Qarabag Media
Haqqımızda Əlaqə

“BU GÜN ARTIQ “TURAN ORDUSU” YARADILIR" - DEPUTAT


Tarix:27-06-2018, 15:21 Kateqoriya:Manşet / Türk dünyası

“BU GÜN ARTIQ “TURAN ORDUSU” YARADILIR" - DEPUTAT
Fərəc Quliyev:"Paradda türk taboru da Azadlıq meydanından keçdi. Bu həm 1918-ci ildə türklərin Azərbaycana dəstək üçün gəlməsini simvolizə edirdi, həm də iki qardaş ölkənin birliyinin nümayişi idi"

"Bu gün artıq "Turan ordusu” yaradılır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə müştərək istehsal mövcuddur”.

“BU GÜN ARTIQ “TURAN ORDUSU” YARADILIR" - DEPUTATBunu "Sherg.az”a Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda Türkiyə-Azərbaycan birliyinin nümayiş olunmasından danışarkən millət vəkili Fərəc Quliyev söyləyib. Onun sözlərinə görə, artıq Azərbaycanda istehsal olunan hərbi məhsullar xaricə ixrac olunur:

"Sevindirici haldır ki, simvolik də olsa, Türk taboru da Azadlıq meydanından keçdi. Bu həm 1918-ci ildə türklərin Azərbaycana dəstək üçün gəlməsini simvolizə edirdi, həm də iki qardaş ölkənin birliyinin nümayişi idi. Bütün hallarda Türkiyə və Azərbaycanın problemləri ortaqdır və bunu aradan qaldırmaq üçün birlikdə hərbi gücümüzü ortaya qoymağa hazırıq.

"Türk şahinləri”nin Azərbaycan səmasında uçuşu sakinlər üçün də qürurverici oldu. Bir neçə il əvvəl İran hərbi təyyarələri Azərbaycan sərhədinə soxulduqda, "Türk şahinləri” Azərbaycan səmasında uçuşlar həyata keçirdi. Bu jestdən sonra qonşu dövlətlərin heç biri hərbi aparatlarla ərazilərimizə soxulmağa cəsarət etmədi. Bunun fonunda "bir millət, iki dövlət” deyimi dəfələrlə sübut olunub.

Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ölkə başçısı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ordumuzun gücü göz qabağındadır. Azərbaycan xalqı əmin ola bilər ki, silahlı qüvvələrimiz istənilən vəzifəni icra etməyə hazırdır. Keçirilən möhtəşəm parad düşmənə əsaslı mesaj oldu ki, dinc yolla məsələ həll olunmasa, Azərbaycan öz torpaqlarını hərb üsulu ilə işğaldan azad edəcək”.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib.

Hərbi Parad başa çatdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk” və "Türk Ulduzları” qrupları Bakı buxtası üzərində uçuşlar edib. Belə ki, "Solo Türk” qrupuna daxil olan 2 ədəd "F-16" tipli və "Türk Ulduzları” qrupuna daxil olan 7 ədəd F-5 tipli təyyarələr Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.

Aysel Aslan










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi