Qarabag Media
Haqqımızda Əlaqə

Rəsulzadənin tam fərqli Novruz düsturu - Bir məqalədəki gizlinlər


Tarix:2-07-2018, 02:33 Kateqoriya:Manşet / Cəmiyyət

Rəsulzadənin tam fərqli Novruz düsturu - Bir məqalədəki gizlinlərM.Ə.Rəsulzadə “Açıq söz” qəzetinin 8 mart 1917-ci il sayında yazdığı məqaləsində xalqımızın müqəddəs bayramı olan Novruzdan bəhs edir. Amma necə? – Böyük ideoloq və Şərq tarixinin bilicisi olan Rəsulzadə Novruzun mahiyyəti, fəlsəfəsi ilə dövrünün siyasi mənzərəsini çox gözəl əlaqələndirir. “Yeni gün” formulunu insanların gələcək azadlığı kimi göstərir.

Karabakhmedia.az böyük dövlət xadiminin həm araşdırmaçı, həm də siyasi dünyagörüşünü özündə əks etdirən bu yazıdan maraqlı hissələri təqdim edir:

Təbiətlə bərabər bu günlərdə bütün Rusiya dəxi bayram saxlayır. Həyat, hürriyyət və nur misalı olan novruz royi-məskuni işğal edən böyük Rusiyanın istibdad zülmətindən, zalim və cəbr zülmətindən çıxdığı günlərə təsadüf ediyor.

İki Novruz birləşiyor. Əski iranilərcə bu gün Hürmüzd Əhrimənə qələbə çalmış, burunkı (qədimi) türklərcə də qurd (pörtəçnə) Kuhi-Qafda məsur qalmış türkləri qurtarmış.

Fəqət bunların ikisi də əsatir, əmələlərlə soldatlar Ruşiyayı çürük istibdad əlindən xilas eləmiş, iştə böyük bir həqiqət, bir həqiqəti-tarixiyyə ki, içində bulunduğumuzdan naşı heybətini tamamilə dərkdən aciz, ehtişam və əzəmətinə qarşı heyran və alə bu- lunmuşuz!...

Bahar bütün zihəyatın, bütün millətlərin bayramı olduğu kibi, bu bahari-siyasi də Rusiyada yaşayan bütün sinif, təbəqə və millətlərin baharıdır. Bahar feyzi fitr-tahir kəsə müsavi olduğu kibi feyzi-hürriyyət də öylədir. Baharın ilk gününü bayram edən Şərq hər il “məhvəli-hövl və əhval”dan halmın əhsən halə dəyişdiyini istədiyi kibi Rusiya əhrarı da sənələrdən bəri əhsən halı gözləyərək qalmış, heyhat ki, gündən-günə gözlədigi “əhsən halə” yaxınlaşmaq arzusunda ikən Rusiya cəmaətçiliyi biləks daha dərin bir şahi-istibdada doğru yuvarlanıyor. Hər növ ümid və əmniyyətini qeyb ediyordu. Nəhayət, aləmşümul müharibənin ən şiddətli, yəsavər günləri gəldi, köhnə idarənin bütün yararsızlığı, çürükliyi aşkar ikən xəlq müqəddəratına hakim olub qaldı. Artıq Rusiya xəlqi qarşısına sanki dəmir bir sədd çəkilmiş, çıxmağa yol qalmamışdı. Nagah “qurtuluş” gəldi, “əshabi-kəhf ’ oyandı. Novruzi-hürriyyət oldu. Köhnə üsuli-idarədən ən çox zərər görən şübhəsiz ki, Rusiya müsəlmanları, müsəlman və türk aləmi idi. Sənələrdən bəri əhsən halını görmək üçün dua edən bu aləm hər il eyni yəs və nov ümidlə o duasını söyləyib durmuş idi. Fəqət hürriyyət, ədalət və müsavat əsaslarmın elan olunduğu bir zamandä “ya məhvəl-əl-hövl və əla-həval hövl halı- na əli əhsən-əl-hal” duası başqa bir ümid, başqa bir şövqlə söylənə bilər, o halda: Ey vətəndaşlar, hər iki bayramınız mübarək!”

Karabakhmedia.az

Mənbə: moderator.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb