Qarabag Media
Haqqımızda Əlaqə

Bir partada əyləşdiyimiz günlər olaydı, ŞƏHİD DOSTUM!..


Tarix:1-07-2018, 01:12 Kateqoriya:Manşet / Cəmiyyət

Bir partada əyləşdiyimiz günlər olaydı, ŞƏHİD DOSTUM!..

Sənin barəndə “yaşasaydı” sözünü demək doğru deyil, sən bir şəhid olaraq Allah dərgahında və qəlbimizdə əbədi yaşayırsan...

İyulun 1-də 25 il öncə bu dünyadan nakam köçmüş şəhidimiz Kamal Cabbarovun 50 yaşı tamam olur...

...Onu sağ-salamat sonuncu dəfə Laçında, səhv etmirəmsə, 1991-ci ilin fevralında görmüşdüm... Qış tətilini bitirib avtobusla Laçından –Ağanus kəndindən ali məktəbdə təhsilimi davam etdirmək üçün Bakıya qayıdırdım. Fətəlipəyə kəndindən keçəndə gözlənilmədən o da avtobusa mindi. Yanımdakı boş yerə əyləşdi. Ötüb-keçənlərdən xeyli söhbət etdik. Səhv etmirəmsə, o, Beyləqanın Daşburun kəndində düşdü. Oradan Mingəçevirə yollanmalı idi –texnikumda təhsil alırdı... O vaxt yollara erməni hücumlarıyla bağlı Laçın-Şuşa-Xankəndi yolunu getmək təhlükəli idi...

Bundan sonra 1993-cü ilin oktyabrınadək bir daha görüşmək qismət olmadı... 1992-ci ildə Laçın işğal olundu və kəndlərimiz, tayfalarımız, doğmalarımız, qohum- əqrəbamız, dostumuz-yoldaşımız pərən-pərən düşdü... Onun ağır yaralandığını eşidəndə Bakıda idim, dərhal Sabunçudakı 3 saylı xəstəxanaya yollandım... Cəbrayıl istiqamətində Daşbaşı yüksəkliyi uğrunda gedən döyüşlərdə qarın nahiyəsindən ağır qəlpə yarası almışdı. Vəziyyəti ağır olsa da, onun ölməsini təsəvvürümüzə belə gətirə bilməzdik... Çünki uşaqlıqda bədəncə o qədər böyük olmasa da, biləyi güclü və çox çevik idi, güləşdə onun kürəyini yerə vurmaq hər kəsin işi deyildi...

...Onunla 6 il eyni məktəbdə, eyni sinifdə təhsil almışıq. Bir partada əyləşdiyimiz vaxtlar da olub. Daim ədaləti, haqqı, haqsızı müdafiə edən olduğundan dostlaşmışdıq da... Zəhmətkeş, halal bir ailənin övladı idi Kamal Bəbəş oğlu Cabbarov... Rəhmətlik atası Bəbəş kişi kolxozumuzun tanınmış, ən peşəkar yük maşını sürücülərindən idi. Tez-tez evimizə qonaq gələr, atamla ötüb-keçənlərdən şirin söhbət edərdi... Kamalın anası Almaz xala çox mehriban, gülərüz bir qadındır. Bu gün ahıl yaşda olsa da, çöhrəsinə baxan kimi Laçınlı, Kamallı günlərimiz bir lent kimi gözümüzün önündən keçir... Son 25 ildə dəfələrlə Kamalın doğum, xatirə günlərində, Laçının işğal günlərində Şəhidlər Xiyabanında –ciyərparasının məzarı başında rastlaşmışıq... Allah ömür versin əziz anamıza!..

Sənin haqqında “yaşasaydı” sözünü deməyə dilimiz gəlmir, Kamal... Çünki sən torpaqlarımız uğrunda bir şəhid olaraq Allah dərgahında və bizlərin qəlbində əbədi yaşayırsan.... Bu il Laçında birlikdə təhsil aldığın həmyaşıdların, sinif yoldaşlarınla bərabər sənin də 50 yaşın tamam olur. Yubileyin mübarək, qardaşım! Bütün doğmaların, əzizlərin, dostların sinif yoldaşların adından səni təbrik edirəm...
Cabbarov Kamal Bəbəş oğlu 1968-ci ildə Laçın rayonunun Fətəlipəyə kəndində anadan olub. 1985-ci ildə Ağanus kənd orta məktəbini bitirib. 1986-1988-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub.
1989-cu ildə Mingəçevir Politexnik Texnikumunu bitirib. 1993-cü ildə Milli Ordu sıralarına daxil olaraq cəbhəyə yollanıb. Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralanıb və 1993-cü ilin oktyabr ayının 9-da ŞƏHİD olub. Bakıdakı Şəhidlər Xiyabnında dəfn olunub.

Allah rəhmət eləsin!

Allah dərgahında görüşmək ümidi ilə

Sultan Laçın

Mənbə: moderator.az










SON XƏBƏRLƏR
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar - VİDEO
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub