 1 milyardlıq islam dünyasına birbaşa aidiyyatı yoxdur, amma dolayısıyla var.

Bu aktı törədənlər özlərini din mücahidi kimi təqdim edirlər, əməllərinə “Allahu əkbər” deyərək başlayırlar.

Daha pisi isə başqa şeydir. Əgər müsəlman dövlətlərində milyonlarla insan bu cür antibəşəri bir aktı alqışlayırlarsa, terrorçulara haqq qazandırırlarsa, qarşı tərəfə bütün müsəlmanlara nifrət etmək haqqı verirlər.

Ona görə də bu saat bütün dünyadakı müsəlmanların əsas vəzifəsi terroru və terrorçuları lənətləmək olmalıdır. Zatən, günahsız insanları qətlə yetirərək potensial günahkarlara, tutaq ki, hansısa qərarın qəbul edilməsinə görə məsuliyyət daşıyan siyasi dairələrə göz dağı vermək absurd hərəkətdir.

Müşahidələr, sosial şəbəkənin analizi göstərir ki, ölkəmizdə də xeyli sayda insan Parisdə törədilən terror aktına münasibətdə terrorçuların tərəfindədir. Onlar günahsız insanları qətlə yetirənlərə ya birbaşa, ya da dolayısı ilə haqq qazandırırlar.

Hətta bir ay öncə İstanbulda törədilən terroru lənətləyənlər də Parisdə törədilən terrora haqq vermək təşəbbüsü göstərirlər.

Nə fərqi var ki? Terror terrordur, hər ikisində ölənlər məsum, dinc, mülki insanlardır.
Amma birincidə ölənlərin tərəfindəsən, ikincidə - öldürənlərin. Ankara terrorunda ölənlər müsəlman idi, Parisdə ölənlər xristiandır, ona görəmi?

Bu, əlbəttə ki, zərərli mövqedir, dini, milli ayrı-seçkilikdən irəli gəlir və üzü faşizmə, iqrçiliyə gedir.

Üstəlik, özünü mötədil islama və xristianlığa, bütövlükdə bəşəriyyətə qarşı qoyaraq, terrordan başlıca silah kimi istifadə edənləri haqq-ədalət, milli azadlıq mübarizləri kimi qələmə vermək cəhdləri var.

Bu da absurd iddialardır. İŞİD adlanan və artıq nəzarət etdiyi əraziyə görə Azərbaycan kimi bir ölkəni geridə qoyan terror qruplaşmasının hökmran olduğu ərazilərdə insanları quldarlıq quruluşu dövründəki kimi idarə etmələri, istədikləri qədər məhkəməsiz, sorğu-sualsız edamlar həyata keçirmələri, əsirləri, qadınları qul kimi alıb-satmalarıı barədə minlərcə təkzibedilməz fakt var.

Onların nə biçim haqq-ədalət mübarizləri olmaları ortadadır. İmkanları olsa, bütün dünyanı bu vəziyyətə qoyarlar və heç gizlədib-eləmədən bu istiqamətdə çalışırlar, bu məqsədlərinə insanları kütləvi şəkildə qətlə yetirərək, terrorla qorxudub ram edərək çatmaq istəyirlər.

Təbii ki, bu iş belə gedə bilməz. Terrorçuların meydan oxuduqları dünya yüz qat, min qat güclüdür və öz düşmənlərini sonuncu fərdinə qədər məhv etmək üçün hər cür vasitəyə malikdir.

Hər dəfə bu cür müdhiş qətliamlar, terror aktları törədiləndə güman olunur ki, bu, son olacaq, dünya birliyi terrorun kökünü kəsmək üçün qətiyyət göstərəcək, amma bu baş vermir. Dünya gücləri kəskin qərarlar vermirlər, amma hər terakt onların səbrinin bardağını dolduran bir damla olur.

Hiss olunur ki, o bardaq daşmaq üzrədir. Qərbin səbrinin bir sonu var. Eyni hərəkət Rusiyaya qarşı olsaydı, Putin bu məsələni çoxdan birdəfəlik həll etmək təşəbbüsü göstərərdi. Daha səbrli Avropa isə hələ müzakirə aparır.

Bu məsələdə sərhəd xətti Azərbaycandan keçmir, bizim ölkə mədənin dünyanın içindədir.
Yeri gəlmişkən, ölkənin siyasi, iqtisadi, mədəni həyatında olduqca yanlış siyasət yeridən iqtidar komandasının dini konfessiyalara dair siyasətinin effektiv olmasını qeyd etmək gərəkdir. Bu gün ölkəmiz Parisə dönməyibsə, o siyasətə görədir.

P.S. Terror aktı törətmək üçün ayın cüməyə düşən 13-cü gününün seçilməsi də təsadüfi deyil. Bu günün nəhsliyi barədə Qərbdə qədim bir inanc var. Bu akt həm də həmin inanclara meydan oxumaqdır.(musavat.com)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı