Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəmanlar Kərim Kərimovun və Ramiz Qənbərovun doğum günüdür


Tarix:2-07-2018, 02:10 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəmanlar Kərim Kərimovun və Ramiz Qənbərovun doğum günüdür

Kərim Məhəmməd oğlu Kərimov 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Tümenə getmiş və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olunmuşdur. Siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü.
Qarabağda hadisələr şiddətlənəndə onunla təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb deyir: “Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda torpaq bizi bağışlamaz”. Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan tələbələr Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirirlər. Onlar Biləcəridə təlim keçdikdən sonra, aprelin 15-də Goranboy rayonuna yola düşürlər. İlk gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı K. Kərimov istehkamçılar bölməsinə komandir təyin olundu. O, verilən bütün tapşırıqları itki vermədən, layiqincə yerinə yetirirdi.

1992-ci il mayın 1-də Tap-Qaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatı başlanmışdı. Əməliyyat zamanı bir nəfər əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan lazım olanda ilk dəfə Kərim özü qan verir. Mayın 5-də Kərim bir neçə döyüş yoldaşı ilə birlikdə quldurlar yuvası Talış təpəsinə qalxır. Onların döyüş hünəri sayəsində 40 nəfərə yaxın erməni qulduru məhv edilir. Bölmə döyüşə-döyüşə yüksəkliyi ələ keçirir. Səhər saat 5 radələrində Talış kəndindən baş qaldıran düşmən güclü hərbi texnikanın köməyilə onları mühasirəyə salır. Şiddətli döyüş başlanır. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatanla hücuma keçir. Düşmənin bir döyüş maşını vurulur. İkinci maşına atəş açılanda artıq Kərim yaralanmışdı. O, əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni quldurları Kərimin və onun bir neçə döyüş yoldaşının cəsədlərini götürüb aradan çıxırlar.

İyunun 12-də kəndlərin erməni silahlı quldur dəstələrindən təmizlənməsi əməliyyatı başlanır. Qısa müddət ərzində 14 kənd geri alınır. Ayın 16-da səhər saat 12-də Talış kəndinin azad olunması barədə əmr veriləndə Kərimin atası və əmisi də döyüşlərə qoşulurlar. Milli Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində Kərimin fermanın yanında basdırılmış cəsədi tapılır. Onun cəsədi Gəncə aeroportuna gətirilib Naxçıvana yola salınır. 1992-ci il mayın 5-də Goranboy döyüşlərində qəhrəmancasına şəhid olmuş Kərim Kərimov iyunun 17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qarahəsənli kəndində onun büstü qoyulmuşdur. Goranboy və Şərur rayonlarında adına məktəb və küçə var.

Ramiz Bulud oğlu Qənbərov 1962-ci il iyulun ikisində Şuşa şəhərində dünyaya göz açıb. Şuşadakı H.Hacıyev adına 4 saylı orta məktəbə gedib. Orta məktəbdə yaxşı oxuduğundan və təşkilatçılığı gözəl bacardığından onu sinif nümayəndəsı seçmişdilər. O, oxuduğu müddətdə həm müəllimləri, həm də sinif yoldaşları tərəfindən çox sevilirdi. Hər kəslə səmimi münasibət quran, dostluq etdiyi insanların yolunda canından belə keçməyə hazır olan bir oğul idi Ramiz. 1979-cu ildə məktəbi bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə gedən Ramiz iki ildən sonra xidmətini başa vuraraq Şuşaya qayıdır. Hərbi xidməti Moskva ətrafında keçən Ramizi vətənə qayıdandan sonra da ali təhsil almaq arzusu sönmür. O, 1986-cı ildə İnşaat Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə qəbul olur. Qiyabi təhsil alan Ramiz vaxtını boşa sərf etmir. O, Şuşada tikintidə işləməyə başlayır.

Qəlbindəki arzularını bir-birinin ardınca həyata keçirməyə başlayan Ramiz həyatda nələrlə qarşılaşacağından xəbərsiz idi. Qənbərovalar ailəsində dörd oğul, bir qız övladı böyüyürdü. Ramiz Qənbərovun digər qardaşları da onun qədər cəsur idi. Qardaşlardan biri Əfqanıstanda hərbi xidmətdə olmuş, digəri isə Şuşanın ilk əsir düşmüş 4 nəfər gənclərdən biri olmuşdu. 40 gün əsirlik həyatı yaşayan qardaşınin geri alınması ücün əlindən gələni edən Ramiz, sonra çıxış yolunun bir erməninin dəyişdirilməsində görür. Ramiz bir erməni əsirini verərək qardaşı ilə birgə digər 3 nəfərin də həyatını xilas edir.

Gün keçdikcə öz cəsurluğu, döyüşdə göstərdiyi qəhrəmanlığı ilə fərqlənən R.Qənbərov dillər əzbərinə çevrilir.

Alınmaz qala Şuşa düşmən tapdağında əziləcək. 1992-ci il aprelin 29-da erməni silahlı qüvvələri Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçən zaman Ramizin batalyonu müdafiəyə başladı. Həmin gün qızğın döyüşlərdə Ramiz ağır yaralanır. Aprelin 30-da aldığı ağır yaralardan dünyasını dəyişən Ramizin ölümü Şuşa üçün böyük zərbə idi. Heç kim bu itki ilə barışa bilməsə də,həqiqəti dəyişdirmək mümkün deyildi. Ramiz Qənbərov vətən yolunda ölməzliyə qovuşmuşdu. Yaxınları, silah yoldaşları Ramizi Bakıda dəfn etmək istəsələr də, atası razı olmur. Anası oğlunun torpaq uğrunda şəhid olan digər vətən övladlarından heç bir fərqi olmadığını deyərək onu Şuşada, elə doğulduğu torpaqda da dəfn edir. Ramizin ölümündən bir həftə sonra -1992-cı il mayın 7-dən 8-keçən geçən gecə ermənilər 11 minlik qoşunla Şuşaya hər tərəfdən hücuma keçdi və Şuşa işğal olundu...

1992-ci il iyunun 7-də Azərbaycan Prezidentinin 833 saylı fərmanına əsasən Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Həvəslə qəbul olub, sonradan isə vətənin müdafiəsi üçün təhsilini yarımçıq qoyduğu ali məktəbin diplomunu almaq isə Ramiz Qənbərova nəsib olmadı. O, şəhid olduqdan sonra qara diplomunu anası Səkinə xanıma təqdim edirlər. Bu gün qəhrəmanın şəkli Azərbaycan Memarlıq və İnşaat Universitetində divar lövhəsindən asılıb. Vətən uğrunda şəhid olmuş bu qərəman öz həyat və döyüş yolu ilə təhsil alan bütün gənclərə nümunə olaraq göstərilir.

Dörd il... Qısa bir zaman olsa da, Ramiz bu müddətdə vətəni üçün çox şey etdi, canından keçdi. Vətənin müdafiəsində qürurla vuruşdu. Amma təəssüf ki, onun bu mübarizə yolu tez bitdi.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil