Qarabag Media
Haqqımızda Əlaqə

Jirinovskidən Türkiyəyə: Siz Krımı tanıyın, biz də...


Tarix:9-07-2018, 23:54 Kateqoriya:Manşet / Siyasət

Jirinovskidən Türkiyəyə: Siz Krımı tanıyın, biz də...

Moskva-Ankara əməkdaşlığını Rusiya və Belarusun ittifaq dövləti formatına qədər genişləndirmək imkanları var.

Karabakhmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər edən Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Ərdoğan bizə müsbət yanaşır. Əlbəttə, o, həmçinin Qərblə münasibətlərə malik olmaq istəyir, ancaq Qərb bunu istəmir. Türkiyə müsəlman ölkəsidir və Qərbin müsəlmanlarla çoxsaylı problemləri var. Türkiyə ilə Rusiya arasında isə qarşılıqlı faydalı əlaqələr var. Ümid edək ki, Ərdoğanın yeni müddətində münasibətlər bütün istiqamətlər üzrə kəskin şəkildə aktivləşəcək, hərbi əməkdaşlığın genişləndirilməsi mümkün olacaq. Perspektivdə Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyinə də qoşula bilər. Biz Türkiyə ilə Belarusla olduğu kimi sazişin və heç bir viza olmamasının tərəfdarıyıq”, - Jirinovski bildirib.

Jirinovskinin sözlərinə görə, Türkiyə və Rusiya Krımın Rusiyaya birləşdirilməsi və Şimali Kipr Türk Respublikasının tanınması kimi məsələlərdə razlıq əldə edə bilər:

“Bizdə Krım məsələsi birdəfəlik həllini tapıb. Səhv 1991-ci ildə Yeltsinin bu məsələni açıq saxlamasında idi. Kipr məsələsi isə artıq 44 ildir müzakirə olunur. Mən “qara polkovniklərin” (1974-cü ildə Yunanıstanı idarə edən hərbi xunta) etdiyi çevrilişi xatırlayıram. Biz kompromis tərəfdarıyıq: Türkiyə Krımı tanıyır, biz də öz üzərimizə düşəni edirik”./Axar.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb