Qarabag Media
Haqqımızda Əlaqə

Messinin penaltisini qaytaran qapıçını “Qarabağ” aldı


Tarix:5-07-2018, 01:42 Kateqoriya:Manşet / İdman

Messinin penaltisini qaytaran qapıçını “Qarabağ” aldı

Rüstəm Əfsərli: “Haldorrson, dünyanın ən güclü qapıçısı deyil, amma bizim çempionat üçün kifayət qədər güclü qolkiperdi”

Bu gün "Qarabağ" komandasının azarkeşləri üçün sevindirici xəbər gəlib. Belə ki, komanda daha bir futbolçunu transfer edib. Klub İslandiya milli komandasının qapıçısı, 34 yaşlı qolkiper Hannes Tur Halldorsson ilə 2 illik müqavilə imzalayıb. Bəzi mənbələr bildirir ki, bu qapıçı Dünya çempionatında Lionel Messinin vurduğu penaltini qaytardığı üçün "Qarabağ" futbol klubunun marağına səbəb olub və klub qolkiperi transfer etmək qərarına gəlib.

Klubun mətbuat katibi Nurlan İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında yeni transferlə bağlı futbol azarkeşlərinə qaranlıq qalan məqamlara aydınlıq gətirib.

N.İbrahimov deyib ki, klub iki qapıçısı ilə yollarını ayırdığı üçün qolkiper almalı idi: "Klubun seçimi Hannes Tur Halldorsson oldu. Amma bu seçimin Messinin vurduğu penaltini saxlaya bilməsinə heç bir adiyyatı yoxdur. Dünya praktikasında belə bir şey yoxdur ki, qapıçı hansısa futbolçunun penaltisini saxladığı üçün transfer edilsin".

Bəzi transfer saytlarında qapıçının transfer qiymətinin 350 min avro olduğu yazılıb. Klubun sözçüsü bu məsələyə də aydınlıq gətirib: "Qiymət məsələsi müqaviləyə əsasən sirr saxlanılır. Amma onu deyə bilərəm ki, 350 min avro real qiymət deyil".

N.İbrahimov azarkeşləri maraqlandıran “34 yaş qapıçı üçün çox deyil ki” sualını da cavablandırıb: “Qolkiperin 34 yaşı olmasına baxmayaraq, o, son Avropa və Dünya çempionatında uğurlu çıxış edib. Bu fakt yaşla bağlı bütün suallara olan cavabdır".

Futbol şərhçisi Rüstəm Əfsərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu transferə pis demək olmaz, çünki kluba Dünya çempionatında oynayan, yaxşı səviyyəli millidən futbolçu gətirilir.

R.Əfsərlinin fikrincə, transferin komanda üçün nə qədər uğurlu olacağını isə zaman göstərəcək: “Haldorrson, yumşaq desək, dünyanın ən güclü qapıçısı deyil. Düzü, ən güclü qapıçı da heç Azərbaycana gəlməz. Amma bizim çempionat üçün kifayət qədər güclü qolkiperdi”.

“Haldorssonun diqqəti yalnız Messinin penaltisini qaytardığı üçün çəkdiyinə inanmıram. "Qarabağ" klubu adətən transfer etmək istədiyi futbolçunu bir müddət izləyir. İndiki halda Haldorssonu çox izləməyə də ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Dünya çempionatına hamı baxır" – o deyib.

Ekspert yeni transferlə bağlı mülahizələrini də açıqlayıb: "Qarabağ" heyətini yeniləyir. Ötən ilki nəticəni təkrarlamaq onlar üçün asan olmayacaq. Ancaq idealda Haldorssonun komandaya kömək eləyə biləcəyini düşünürəm. Gülməli səslənə bilər, amma onu Şahruddinlə ciddi rəqabət gözləyir. Hətta Məhəmmədəliyev yerli qapıçı kimi rəqabəti uda da bilər. Hər halda, Dünya çempionatında iştirak edən futbolçudur. Meydanda hansı səviyyədə olacağını isə zaman göstərəcək".

Qeyd edək ki, Hannes Tur Halldorsson karyerasına 2009-cu ildə ölkəsinin "Fram" klubunda başlayıb. Qolkiper daha sonra "KR" (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq Danimarkanın "Randers" klubunda çıxış edib və bu klubda 69 matçda meydana çıxıb.

2012-ci ildən İslandiya milli komandasının heyətinə dəvət alan və 52 oyunda meydana çıxan qapıçı, hətta 2016-ci ildə Avropa Çempionatının final mərhələsində komandasının qapısını qoruyub.

Halldorsson Rusiyada keçirilən Dünya çempionatının seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı Argentina millisinin oyunçusu Lionel Messinin penaltisini qurtarmaqla diqqət mərkəzinə düşüb.

Təranə Xudabaxşiyeva










SON XƏBƏRLƏR
Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür
TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏT
Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb"
Rəsmi Moskva hədəfi göstərdi: Təyyarənin vurulmasının günahkarı İsraildir
İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib
Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirilib - FOTOLAR
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Heydər Əliyev hərbi xidmətə yollandı - FOTO
Süleyman Rüstəmin Mir Cəfər məclisində ölümcül zarafatı
Paşinyanın arvadı Qarabağda ölən ermənilərin analarını topladı, azərbaycanlı analara müraciət etdi
Göygöl rayonunda dəhşətli qətl — Atasını balta və bıçaqla öldürdü
İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurdu
Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib - FOTOLAR
Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb
Qafqaz İslam Ordusunun Bakı zəfəri iki qardaş xalqın birgə yazdığı şərəfli tarixdir
Bu gün Beynəlxalq Demokratiya günüdür
Atatürk hava limanından ilk uçuş Azərbaycana olacaq
Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı video-çarx hazırlayıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Xilaskar paşaların nəvəsi Arzu Ənvər Bakıya gəlib
ABŞ-da fövqəladə vəziyyət elan edilib
Bakının fatehi — Nuru paşa
Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO
Bu gün Azərbaycanda Bilik günüdür
Bakının erməni-bolşevik işğalından azad olunmasından 100 il ötür
“Bunu deyən kimi başlayırlar məni söyməyə” - Deputatlardan Qafqaz İslam Ordusuna fərqli BAXIŞ
DİN yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başladı
İlham Əliyev TOTAL-ın direktorunu qəbul edib
Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha bir sənəd müzakirə edilib