Qarabag Media
Haqqımızda Əlaqə

Tanınmış şair məzarı başında anıldı


Tarix:12-07-2018, 19:16 Kateqoriya:Manşet / Cəmiyyət

Tanınmış şair məzarı başında anıldı

İyulun 12-si görkəmli Azərbaycan şairi Hüseyn Kürdoğlunun dünyadan köçdüyü gündür.

Karabakhmedia.az xəbər verir ki, bu münasibətlə “Söz qonağı” Ədəbi Məclisininn üzvləri tərəfindən şairin Xırdalan qəbristanlığındakı qəbri ziyarət edilmiş, şairin və həyat yoldaşının məzarları üstünə tər qərənfillər düzülmüşdür. Axundun Quran oxumasından sonra İlham Qəhrəman şairin yaradıcılığının məziyyətlərindən, şeirlərindəki bədii dil xüsusiyyətlərindən danışmışdır.

Çıxışçı dilimizin efirlərdə necə gəldi işləndiyi bu dövrdə oxucunun H.Küroğlu kimi milli yaradıcılığa sahib şairlərə daha çox ehtiyacı olduğuna diqqət çəkmişdir. O anım tədbirinin həm də xalq arasında deyildiyi kimi “qəbir üstə çıxmaq” adətimizə bir hörmət əlaməti olduğunu vurğulamışdır. Bundan sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şairin şeirləri səslənmişdir. İlham Qəhrəman isə şairin tale və yurd həsrətli şeirindən bir neçəsini oxumuşdur.

Tədbirdə iştirak edən şairin qardaşı Şirindil müəllim şairin doğma yurdu Laçınla bağlı xatirələrinə işıq salmış, onun doğma vətəni Laçını çox sevdiyini qeyd etmişdir. H.Kürdoğlunun övladı Nasir, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli və laçınlı ziyalı Yasir Cabbarov tədbirə qatılanlar arasında olmuşlar.

Tanınmış şair məzarı başında anıldı

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib