Qarabag Media
Haqqımızda Əlaqə

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR


Tarix:25-06-2018, 23:39 Kateqoriya:Manşet / Təhsil

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin dəstəyi, Gənc müəllimlərin sosial media səhifəsi “Gənc müəllim” və AzEdu.az təhsil portalının təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsi yekunlaşıb.

Müsabiqə iki mərhələdə keçirilib. I mərhələdə ən çox dəstəklənən 10 müəllimin çəkdiyi video seçilərək, növbəti mərhələyə keçib.

İkinci mərhələdə isə səs vermədən sonra həmin 10 müəllim arasında birinci yeri Laçın rayonu Taxtakörpü kənd məktəbinin müəllimi Şəbnəm Cəbrayıl tutub.

İkinci və üçüncü yerləri isə İsmayıllı rayon İstisu kənd orta məktəbinin müəllimi Şahid Muradlı və Bakı şəhər 255 saylı tam orta məktəbin müəllimi İradə Zülfüqarova bölüşüblər.

Müəllimlərin mükafatlandırılması 25 iyunda Milli Məclisdə baş tutub.

Təqdim etdikləri videolarla müsabiqənin sonuncu mərhələsinə adlayan 10 müəllim, əvvəlcə Milli Məclisin iclas zalı və Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış olublar. Onlara xatirə muzeyi və iclas zalı barədə ətraflı məlumat verilib.

Mükafatlandırmada gənc müəllimlərlə yanaşı, layihə rəhbərləri - Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və “Gənc müəllim” səhifəsinin koordinatoru Həbib Əlizadə, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, deputatlar Mahir Abbaszadə, Sevinc Hüseynova, Şahin İsmayılov, Eldəniz Səlimov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev iştirakçıları təbrik edib:

“Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il " Azərbaycan Xalq Cümhuriyyət"i ili elan olunub. Biz hazırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməkdəyik. AXC bütün çətinliklərə baxmayaraq, 2 ilə yaxın bir vaxtda mövcud olub. Bu müddət ərzində dövlətçiliyin əsası qoyulub və 20 dövlət tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi tanınıb. Məhz bunlar zəmin yaratdı ki, 1991-ci ildə biz yenidən müstəqilliyimizi əldə edək. Beləcə, müstəqillik qazanandan sonra gənclərin inkişafına töhfə verən bir sıra islahatlara imza atıldı. İlk dəfə Ulu öndər Heydər Əliyev məhz parlamentdə gənclər nümayəndələri ilə görüşdü. Heydər Əliyevin gənclər siyasətini indi də varisi İlham Əliyev uğurla davam etdirir. Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun, Milli Məcslisin Gənclər və İdman Komitəsinin yaradılması, 2016-cı ildə isə referendum aktlarındakı dəyişikliklərlə yaş məhdudiyyətinin götürülməsini və s. buna nümunə gətirmək olar. Son dövrdə də “Təhsil haqqında” Qanuna olunan 62 dəyişiklik, ümumi qanunvericilik aktları, gənclərin və təhsilin inkişafına töhfə verəcək. I, II, III yerə sahiblənmək şərt deyil, əsas olan iştirakdır. Vətənə, dövlətə bu qədər bağlı olmaq, gənclər siyasətini dəstəkləmək özü bir qabiliyyətdir”.

Ülvi Quliyevin çıxışından sonra “İlin gənc müəllimi” müsabiqəsinin qalibləri: Şəbnəm Cəbrayıl, Şahid Muradlı, İradə Zülfüqarovanın təqdim etdiyi videolara baxılıb.

Videolara baxdıqdan sonra layihənin ideya müəllifi, gənc müəllim Həbib Əlizadə çıxış edərək, layihə və iştirakçılar, o cümlədən, “Gənc müəllim” səhifəsi barədə maraqlı məlumatları bölüşüb:

“Gənc müəllimlərin hər birinin adından başda Elşad müəllim olmaqla, Milli Məclis rəhbərliyinə bizə göstərdiyi dəstəyə görə öz minnətdarlığımızı bildiririk. Təhsil Nazirliyinin məlumatına görə, hazırda Respublikada 42 mindən çox gənc müəllim var. “Gənc müəllim” şəbəkəsində isə təxminən 6 min müəllim izləyicisi var. Biz ümid edir və inanırıq ki, dövlətin bizə göstərdiyi etimadı doğruldacağıq”.

Ardınca Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı çıxış edib. O, AzEdu.az-ın fəaliyyətindən danışıb:

“AzEdu.az təhsil portalı üç aydır, fəaliyyət göstərir. Düşünürəm ki, Azərbaycanda təhsil sahəsində kifayət qədər uğur əldə edə bilib. Əsas məqsədimiz təhsillə bağlı dövlət proqramı ilə aparılan işlərdə düzgün ictimai rəy formalaşdırmaqdır. Xüsusilə də təhsil sahəsində çalışan gənclərlə bağlı maarifləndirmə işi aparmaq da əsas məqsədlərimizdən biridir. Həmçinin, portalın ucqar kəndlərlə bağlı layihəsindən söz açaraq, gənclərin son illərdə bölgə məktəblərinə maraqlarının artdığını qeyd edib.

E. Eyvazlı, eyni zamandan, bu kimi məsələlərdə portalın həmişə gənclərin yanında olacağını, təhsillə bağlı hər bir layihəyə dəstək verməyə əlindən gələni edəcəyini bildirib. Layihədə iştirak edən müəllimlərlə bağlı isə gələcəkdə geniş layihələrin davam edəcəyini vurğulayıb.

O, sevindirici hallardan biri kimi müsabiqədə iştirak edən müəllimlərin ölkənin dörd bir tərəfindəki ucqar məktəbləri təmsil etdiyini xatırladıb.

Qeyd edək ki, müsabiqədə Laçın, Quba, Ağstafa, Yardımlı, Lerik və s. kimi ucqarların müəllimləri iştirak ediblər.

Tədbirin sonunda gənc müəllimlərə mükafatlar təqdim olunub və müəllimlərlə xatirə şəkli çəkilib.

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

"İlin gənc müəllimləri" Milli Məclisdə mükafatlandırıldı — FOTOLAR

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür
TÜRK MİLLİYYƏTÇİLİYİNDƏ SİYASƏT
Yaqub Mahmudov: "Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb"
Rəsmi Moskva hədəfi göstərdi: Təyyarənin vurulmasının günahkarı İsraildir
İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib
Bakının qurtuluşunun 100 illiyi münasibətiylə geniş tədbir keçirilib - FOTOLAR
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Heydər Əliyev hərbi xidmətə yollandı - FOTO
Süleyman Rüstəmin Mir Cəfər məclisində ölümcül zarafatı
Paşinyanın arvadı Qarabağda ölən ermənilərin analarını topladı, azərbaycanlı analara müraciət etdi
Göygöl rayonunda dəhşətli qətl — Atasını balta və bıçaqla öldürdü
İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurdu
Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib - FOTOLAR
Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb
Qafqaz İslam Ordusunun Bakı zəfəri iki qardaş xalqın birgə yazdığı şərəfli tarixdir
Bu gün Beynəlxalq Demokratiya günüdür
Atatürk hava limanından ilk uçuş Azərbaycana olacaq
Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı video-çarx hazırlayıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Xilaskar paşaların nəvəsi Arzu Ənvər Bakıya gəlib
ABŞ-da fövqəladə vəziyyət elan edilib
Bakının fatehi — Nuru paşa
Xaçmazda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib - FOTO
Bu gün Azərbaycanda Bilik günüdür
Bakının erməni-bolşevik işğalından azad olunmasından 100 il ötür
“Bunu deyən kimi başlayırlar məni söyməyə” - Deputatlardan Qafqaz İslam Ordusuna fərqli BAXIŞ
DİN yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başladı
İlham Əliyev TOTAL-ın direktorunu qəbul edib
Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha bir sənəd müzakirə edilib