Azərbaycan ordusunun Lələ təpə və Cünnüt əməliyyatlarında əldə etdiyi uğurlar düşmən tərəfi qorxuya salıb. Ermənistan artıq Azərbaycan ordusunun mümkün həmləsindən qorxaraq üzvü olduğu Kollektiv Təhklükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) şikayətə başlayıb.
FaktXəbər "News.am" saytına istinadən bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bu gün keçirdiyi brifinqdə bəyan edib ki, Azərbaycan ordusunun Naxçıvan istiqamətində hərəkətləri barədə KTMT məlumatlandırılıb. O, əlavə edib ki, Qarabağda baş verənlərin Ermənistana adiyyatı olmaması ilə bağlı fikirlərlə razı deyil: "Ermənistanla təmas xəttində baş verənlərin birbaşa əlaqəsi var. Diplomatlarımız da dərk edirlər ki, onların otağı sərhədə çox yaxındır. Müvafiq olaraq, KTMT-dəki həmkarlarımız operativ məlumatlandırılıb".
Karabakhmedia.az