Qarabag Media
Haqqımızda Əlaqə

Məcburi köçkünlərin yeni yaşayış kompleksinə köçürülməsinə başlandı - FOTO


Tarix:10-07-2018, 00:31 Kateqoriya:Manşet / Gündəm

Məcburi köçkünlərin yeni yaşayış kompleksinə köçürülməsinə başlandı - FOTO

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 24-də rəsmi açılış mərasimi keçirilmiş “Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yeni mənzillərlə təmin edilən məcburi köçkün ailələrinin siyahısı mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən komissiya tərəfindən hazırlanıb. Komissiyaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, əraziləri işğal olunmuş və köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələri daxildir.

Məcburi köçkünlərin yeni yaşayış yerinə köçməsi üçün nəqliyyat xidməti dövlət vəsaiti hesabına təmin edilir.

“Qobu Park” yaşayış kompleksinin ilk sakinləri Bakı şəhərinin Nərimanov rayonunda, “K.Rəhimov küçəsi, 824/835” ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində müvəqqəti məskunlaşan və uzun müddət ağır şəraitdə yaşayan 46 ailə olub.

Yeni mənzilə köçürülən ailələrin nümayəndələri onların yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıdan razılıqlarını bildiriblər.

Şəlalə Məmmədova (Füzuli rayonu, ailə üzvlərinin sayı – 4 nəfər): “Uzun illər ağır şəraitdə yaşamaq məcburiyyətində qalmışıq. Bu gün ailəmiz yeni bir həyata başlayır. “Qobu Park”da bizim üçün hər bir şərait yaradılıb. Dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına belə böyük qayğı göstərirlər”.

Fərhad Şahməmmədov (Zəngilan rayonu, ailə üzvlərinin sayı – 4 nəfər): “İlk növbədə, bizim kimi ən ağır vəziyyətdə, zirzəmilərdə yaşayan məcburi köçkünlərin yeni inşa edilmiş şəhərciyə köçürülməsi çox ədalətli qərardır. Uzun illərdir bu günü gözləyirdik. Özümüz də, övladlarımız da, sözün həqiqi mənasında, yenidən sağlam həyata qayıdırıq. İnşallah, doğma torpağımıza qayıdacağımız gün də uzaqda deyil”.

Zəminə Şükürova (Zəngilan rayonu, ailə üzvlərinin sayı – 4 nəfər): “Azərbaycan güclü dövlətdir, məcburi köçkünlərin problemlərini də öz imkanları hesabına həll edir. Bu gün biz yeni mənzilə köçürük, gün o gün olsun ki, doğma torpaqlarımıza qayıdaq və orada öz ev-eşiyimizi bərpa edək”.

“Qobu Park”dakı mənzillərdə, əsasən, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə görə paytaxtın Nizami, Xətai, Suraxanı, Nərimanov, Səbail rayonlarında qəzalı vəziyyətdə, yaşayış üçün təhlükəli hesab edilən binalarda, həmçinin müxtəlif tikililərin zirzəmilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yerləşdirilir. Yeni binalarda hər bir ailə üçün yaşayış sahəsi komissiya tərəfindən müvafiq qayda və normalara uyğun olaraq müəyyənləşdirilir.

Dövlət Komitəsi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsində şəffaflığın və ədalətin təmin edilməsi, mənfi hallara şərait yaradan amillərin tam aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir.

Xatırladaq ki, Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan-Qobu yolunun 3 kilometr şərqində yerləşən və hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasından ibarət olan “Qobu Park” yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Kompleksin tikintisinə dövlət vəsaiti xərclənməyib, yaşayış kompleksinin maliyyələşməsində sahibkarlar iştirak ediblər.

Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb./AZƏRTAC/

Məcburi köçkünlərin yeni yaşayış kompleksinə köçürülməsinə başlandı - FOTO

Məcburi köçkünlərin yeni yaşayış kompleksinə köçürülməsinə başlandı - FOTO

Məcburi köçkünlərin yeni yaşayış kompleksinə köçürülməsinə başlandı - FOTO

Məcburi köçkünlərin yeni yaşayış kompleksinə köçürülməsinə başlandı - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ - II YAZI
Ekspert: "Moskva ABŞ-la bağlı gözləmə mövqeyindədir"