Qarabag Media
Haqqımızda Əlaqə

Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram"


Tarix:7-08-2018, 23:42 Kateqoriya:Manşet / İdman

Qurban Qurbanov: "Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram"

"Məğlub olmaq istəməzdik. Amma hələ ilk hissə bitib. Qarşıda 90 dəqiqəmiz var. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Qarşıda daha maraqlı 90 dəqiqə var”.

Karabakhmedia.az-ın "Report"-a istinadan verdiyi məlumata görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandasına 0:1 hesabı ilə uduzduqları ilk matçı şərh edərkən deyib.

46 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Dani Kintananın adı iştirak ərizəsində yox idi. Zədəsi bu qədər ciddidir?


- Bəli, məşqdə zədə alıb. O, əməliyyat olunacaq.

- İki fərqli hissi izlədik. Oyunu necə şərh edərdiniz?

- Futbolda bəzən ilk, bəzən də ikinci hissədə çətin olur. Rəqib ilk hissədə hücumlar təşkil etdi və bundan da istifadə etdi. Hər bir komandanın öz oyun üslubu var. Çalışırdlar ki, bizə çətinlik yaratsınlar. Futbol səhvlər üzərində qurulub.

- BATE sizi təəcbüləndirmədi?


- BATE düşündüyüm kimi oynadı. İlk növbədə böyük təcrübəni gördük. Sürətli hücumları vardı. Bu gün ot örtüyü əvvəlkindən daha pis idi. Amma meydan hər iki komanda üçün eynidir. Biz meydanı bəhanə edə bilmərik.

- Avqustun 10-da Azərbaycan Premyer Liqasının I turunda “Zirə” ilə oyununuz var. Bu görüşün təxirə salınmasını istəyəcəksiniz?

- Açığı, belə fikirim yox idi. Amma bu görüşdən sonra belə qərar gəldik. PFL və “Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar.

- 1:0 sürüşkən hesabdır. “Qarabağ” Belarusda vəziyyəti dəyişə bilər?

- Qrupa düşmək üçün qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər.

- Künc zərbələrini Rəşad Sadıqov yerinə yetirirdi. Bu, nə ilə bağlı idi?


- Keçən oyunda da Rəşadla Dani Kintana yerinə yetirirdi. Bəzi düşündüyümüz kombinasiyalar vardı.

- Səfərdəki görüşdə heyətdə dəyişikliklər edəcəksiniz?

- Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik.

- Cavab görüşündə qapıda kim dayanacaq?

- İndidən heç nə deyə bilmərəm.

- Hücum xətti sizdə narahatlıq doğurmur?

- “Qarabağ” 10 ildir oynayır, həmişə də narahat edir. Çünki daim daha yaxşısını istəyirsən. Elə illər olub ki, bizim sağ və sol vingerlərimiz bombardir olub.

- Adətən, bu cür məğlubiyyətlərdən sonra əsəbi olursunuz. Bu gün isə üzünüzdə təbəssüm var. Bu, nə ilə bağlıdır?

- Ola bilər. Bugünkü oyun, final fiti bunu tələb edir. Futbolçularla söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. Soyuqqanlı şəkildə cavab oyununa hazırlaşmalıyıq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Əsəd ordusu PKK ilə anlaşdı, şimala doğru hərəkət edir - Türkiyə rəsmən Əsəd ordusunu vuracağını açıqladı
Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi
"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç
Makron Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı
Akademik Vasim Məmmədəliyev vəfat etdi
Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi
Azər Axşamın həyat yoldaşından Mübariz İbrahimov haqqında NALAYİQ SÖZLƏR — FOTOFAKT
Bu gecə yuxumda Arazı gördüm
Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi
Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək
Müsavat Partiyası qurultay keçirir
Bu gün Məmməd Arazın doğum günüdür... - O daş altda Məmməd Araz yaşayır
Sabah layiqli oyun göstərməyə çalışacağıq” - Nikola Yurçeviç
Raquf Orucovun xanımı vəkil oldu
Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)
Bu gün Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anım günüdür