Qarabag Media
Haqqımızda Əlaqə

Əlil-veteranların Oğuz rayonuna istirahət turu təşkil olunub - FOTO


Tarix:2-08-2018, 00:32 Kateqoriya:Manşet / Gündəm

Əlil-veteranların Oğuz rayonuna istirahət turu təşkil olunub - FOTOOğuz rayonununda bir qrup Qarabağ müharibəsi iştirakçılarının və onların ailə üzvlərinin istirahəti təşkil olunub.

Bu barədə Karabakhmedia.az-a “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova məlumat verib.

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibə əlil-veteranları və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlərin keçirilməsi” adlı Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, Təşkilatın əlil-veteranları və onların ailə üzvləri 15 nəfərdən ibarət, 4 nəfər işci qrupu daxil olmaqla icra planına müvafiq olaraq II tur 28 - 29 iyul 2018-ci il tarixdə Oğüz rayonunda keçirildi.

Tur zamanı icarəyə götürülmüş sifarişli avtobusla iştirakçılar Layihə çərçivəsində iki gün ərzində, Oğuz rayonunun “LT” oteldə bir gecə qalmaqla, məkanın və yol bolu digər istirahətlər yerlərində, təbiət qoynunda gəzintilər təşkil olundu.

Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısını almaq məqsədilə tibb işçisi onları müşayət etdi.

Yalnız Qğuz rayonunda Xal-Xalın “Şəlalə” adlı məkanında tur iştirakcılarına, müharibə əlil-veteranlara və onların ailə üzvlərinə gəzinti zamanı məkanı seyr etmək və şəkil çəkdirməyinə qarşı çıxdılar, hər şəkil üçün 10 manat, suya əlini vurmağa 10 manat, taxta körpü ilə şəlaləyə yaxından baxmaq üçün giriş 1 manat tələb etdilər. Turun rəhbəri qrupun müharibə iştirakcıları olduğunu dedi və ödənilən məbləğ üçün qəbz təlb edəndə tur iştirakcılarına qarşı həqarətlər başladı, növbədən bizi təhqirlə az qala qol gücünə uzaqlaşdırdılar,hətta əlilin üstünə hücüm edəndə azyaşlı oğlu qorxdu ki, indi atasını döyəcəklər. Həmçini bizi aparan avtobusu o məkandan çıxardardılar, uzaq məsafəni yaralı əlillər, xanımları və uşaqla daş döşənmiş çox narahat, tozlu yol ilə məkanı tərk etdik. Elə bil ki, Azərbaycan dövlətinə, azərbaycanlı millətinə qarşı olan kimisə orada iş başında bilərəkdən təyin etmişdilər. Əlil-veteran olsaq da özümüzü şikəst saymırıq, ancaq bizə qarşı olan qolu zorlular bu təhqirlərdən sonra bizi mənən tam şikəst etdilər. Görəsən vergi və aidiyyatı orqanlar belələrinə qarşı niyə ölçü götürmürlər?

Başqa bir insident olmadı, tur yüksək səviyyədə sona çatdı.

Layihənin yüksək səviyyədə həyata keçirilməsi üçün müharibə iştirakçılarına ayrılan maliyyə dəstəyinə görə Dövlət rəhbərimizə, Şuranın rəhbərliyinə və işçi kollektivinə Birliyin rəhbərliyi, çoxsaylı müharibə iştirakçıları olan üzvlərimiz adından təşəkkürümüzü bildiririk.

Əlil-veteranların Oğuz rayonuna istirahət turu təşkil olunub - FOTO

Əlil-veteranların Oğuz rayonuna istirahət turu təşkil olunub - FOTO

Əlil-veteranların Oğuz rayonuna istirahət turu təşkil olunub - FOTO

Əlil-veteranların Oğuz rayonuna istirahət turu təşkil olunub - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı
Adnan Oktarın böyük qardaşı da saxlanıldı
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
“Anamın göndərdiyi pulla dolanıram” – Saakaşvili
SƏFƏRİ MƏNİM MƏCLİSİMƏ GƏTİRMİŞDİLƏR
"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"
Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi
“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”
Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Bakıda Mikayıl Müşfiqin qalıqları tapıldı
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
Türkiyədə antitteror əməliyyatı: 18 terrorçu məhv edildi
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar