Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın dünyaya bəxş etdiyi yenilik: Mümkün olmayanlar da reallığa çevrilir


Tarix:8-07-2018, 01:28 Kateqoriya:Manşet / Cəmiyyət

Azərbaycanın dünyaya bəxş etdiyi yenilik: Mümkün olmayanlar da reallığa çevrilir

O, ilk dəfə bir yeşikdə üç arı ailəsi saxlamağı tətbiq edib.

Arıçılıq dünyanın ən qədim fəaliyyət sahələrindəndir. Bu sənət qədimliyinə baxmayaraq, heç vaxt unudulmayıb, əksinə, daha da inkişaf etdirilib. Lakin, inkişafına rəğmən arıçılıqda min illər ərzində barmaqla sayılası qədər inqilabi dəyişikliklər edilib. Bunların əksəriyyəti isə arını saxlama və məhsuldarlığını nisbətən artırmaq istiqamətində olub.

Bu sahədə daha bir inqilabi dəyişikliyə 200 ildir babalarının məşğul olduğu sahəni davam etdirən qocaman arıçı Asif Kərimov imza atıb. O, atası, arıçı-alim Kərim Kərimovun 57 il öncə tətbiq etdiyi üsulu daha da təkmilləşdirərək məhsuldarlığı 3-4 dəfə artırmağı düşünür.
Azərbaycanın dünyaya bəxş etdiyi yenilik: Mümkün olmayanlar da reallığa çevrilir

Üç ana arılı yeşik

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan arıçı deyir ki, istəyinə bir yeşikdə ana arıların sayını 3-ə çatdırmaqla nail olmaq fikrindədir.

A.Kərimovun sözlərinə görə, bu, elə bir prosesdir ki, onu ancaq arıçılar başa düşə bilər: "Məlumdur ki, hər yeşikdə 1 ana, minlərlə işçi arı olur. Əgər hansısa yeşikdə iki ana arı olarsa, onlar qarşılaşdıqda mütləq biri digərini öldürməlidir. Buna görə də analar qarşılaşmasın deyə, beçə verən (arı ailəsinin bölünərək artması – red.) arını da üst yeşiyə yerləşdiririk. Arasına xüsusi hazırlanmış anakeçməz adlanan tor qoyuruq".
Azərbaycanın dünyaya bəxş etdiyi yenilik: Mümkün olmayanlar da reallığa çevrilir

Ana arı

"Hər yeşiyin özünəməxsus qoxusu olduğundan, işçi arılar bir biri ilə dalaşmır, eyni zamanda ana arılar da görüşmürlər deyə bir birilərini öldürmürlər. İki analı arı ailələrini ilk dəfə atam təkmilləşdirdiyi yerli Qabaqtəpə arı növündə tətbiq edib. Ondan sonra dünyanın bir çox yerlərində iki analı ailələrə keçid edənlər olub. Üç analı arı ailəsi yetişdirməyi isə hələ heç kim etməyib" — deyə Asif Kərimov izah edir.

Bu cür tətbiqin səmərəliliyi haqında danışan arıçı belə üsulla məhsuldarlığı 3-4 dəfə artırmağın mümkünlüyünü vurğulayır: "Ailədə işçi arının sayı nə qədər çox olarsa, məhsuldarlıq da bir o qədər artıq olar. Belə üsulla arı ailələrində işçi arıların sayını 100-150 minə qaldırmaq mümkündür ki, bu da məhsuldarlığın artımına ciddi təsir edir. Məsələn, hər yeşik üçün arıçılıqda ortalama 10 kq bal nəzərdə tutulursa, 3 analı arı yeşiklərində 30-40, hətta 50 kq-dək bal almağı planlaşdırıram".

Bunun digər bir xeyirli tərəfini danışan arıçı, vurğulayıb ki, bu üsulun daha bir faydası odur ki, payızda ana arı öldüyü zaman yeşiyi məhv olmur. Həmin ana arılardan həm də digər yeşiklərə qoymaq üçün ehtiyat məqsədilə istifadə etmək mümkün olur.

Goranboy Arıçılar İttifaqının sədri olan Asif Kərimov gələcəkdə 3 analı arı ailəsinin yetişdirilməsini digər arıçıların da tətbiq etməsinə kömək edəcəyini də qeyd edir.

İlham Mustafa










SON XƏBƏRLƏR
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar - VİDEO
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub