Qarabag Media
Haqqımızda Əlaqə

Qəlbləri coşduran, ürəkləri fəth edən səs — Məhəbbət Kazımovun doğum günüdür


Tarix:2-07-2018, 01:09 Kateqoriya:Manşet / Mədəniyyət

Qəlbləri coşduran, ürəkləri fəth edən səs —  Məhəbbət Kazımovun doğum günüdürGözümün önündə durar həmişə,
Otlu biçənəklər, yamyaşıl meşə.
Mən ki aparmıram şehli bənövşə,
Çöllərdə bitmişdi, çöllərə qaldı.

M.ƏLİYEV

Musiqi insan həyatının bütün anları üçün mənəvi qida mənbəyidir. Hər bir kəs beşikdən məzaradək musiqi ilə müşayiət olunur. Ensiklopedik biliyə malik Mir Möhsün Nəvvab musiqinin insan həyatında oynadığı rolu yüksək qiymətləndirərək demişdir ki, insanın musiqidən aldığı həzzi başqa heç bir şeylə əvəz etmək olmaz. Musiqidən nəinki insanlar, hətta heyvanlar və quşlar da təəssürat alırlar. Lazım olduqda musiqi ilə müalicə də edirlər. Mənim xəstə könlümü ilhamlandıran, məni yaşadan, deyərdim ki, musiqidir.

Azərbaycanın musiqi ifaçılığı sahəsində özünəməxsus ifa tərzi ilə iz qoyan Məhəbbət Kazımovu amansız ölüm sıralarımızdan apardı. Amma zaman bizi Məhəbbət Kazımovdan cismən uzaqlaşdırdıqca onun ifa etdikləri (“La-çınım mənim”, “Dağlar”, “Cavanlığım”, “Təkcə”, “Ay ilk məhəbbətim”, “İn-nən belə o gözlərə baxmaram”, “Bu sevgidə kim uduzdu, kim uddu?!”, “Yaralı durnam”, “Ana, səni sevən gündən”, “Ana, mənə layla de”, “Bəs-tənigar”, “Ağarma, ay saçlarım, ağarma”, “Belə qəmli dayanma”, “Şəhla gözlərin”, “Öldürəcək bu qız məni”, “Əlvida” və s.) mahnıları Məhəbbət dünyasının, Məhəbbət sənətkarlığının əbədiliyini şərtləndirir və bizi ona mənən yaxınlaşdırır. Məhəbbətin unikal səsi qəlbləri coşdurur, ürəkləri fəth edirdi. Amma Məhəbbət təkcə gözəl səsə, nəfəsə, boğaza malik deyildi. Onun gözəlliyi kompleks şəkildə sistemlilik təşkil edirdi. Səhnə mədəniyyəti, diksiyası, jestləri, yerişi, duruşu, geyimi, şəxsiyyəti, psixologiyası, milli mentaliteti, Vətən, xalq sevgisi, ümumiyyətlə, bütün durumu Azərbaycan-türk səhnəsi üçün örnək ola biləcək ölçülərə uyğun səpkidə şriftlənmişdir. Həmçinin bu sadalanan xüsusiyyətlər süni şəkildə deyil, Məhəbbət Ka-zımovun saf, sadə və təbii özünəməxsusluğuna əsaslanırdı. Saflıq, sadəlik və təbiilik Məhəbbətə məhəbbət qazandıran başlıca amil idi. Məhəbbətin zən-gulələrini dinlədikcə özümü doğma yurdda, Laçın dağlarında – Oyuğun yalında, Göy bulaqda, Arpa gədiyində, Əhmədbəyli yaylağında, Uzun yalda, Tək armudda, Pələng qayasında, Haça daşda, Qırxqız yaylağında, Pəri bulağında, Kotan qayada, ümumiyyətlə, başı Kardaş, ayağı Fərraşda hiss edirəm. Bu, o yerlərdir ki, Məhəbbət Kazımovun uşaqlıq illəri orada keçmişdir.

Xalqın sevimlisi, təkrarolunmaz səsə malik Məhəbbət Kazımova Xalq artisti adı verilməsə də, o, xalqın artisti adını özünəməxsus fəaliyyəti ilə qazanmışdır. Azərbaycanda Xalq şairi adına layiq görülən elə şair var ki, bir sözü, bir misrası belə heç kimin yaddaşında qalmayıb, amma elə şairlər də var ki, ona ad verməsələr də, xalqın qəlbində əbədi yer tutur, bütün şeirləri əzbər söylənilir, xalqın şairi kimi yaddaşlara həkk olunur. Məhəbbət Kazımov da xalqımızın yaddaş muzeyinin qızıl fondunda özünə əbədi yer ta-pan, unikal səsə malik olan xalqın artistidir.

Tarixin silinməz daş yaddaşına xalq qəhrəmanı kimi həkk olmuş Sultan bəyin nəsil şəcərəsinin daşıyıcısı olan Məhəbbət Kazımov vətən həsrəti, Qarabağ dərdi, Laçın nisgili ilə sanki şəhid oldu. Məhəbbət Kazımovun qüruru, qeyrəti, əyilməz vüqarı gənclik üçün tərbiyə məktəbidir. O heç vaxt şöhrət dalınca qaçmadı, dünya malına göz dikmədi. Onu tanıyanlar Məhəbbəti xalqın məhəbbəti adlandırırdılar.

Məhəbbət Kazımov vüqarı Laçın dağlarından, coşqunluğu çağlayan saf sulu bulaqlardan, dözümlülüyü sal daşlı sıldırım qayalardan, mərdliyi, cəsa-rəti dağların sərt havasından almışdır, lakin qəlbləri coşduran, ürəkləri fəth edən səsini Tanrı bəxş etmişdir. Odur ki, onun ülvi, saf, təkrarolunmaz zəngulələrini Tanrı hədiyyəsi adlandırsaq yerinə düşər.

Ecazkar zəngulələri Məhəbbət dünyasının ancaq ona məxsus olduğu möhürünü vurmuşdu. “Laçınım mənim” mahnısını Məhəbbət yanğısı ilə Məhəbbətdən başqa heç kim Məhəbbət kimi oxuya bilməz. Məhəbbətin səsini milyon səslər içindən musiqi duyumu olmayan da seçə bilir. Bu xüsusiyyət unikal səsə malik, barmaqla sayıla bilən nadir şəxsiyyətlərə aiddir ki, belə nadir şəxsiyyətlərdən biri də Məhəbbət Kazımovdur. Doğrudur, həyatda hər hansı varlığın qiyməti, qədri onu itirdikdən sonra bilinir. Lakin Məhəbbət Kazımov qədir və qiymətini sağlığında qazanmışdı. Bu faktı onun ölüm xəbəri yayılanda Azərbaycan xalqının matəm saxlaması və bütün bölgələrdə təşkil olunan yas mərasimləri təsdiq edirdi. Odur ki, Məhəbbət bütün Azərbaycan xalqının sevimlisi və yaddan çıxmayan, unudulmayan sənətkarlarından biri kimi daim anılacaq. Ölüm amansızlığı ilə, Sədi Şirazinin təbirincə desək, qiymətə minməyəcək:

– Daş zərli kasanı sındırsa, daşın
Qiyməti artarmı, əskilərmi zər?!


Əsla yox! Məhəbbət dünyası, Məhəbbət zənguləsi, səsi, nəfəsi, ləfsi, şirinliyi xalqımızın qəlbində əbədi yaşayacaq, onun dəyəri əskilməyəcək!

Əli ƏLİYEV,
filologiya üzrə fəlsəfə doktoru










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil