Qarabag Media
Haqqımızda Əlaqə

ABŞ təşkilatı Qarabağdakı separatçı rejim üçün mina təmizlənməsinə daha 2,7 milyon ayırdı...


Tarix:30-06-2018, 02:00 Kateqoriya:Manşet / Qarabağ

ABŞ təşkilatı Qarabağdakı separatçı rejim üçün mina təmizlənməsinə daha 2,7 milyon ayırdı...

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) adminstratoru Mark Qrin təşkilatın Dağlıq Qarabağdakı mina sahələrini mümkün qədər tez və diqqətlə təmizləmək öhdəliyinə sadiq qaldığını bəyan edib.

Karabakhmedia.az “KarabakhTV”-yə istinadal xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. M.Qrin USAID tərəfindən maliyyələşdirilən və "HALO Trust" tərəfindən həyata keçirilən layihə vasitəsilə ABŞ-ın Dağlıq Qarabağa mina təmizlənməsində yardım göstərdiyini xatırladıb.

2017-ci ilin sentyabr ayına qədər ərazinin 97,6% -i təmizlənmişdir. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Qarabağın minalardan tam təmizlənməsini təmin etməkdir.

M. Qrin bildirib ki, 2017-ci ilin oktyabrında USAID cari proqram çərçivəsində və "HALO Trust" ortaqlığı ilə 2019-ci ilin sentyabrınadək Dağlıq Qarabağda minaların təmizlənməsi üçün təxminən 2,8 mln. dollar ayırıb.

Əlavə edək ki, ötən ilin sentyabında ABŞ Konqresinin xarici yardımlar komitəsi konqresmen Devid Valadaonun Dağlıq Qarabağda minaların təmizlənməsi üçün daha 1.5 milyon dollar ayrılmasına dair təşəbbüsünü dəstəkləmişdi.

Xatırladaq ki, Dağlıq Qarabağdakı qondarma separatçı rejimin can-başla xidmətində duran “HALO Trust” Böyük Britaniyanın xeyriyyə, ABŞ-ın qeyri-kommersiya birgə təşkilatı adı altında fəaliyyət göstərir. Planetimiz üzrə mülki vətəndaşlar üçün təhlükə yarada bilən mina və partlamammış qurğuların zərərsizləşdirilməsi ilə məşğul olduğu bildirilir. Təşkilata Amerika və Britaniyanın istefada olan hərbçiləri rəhbərlik edir.

Azərbaycanın işğal altındakı torpaqlarında 2000-ci ildən fəaliyyətə başlamış “HALO Trust”un Qarabağ şöbəsinin ilk rəsmi sponsorları ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAID) və Böyük Britaniyanın “The Yulia Burke Foundation” təşkilatı olub. Azərbaycan tərəfinin “HALO Trust” təşkilatının qanunsuz olaraq ölkənin işğal altındakı ərazilərində fəaliyyətinə görə dəfələrlə beynəlxalq donorlara və təşkilatlara müraciət etməsinə baxmayaraq təşkilat öz fəaliyyətini davam etdirir. Yalnız 2010-cu ildən rəsmi Bakının etirazlarından sonra Böyük Britaniyanın “HALO Trust”a maliyyə yardımı ayrılmasını dayandırmaq barədə qərarı separatçı erməni rejimini yeni maliyyə mənbələri axtarmağa məcbur edib.

Lakin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerevan ofisi təşkilata yardımını davam etdirib və 2014-cü ildə “HALO Trust”ə 5 milyon dollarlıq qrant ayıraraq rəsmən bildirib: “Dağlıq Qarabağda “USAID”-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir...”.

Həmin vaxt “HALO Trust” 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcəyini vəd etmişdi. Son məlumatlara görə, “HALO Trust”un Qarabağdakı yeyintilərindən şübhələnən “USAİD” də maliyyələşdirməni dayandırdığından “yem yerindən” məhrum olan separatçı rejim minaların təmizlənməsi üçün yeni sponsorlar axtarmağa məcbir olub. Bundan sonra “HALO Trust” üçün milyon dollar ianə toplanıb. Bu il martın ortalalarında erməni mediasının yaydığı məlumata görə, artıq “HALO Trust”un adı çəkilməyən sponsorları tapılıb. Məlumatda bildirilir ki, anonim sponsor “HALO Trust”a Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün tələb olunan vəsaitin 4 milyon dollarını ödəməyə hazır olduğunu ifadə edib. Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün isə ümumilikdə 8 milyon dollardan çox vəsait tələb olunur.

Qeyd edək ki, Böyük Britaniya parlamentinin Lordlar Palatasının keçmiş vitse-spikeri, qatı ermənipərəst baronessa Kerolayn Koks da “HALO Trust”un işğal edilmiş ərazilərdəki fəaliyyətini himayə edənlərdən biridir. O vəd edib ki, “HALO Trust” üçün yeni maliyyə mənbələrinin tapılmasına çalışacaq...

Sultan Laçın










SON XƏBƏRLƏR
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ - II YAZI
Ekspert: "Moskva ABŞ-la bağlı gözləmə mövqeyindədir"