Qarabag Media
Haqqımızda Əlaqə

Belarus komandasına qarşı da yaxşı çıxış edəcəyik - Tahir Gözəl


Tarix:2-08-2018, 01:08 Kateqoriya:Manşet / Müsahibə

Belarus komandasına qarşı da yaxşı çıxış edəcəyik - Tahir Gözəl

Bu oyun tamam başqa idi. Çempionlar Liqasında belə bir oyuna həsrət qalmışdım. Biz "Qarabağ”dan belə oyun və həyəcan gözləyirdik. Bu o demək deyil ki, yolun axırı budur. Gərək çox inkişaf edək. Komandaya çox gözəl oyunçular gəlib. Emeqara yenə komandaya qoşulub. İnanıram ki, Delarj və Emeqara oyundan-oyuna kollektivə daha da uyğunlaşacaqlar. Oyundan çox razı qaldım. Möhtəşəm oyun idi. Başqa ölkə başçısı olmaqla, Azərbaycan xalqını təbrik edirəm. Biz bu stadiondan qürurla çıxdıq.

Report xəbər verir ki, bunu "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl komandanın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Albaniya "Kukesi"sini 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın növbəti rəqibi Belarusun BATE klubudur. Həmin komandanın Avropada yetərincə təcrübəsi var. Həmin oyun barədə nə deyə bilərsiniz? "Qarabağ”ı yenidən Çempionlar Liqasının qurupunda görə biləcəyikmi?


- Belarusla çox sərt oynayırlar. İntizamlı komandadırlar. Bu günkü "Qarabağ” məni çox ümidləndirib. Sloveniyadakı "Qarabağ”dan fərqli komanda izlədik. Əminəm ki, siz də mənimlə razısınız. Komandada möhtəşəm enerji gördüm. Bu bizə əlavə motivasiya verdi. Bu motivasiya bizə lazım idi. Bir qolu da vura bilmədik. Hesab edirəm ki, birinci oyunun evdə olması əlavə motivasiyadır. Bu yaxşı haldır. Mən komandaya inanıram. Delarjı növbəti oyunlarda daha da aktiv görmək istəyirəm. Növbəti oyunlara hazırıq.

- Yeni transferləri Çempionlar Liqasının qurupuna düşmək üçün yetərli sayırsınızmı?

- Bəli. Mən hesab edirəm ki, bu günkü vəziyyətdə normaldır. Qurban Qurbanovun siyasəti düzgündür. O futbolçuları çətin seçir. Həmişə "Qarabağ”a uyğun oyunçuları komandaya cəlb edir. Bu işə məsuliyyətlə yanaşır. Bu günkü oyunu sərgiləyə bilsək, çox irəli gedəcəyik.

- Azərbaycana səfəriniz "Qarabağ”ın oyunu ilə bağlı idi?

- Bəli. Ancaq buna görə gəlmişəm. Bir az Bakıda qalacağam. Sonra geri dönəcəyəm.

- "Qarabağ”ı Almeydasız görmək çətindirmi?

- Büdcəsi böyük olan klubların 4-5 əsas futbolçusu olur. Amma bizim imkanlarımız məhtuddur. Riçard kimi futbolçuları Azərbaycana gətirmək çətindir. Klubun büdcəsi buna icazə vermir. Bir futbolçu gedəndə klub özünə gəlməyə çalışır. Təzə oyunçunun komandaya uyğunlaşmağa vaxtı az olur. Təzə gələn "Qarabağ”ın sistemini bilmir və bu futbolçularla oynamayıb. Ona görə də çətin olur. Hesab edirəm ki, bir oyunçuya bağlanmaq da düzgün deyil. Hər hansı oyunçu deyirsə ki, bu məbləği verməsəniz mən gedəcəm. "Qarabağ” onunlar vidalaşmalıdır. Digər futbolçular da görməlidir ki, komandamız bir futbolçudan asılı deyil. Mən yaxşı əhval-ruhiyyə ilə buradan ayrılıram. İnanıram ki, Belarus komandasına qarşı da yaxşı çıxış edəcəyik.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb
Türkiyənin gerçək Polat Alemdarı: Abdulla Çatlı – “FM 30-31” sirrini bilənlər ölür
Terrorçu Mixail Avaqyanla bağlı Gürcüstana etirazlar davam edir- üç dildə məktub ünvanlandı
Deputatlar Baş nazirin qərarını anlamadılar: “Yaxşı bəs o meyvələri meşələrdən kim yığacaq?”
Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi
Tanınmış ilahiyyatçı Tural İrfan: "Zəlzələnin dəhşəti və ya dəhşətin zəlzələsi"
Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür - VİDEO
Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO
Azərbaycanda 6 bal gücündə zəlzələ olub
“Facebook”a bu gündən yeni funksiya gəlir
Acı həyat hekayəsi
Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər