Qarabag Media
Haqqımızda Əlaqə

Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə


Tarix:24-06-2018, 01:55 Kateqoriya:Manşet / Araşdırma

Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə

Azərbaycanın ilk respublikası dövründə Gürcüstan ölkənin xarici işlərində xüsusi yer tuturdu. Azərbaycan və Gürcüstan bir-birindən asılı idi.

Bir çox azərbaycanlı və gürcüstanlı siyasətçiləri anlayırdılar ki, onların içində olduğu həssas dövrdən salamat çıxmaq üçün iqtisadi, siyasi və hərbi müttəfiqlik vacibdir. Eyni zamanda hər iki respublika arasında bir sıra mübahisələr də mövcud idi.

Biz bir neçə esse ilə iki ölkə respublika arasındakı münaqişə və müttəfiqlik ilə bağlı mövzuları təsvir etməyə çalışacağıq.

İlk məsələ sərhəd demarkasiyası və ərazi münaqişələri idi. Lakin bu məsələdən əziyyət çəkən təkcə Gürcüstan və Azərbaycan deyildi. Bu, ümum-Avropa problemi idi.

1918-ci ildə dörd nəhəng imperiya süquta uğradı: Rusiya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları. Yeni dövlətlər yarandı, yeni sərhədlər cızıldı.

Yeni sərhədlər isə yeni ərazi münaqişələri demək idi. Almaniya imperiyası əvəzinə artıq Almaniya respublikası var idi.

Bununla yanaşı şərqdə yeni Polşa respublikası qurulmuşdu. Polşalılar və almanlar sərhədlərlə bağlı razılığa gəlməli idilər: Danzig (hazırkı Qdansk) limanı və ətraf əraziyə kim sahib olacaqdı?

Şərqdə polşalılar və litvalılar yeni sərhədlər müəyyənləşdirməli idi və hər ikisi Vilnüsü istəyirdi. Macarıstanlılar isə Rumıniya ilə paylaşdıqları yeni sərhəddən məmnun deyildilər. Sözügedən mübahisələrin bəziləri tarixi iddialara əsaslansa da, bəziləri demoqrafik aspektləri qabardırdı.

Gürcüstan-Azərbaycan sərhədi də istisna deyildi. Bu, böyük Avropa tərkibində başqa bir sərhəd mübahisəsi idi. Təbii olaraq məsələ gürcüstanlıların 1918-ci il mayın 26-sı və azərbaycanlıların 1918-ci il mayın 28-si müstəqil respublika elan olunduqları andan başlamışdı. Bəs onların dövlətlərarası sərhədi hara idi? Məhz bu sual hər iki ölkə arasındakı ərazi mübahisəsini üzə çıxarırdı.

Zaqatala dairəsi bu ölkələr arasındakı ərazi mübahisələrindən biri idi. Danışıqlar masasında hər iki tərəf tutarlı arqumentə malik idi.

Azərbaycan tərəfi Zaqatalanı ərazidəki dominant dinə görə iddia edirdi. Azərbaycanlı təmsilçilərə görə, Zaqatala dairəsinin 95% əhalisi müsəlmanlardan ibarət idi. Yeni ölkənin sərhədləri içində yer almaq onlar üçün təbii hal olacaqdı.

Fəqət bu dini mənsubiyyət, ərazinin türkdilli əhalisinin sayı ilə üst-üstə düşmürdü. 1897-ci ildə qeydə alınmış ümum-imperiya sıyahıyaalmaya əsasən, Zaqatalada türkdilli əhali 34% olub. Ötən onillikdə bu faiz bir az daha aşağı düşərək 28% təşkil edirdi. Tipik olaraq Rusiya imperiyasının statistikası onları 'tatarlar' kimi qeydə almışdı.

Avarlar və saxurlar əhalinin yarısını - 46% təşkil edirdi. Gürcülərin etnolinqvistik qohumu sayılan ingiloylar kartlian dilində danışan kiçik gürcü azlığı ilə birgə 15%-dən ibarət idi. Yəni ərazidə türklər yox, sırf müsəlmanlar məskunlaşmışdılar.

Gürcüstanın Zaqatala üzərindəki iddiası isə tarixi arqumentə dayanırdı. Ərazi, orta əsrlərdən bəri ölkənin tarixi sərhədi tərkibində yerləşirdi.

Bura 1724-cü ildə avarlara məğlub olmamışdan öncə Kartli-Kaxeti krallığı tərkibində olub. Rusiya imperiyası isə ərazini 1804-1805-ci illərdə ələ keçirib. Buranı Şirvan, Nuxa və ya cənubdan Gəncə xanlıqları idarə etməyib.

Gürcülərin iddiasının həm də bir iqtisadi yanı var idi. Tbilisidən Kaxetiyə 1915-ci ildə dəmiryol xətti çəkilmişdi. Zaqatala kəndləri Kaxetiyə birləşmiş və Gürcüstan bazarına Azərbaycanın qalan hissələrindən daha çox inteqrasiya olmuşdular.

Gürcüstan tərəfi ərazidəki müsəlman demoqrafiyasından agah idi. Buna görə də yeni respublikanın konstitusiyası tərtib olunan zaman Zaqatala muxtar ərazi kimi qeydə alınır. Konstitusiyanın Muxtar Hakimiyyət adlı on birinci bəndi milli azlıqların haqlarını institutionallaşdırırdı. Bənddə qeyd olunurdu ki, Batumi (Acariya) və Abxaziya ilə yanaşı Zaqatala da muxtariyyət kimi tanınmalıdır. Konstitusiyada isə muxtariyyət yerli işlərdə muxtar hakimiyyət kimi tanınırdı.

Gürcüstan Zaqatalanı idarə etməsə də, Tbilisi beynəlxalq sənədlərdə buranın Gürcüstan ərazisi olduğunu göstərirdi. Gürcüstanlılar 1920-ci il mayın 7-si Moskvada Bolşevik hökuməti ilə saziş imzalayırlar.

Tbilisi danışıqlar aparacaq gücdə deyildi. Çünki bundan cəmi 10 gün əvvəl, 1920-ci ilin 26-27 aprelində Qırmızı Ordu Azərbaycana daxil olmuşdu. Bolşeviklər Gürcüstan ilə həm şimal, həm də şərqdən qonşuya çevrilmişdilər. Gürcüstan hökuməti razılıqda Zaqatalanın Gürcüstan ərazisi olduğunu qeyd etməyi bacarmışdı.

Başqa sözlə, Moskva bu ərazini Gürcüstan respublikasının bir hissəsi kimi tanıyırdı. Maraqlısı isə budur ki, Moskvada razılıq imzalanan əsnada Bolşeviklər Zaqatalanı Azərbaycan ərazisi kimi idarə edirdilər. Çox keçmədən bunun diplomatik manevr olduğu ortaya çıxır. Razılıq, heç bir il keçmədən öz əhəmiyyətini itirir. 1921-ci ilin fevralında Qırmızı Ordu Gürcüstana daxil olur.

Növbəti ildə isə Cənubi Qafqazdakı ərazi mübahisələrini tamamlamaq naminə çoxsaylı ərazi tənzimlənmələri həyata keçirilir.

Sərhədlər oradan-buradan dəyişdirilir. Hər üç Qafqaz respublikası bir az oradan qazanır, bir az buradan itirir. Sonda Bolşeviklər Zaqatalanı Azərbaycan Sovet Sosialist Respublikası tərkibində saxlayır.

Bəs niyə Bolşeviklər Zaqatalanı Sovet Azərbaycanı tərkibində saxladılar? Çox güman ki, cavabı Gürcüstan ilə Azərbaycan arasındakı digər ərazi münaqişəsində tapmaq olar: Borçalı. Bu məsələyə isə başqa bir essedə aydınlıq gətirəcəyik.

Dr. Harun Yılmaz,
Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü











SON XƏBƏRLƏR
Aqil Abbas: ”Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi borclarla bağlı addım atılsın”
Gəncədə həlak olanların sayı 3 nəfərə çatdı - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Türkiyədə TürkPA-nın iclası keçirilir
İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul edib
Qarakənd faciəsindən 27 il ötür
"Müşfiqi Bağırovun zirzəmisində divara hörüblər"– Ədalət Tahirzadədən yeni açıqlama
"Belarusa Dağlıq Qarabağ münaqişəsində tutduğu obyektiv mövqeyə görə minnətdarıq" - İlham Əliyev
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu – FOTO/VİDEO
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Rövşən Rzayev italiyalı diplomatla görüşdü - FOTOLAR
Gələcəyə ən çox hazır olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Səfəvilərin Çaldıran tragediyası - ARAŞDIRMA
Gürcüstanda 600 min nəfərin banka olan borcu - SİLİNƏCƏK
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürərək qaçan şəxs tutulub
Əli Kərimli 2500 manat cərimə edilərək azadlığa buraxılıb
Qarabağ “düyünü”nə düyün vuran vasitəçilər - TƏHLÜKƏLİ GƏLİŞMƏ
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb