Qarabag Media
Haqqımızda Əlaqə

Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"


Tarix:10-07-2018, 23:57 Kateqoriya:Manşet / Siyasət

Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"

"Hiss olunur ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qruplar var".

Bu fikri musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib. O bildirib ki, həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil: Müasir tariximizdə Gəncədə baş verənlər bütövlükdə Azərbaycana təsir edib. Ona görə də düşmənlərimiz həssas nöqtə seçiblər. Gəncədə icra hakimiyyətinin başçısına edilən sui-qəsddən sonra tətiyi çəkəni dəstəkləmək məqsədilə meydana çıxmaq çox böyük risq tələb edirdi. Çünki, bəlli idi ki, polis cinayətkarı dəstəkləyənləri elə yerindəcə həbs edəcək. Buna rəğmən, 200-ə yaxın şəxs həyatını risqə qoyaraq cinayətkara dəstək məqsədilə "meydana çıx" çağırışına dəstək verdi. Onları buna hansı daxili və kənar amillər vadar edib? Bu sualın cavabı araşdırılmalıdır. Əlbəttə, iki polis əməkdaşımızı qətlə yetirənlər qanun qarşısında cavab verməlidirlər. Ancaq həbslərin miqyasında ehtiyatlı olmaq lazımdır. Düşmənlərimizə də elə bu lazımdır".

Politoloq bildirib ki, ümumiyyətlə başda Mingəçevirdəki qəza və son Gəncə hadisələri olmaqla ciddi analizlər aparılmalıdır:

"Biz "nə baş verir" və "bu kimlərin maraqlarına cavab verir" sualları üzərində düşünməliyik. Hətta bu suala cavab da tapmalıyıq ki, niyə bəziləri sosial şəbəkələrdə cinayətə və cinayətkara gizli dəstək ifadə edirlər? Onları buna nə vadar edir? Ətrafda neqativ impulslar pozitiv impusları üstələyirsə bunun səbəbləri müəyyənləşdirilməli və gərəkli islahatlarla həllini tapmalıdır. Bilmirəm Prezident Administrasıyasında və ya Administrasiya yanında Strateji Araşdırmalar Mərkəzi prezident üçün gərəkli raporlar hazırlayırlar ya yox, ancaq cəmiyyətin müxtəlif təbəqələrində son vaxtlar müxtəlif şayiələr yayılır. Bu şayiələrın qarşısını ancaq düzgün informasiya siyasəti ilə üstələmək olar. Xaricdəki mərkəzlər də Azərbaycandakı durumu analiz edir və gələcəkdə ölkəmizə qarşı müxtəlif kirli ssenariləri götür-qoy edirlər. Məsələn, Gəncə icra hakimiyyətinin başçısına güllə atan şəxs azərbaycanlıdır, Rusiya vətəndaşıdır və bir neçə ay İranın Qum şəhərində yaşayıb. Bu 3 amilin bir arada olması təsadüfə az oxşayır. Eləsini seçiblər ki, baş verən cinayətə görə həm radikal dindarlardan, həm Rusiyadan, həm də İrandan şübhələnirsən. O da aydındır ki, dövlətimizi və təhlükəsizliyimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir".

Əli Rais










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi