Qarabag Media
Haqqımızda Əlaqə

Amerikalı iş adamı Laçın şəhərinin ən uca yerində xaç abidəsi ucaltdı — FOTOLAR


Tarix:8-07-2018, 01:56 Kateqoriya:Manşet / İşğal Əraziləri

Amerikalı iş adamı Laçın şəhərinin ən uca yerində xaç abidəsi ucaltdı — FOTOLAR

Amerikada yaradılmış və qeydiyyatdan keçmiş “Ayrenaser” (“Vətənpərvər”) şirkətinin hazırda Azərbaycanın işğal altındakı Laçın şəhərndə yaşayan və fəaliyyət göstərən təsisçisi və rəhbəri erməni əsilli amerikalı iş adamı Stepan Sarqsyan və onun xanımı Nelli Martirosyanın Laçın, Qubadlı və Zəngilan rayonlarında (xatırladaq ki, separatçı rejim bu 3 bölgəmizi “Kaşataq” adlı “rayon”da birləşdirib) gördükləri qanunsuz xeyriyyə işləri haqda dəfələrlə məlumat verib.

Sosial şəbəkədə paylaşdıqları məlumat və fotolardan bəlli olur ki, bu dəfə ABŞ şirkətinin rəhbəri Laçın şəhərinin ən hündür görməli yerində- sovet dövründə 1941-1945-ci il “Vətən” müharibəsində həlak olmuş laçınlıların xatirəsinə ucaldılmış, indi isə Laçının işğalı zamanı gəbərmiş ermənilərin xatirə məkanına çevrilmiş abidənin yaxınlığında yeni xaç abidəsi ucaltdırıb. Ermənilərin “xaçkar” adlandırdıqları belə daşlar işğal altındakı digər bölgələrimiz kimi Laçının da bir çox yerlərində qoyulub. Stepan Sarqsyan xanımı və qızı ilə birgə xaçkarın yanında şəkil çəkdirib.

Xatırladaq ki, amerikalı erməni şirkət sahibi öz qızının adını Şuşanın şərəfinə Şuşi qoyub... Jurnalistlərin Amerikanın müasir və rahat şəraitindən ayrılıb bu dağlıq əraziyə necə uyğunlaşdıqları haqda sualına cavab olaraq erməni biznesmen bildirib ki, o və xanımı Nelli bütün bu çətinliklərə “böyük vətən” və “Artsax”ın inkişafı naminə dözürlər./Moderator.az/

Amerikalı iş adamı Laçın şəhərinin ən uca yerində xaç abidəsi ucaltdı — FOTOLAR

Amerikalı iş adamı Laçın şəhərinin ən uca yerində xaç abidəsi ucaltdı — FOTOLAR

Sultan Laçın










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"