Qarabag Media
Haqqımızda Əlaqə

İğdır millət vəkili Yaşar Qaradağ: “Ermənilər Xocalıdakıların hesabını verməlidirlər”


Tarix:29-06-2018, 17:10 Kateqoriya:Manşet / Qarabağ

İğdır millət vəkili Yaşar Qaradağ: “Ermənilər Xocalıdakıların hesabını verməlidirlər”“Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışacam. Bu, mənim vəzifəmdir. Əslən Azərbaycan türküyəm. Babalarım İğdıra 1918-1920-ci illərdə erməni zülmündən gəliblər”.

Karabakhmedia.az xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının İğdırdan seçilən millət vəkili Yaşar Qaradağ bildirib.

“Bu gün İğdırın Hakmehmet, Oba, Gedikli, Koçkıran kəndlərində toplu məzarlar var. Bunlar ermənilərin bizə qarşı etdikləri vəhşiliyi unutmamağa qoymur. Bunları edənlərin nəvələri də eyni şeyi Xocalıda etdilər. Bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Ermənilər Türkiyə ilə normal münasibətlər qurmaq istəyirlərsə, öncə işğal etdikləri Qarabağ torpaqlarını azad etməlidirlər. Qarabağı Azərbaycan qaytarmalıdırlar. Öldürdükləri minlərlə azərbaycanlı qardaşlarımızın hesabını verməlidirlər. Sarkisyanın erməni gənclərinə verdiyi nəsihət unutmadıq: “Biz atalarımızın intiqamını aldıq, siz də Ağrı dağını, İğdır və onun ətraflarını alın”. Mən isə onlara cavab olaraq deyirəm ki, ermənilərə verəcək bir cınqıl daşımız yoxdur və ola da bilməz!”.

Millət vəkili Azərbaycanla bağlı fikirlərini bölüşüb.

“Azərbaycan bu gün Qafqazların parlayan ulduzudur. Müasir və güclü orduya malikdir. Hörmətli prezidentimiz İlham Əliyevin sayəsində hər keçən gün inkişaf edir və liderliyini daha da gücləndirir. Bu gün hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan və hörmətli İlham Əliyevin dostluğu, qardaşlığı ilə iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişafında böyük rol oynayır. Mən də bu qardaşlığın daha da irəli getməsinə çalışacam”,-deyə Y.Qaradağ əlavə edib.

Elnur Eltürk










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi