Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyalı deputatlar Cocuq Mərcanlıda


Tarix:1-07-2018, 13:14 Kateqoriya:Manşet / Qarabağ

Rusiyalı deputatlar Cocuq Mərcanlıda

Cocuq Mərcanlıda Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunur.

Rusiya Federasiyası Dövlət Dumasının bir qrup deputatı, Rusiyanın tanınmış ictimai xadimləri və ekspertləri 2016-cı ilin Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndindədirlər.

Karabakhmedia.az xəbər verir ki, onlar "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfransda iştirak edirlər. Konfransda Azərbaycan nümayəndələri də iştirak edir.

Konfrans iştirakçıları arasında Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin, Ekspertlər Klubunun üzvü Valeri Korovin, eləcə də jurnalist, politoloq, ictimai xadim Maksim Şevçenko və digərləri var. Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, millət vəkilləri Elman Məmmədov və Fazil Mustafa iştirak edirlər.

Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparırlar.

Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün "Qurd Cəbrayıl"ın anım günüdür - FOTO
Fəxri Xiyabanda Cümhuriyyət izləri - FOTOLAR
Evli qadınların Facebook sevgiləri
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib