Qarabag Media
Haqqımızda Əlaqə

Torpağını itirmiş xalqın qələbə xəyallarına qapılıb zaman itirməsi daha qorxuludur...- 7 cümlədə 7 dərd


Tarix:2-07-2018, 12:52 Kateqoriya:Manşet / Yazarlar

Torpağını itirmiş xalqın qələbə xəyallarına qapılıb zaman itirməsi daha qorxuludur...- 7 cümlədə 7 dərdSultan Laçın

Qala hasarlı villadan izdihamla yola salınan meyit də qəbirə gedir, yarıuçuq daxmadan səssiz-küysüz çıxarılan da...


Bu athaat dünyasında at da gətirildi adam(!) xəstəxanasına, atam!..

***


Yayın qızmarında Sumqayıt yolunda tıxaca düşüb bezənlər Qiyamət günü Cəhənnəmin odlu-alovlu yolunda yaranacaq tıxacı düşünsələr, yüngülləşərlər; o yoldakı pıqqır-pıqqır qaynayan qır tiyanlarında bu dünyadakı yolların təmiri zamanı betondan, çınqıldan, asfalt qırından qaz vurub qazan dolduran korrupsionerləri də görəcəklər, inşallah...

***

Aşıb-daşan haqsızlığın, rüşvətxorluğun, korrupsiyanın, alkoqollu içkilərin kütləvi satış və içilməsinin, qumarbazlığın, sələmçilyin, fahişəliyin, “qaluboy”luğun təhlükəsini anlamayanlar, “demokratiya” adı altında yüz minlərin qanının axıdılmasına, Qarabağ, Fələstin, Qüds, İraq, Suriyadakı və s. qanlı cinayətlərə göz yumanlar adi bir astronomik olayı – “Qanlı Ay” tutulmasını “Qiyamətin müjdəçisi” kimi qələmə verirlər...

***


Deyirlər, İslam, türk dünyasına qarşı düşmənçilikləri əsrlərdir ki, bəlli olan sələmçi oliqarxların –qlobal monarxistlərin idarə etdiyi demokratik(!), ədalətli(!) ABŞ-ın Azərbaycan xalqına canı yanır: ABŞ-ın Azərbaycandakı Səfirliyi və Səfirliyin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi xüsusi təhlükəli patogenlərdən qorumaq və araşdırmalar aparmaq üçün Azərbaycanın Səhiyyə Nazirliyinə 55 min ABŞ dolları dəyərində avadanlıq təhvil verib...

***

Görəsən, niyə Almaniyada Merkel 4 dəfə ardıcıl kansler seçiləndə “demokrat” olaraq qalır, amma Türkiyədə Ərdoğan dalbadal prezident seçiləndə “diktator” olur?..

***


Torpağını itirmiş xalqın qələbə xəyallarına qapılıb növbəti zaman itirməsi daha qorxuludur, çünki Qarabağın azadlığı ordumuzun, silahlarımızın gücünü görərək qələbə illüziyasına qapılmaqdan yox, hamılıqla səfərbər olub Allaha, torpağa tapınaraq həm hərbi, həm də mənəvi cəbhədə zəfər hücumuna atılmaqdan keçir...

***

Haram qazancla qurulmuş qalanın içindəki villadan hay-küylə, izdihamla yola salınan cənazənin də, yarıuçuq daxmadan, çadırdan, yataqxanadan səssiz-küysüz çıxarılan meyitin də son mənzili eynidir - qəbir...

Sultan Laçın

Mənbə: moderator.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb