Qarabag Media
Haqqımızda Əlaqə

Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov


Tarix:22-06-2018, 00:49 Kateqoriya:Manşet / Müsahibə

Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar QəhrəmanovKarabakhmedia.az tanınmış cərrah Bəxtiyar Qəhrəmanovun Goyce.az-a olan müsahibəsini təqdim edir:

-Doktor, söhbətə başlamazdan öncə istərdik tanınmış həkim,ziyalı kimi Goyce.az saytına xeyir-duanızı verəsiniz. Həm də bildiyimiz qədər siz də Göyçə mahalındansınız. Səhv etmirəmsə qədim yurd yerlərimizdən olan Qaraqoyunlu kəndindənsiniz .

-İlk növbədə yeni yaranan Goyce.az saytına və bu saytın nəzdində fəaliyyət göstərən Goyce internet televiziyasına uğurlar arzu edirəm. İnşallah bu sayt və internet televiziyası daha uğurlu və şanslı olar. Goyce.az saytının haqqında bölməsində qeyd etdiyiniz cümlələr, Oğuz Türklərinin əzəli vətəni Qərbi Azərbaycanın bütün mahallarının: tarixini, folklor - etnoqrafiyasını, qədim abidələrini, ədəbiyyat və mədəniyyətini; ictimai-siyasi və elm xadimlərinin həyat və yaradıcılığını; qədim Azərbaycan torpaqlarında süni şəkildə yaradılan Ermənistan dövlətinin işğal faktını işıqlandırır. Əlbəttdə bu məni sevindirir.Və fəaliyyətinizdə bir daha uğurlar arzu edirəm.

Bəli, mən 1979 - cu ildə Ermənistan Respublikası Vardanes rayonunda, Qaraqoyunlu kəndində (indiki Əzizli kəndində) ziyalı ailəsində anadan olmuşam.

-Bəxtiyar həkim siz uzun illər təcrübə keçmisiniz. Bu gün də estetik cərrah kimi fəaliyyət göstərirsiniz. Bildiyim qədər sizin əsas sahəniz estetik cərrahiyədir. İlk öncə Goyce.az-ın oxucularıyla sizi bir daha yaxından tanış etmək istərdik.Təhsilinizilə bağlı qısaca məlumat da bizi maraqlandırır.

-Mən Azərbaycan Tibb Universitetini bitirmişəm. 2004-cü ildən 2009-cu ilə qədər Yəmən Ərəb Respublikasında estetik cərrah kimi çalışıb, həmin ölkənin tibbi təcrübələrinə yiyələnmişəm. Təbiiki, Azərbaycandan kənarda işləmək Azərbaycanın özünü də təmsil etmək demək idi.

Çox şükürlər, hər bir işimiz, hər bir əməliyyatımız həmin ölkədə uğurlu oldu. Estetik cərrahiyyə üzrə də müəyyən son yenilikləri, son nailiyyətləri biz orada öyrənib ölkəmizdə də həmin nailiyyətləri tətbiq etdik və çoxlu uğurlu nəticə əldə etdik.

-Niyə məhz Yəmən Ərəb Respublikasını seçdiniz?

-Yəmən Ərəb Respublikasında əhali sayı çoxdu, həm də o ərəb ölkələrində tibbi personalın çatışmazlığına görə seçdim. 2012-ciildə Türkiyədə “Samsun On doqquz Mayıs Üniversitesi”də kurs və konfranslarda iştirak etdim.2013-cü ildə isə Yekaterinburqda Rusiya Federasiyasında Akademik Nudelmanın plastik cərrahiyyə üzrə kursunu bitirdim. Qeyd edim ki, akademik Nudelmanın tətbiqi kəşfi çox uğurlu olmuşdu. Daha sonra isə 2018-ci ildə Amerikada Harvard Medical Schoolda oldum.

-Azərbaycanda təhsil alıb Yəmən Ərəb Respublikasında tətbiq etmək, Azərbaycan təhsilinin hansı üstün cəhətlərini orada nümayiş etdirdi?

-Bütün cəhətləri. Azərbaycan təhsilinin və Azərbaycanda aldığımız praktiki təcrübələrin hamısı demək olarki, bütün dünyada, Avropada, Amerikada tətbiq olunan sistemlər sırasındadır. O səbəbdən bütün oxuduğumuz, öyrəndiyimiz, keçdiyimiz təcrübələri, müəllimlərimizin bizə öyrətdiklərinin hamısını biz orada tətbiq etdik. Həmin xəstələr üzərində də nəticələrimiz, nailiyyətlərimiz çox yüksək oldu.

-Tibbi ədəbiyyatla bağlı materiallar sizcə kifayət qədərdirmi?

-Bu gün bizim akademiklərimizin, müəllim və professor heyyətimizin yazdıqları kitablar yetəri qədər məlumatlarla zəngindir. Bu ədəbiyyatlar bizim ölkənin tibb təhsili üçün daha önəmlidir. Xarici ədəbiyyatların da xüsusi yeri, xüsusi rolu var. Çünki müəyyən tibbi ədəbiyyatlar varki o ədəbiyyatlar hələ Azərbaycan dilinə tərcümə olunmayıb.

Hər bir ölkənin özünün tibbi taktikası var. Əvvəllər xəstələrin əməliyyat reabilatisiyası ilə bu günki xəstələrin əməliyyat reabilatisiyası arasında çox fərq var.Bütün sahələrin inkişaf etdiyi kimi tibb sahəsi də günü-gündən inkişaf edir, yenilənir, metodikalar tam dəyişir.Elmdə yeniliklər əmələ gəlir. Biz də bu yenilikləri xaricdə öyrənib öz xəstələrimiz və Azərbaycanımız üçün tətbiq edirik.

-Bayaq qeyd etdiniz ki, ən nüfuzlu tibb məktəbi olan Harvard Medical Schoolda təcrübə keçmisiniz. Niyə məhz oranı seçdiniz?

-Bildiyiniz kimi Harvard Medical School dünyanın bir nömrəli tibb universitetidir. Universitetin nəzdində eyni zamanda dünyanın ən zəngin kitabaxanası yerləşir. Harvard Medical Schoolun elmi təcrübə dərnəkləri, elmi təcrübə üzrə laborotoriyaları, avadanlıqlar və aparaturaları müasir və zəngin olduğu üçün bu səbəbdən burada təcrübə keçməyə qərar verdim.

-Bu qədər təcrübə qazandıqdan sonra orada qalmadınız.Maraqlıdır niyə...

-Bilirsiniz , həm yaşayış şəraiti, həmdə sosial şəraitlər bizim orada qalmağımıza imkan vermirdi. Bizim məqsədimiz orada öyrənib həmin elmi,təhsili Azərbaycana gətirmək idi.Çox şükürlər olsun ki buna da nail olduq.

-Bu gün xəstələr sizə daha çox hansı problemlərlə müraciət edirlər. Və hansı əməliyyatlara daha çox tələbat var?

-Bizə müraciət edən xəstələr əsasən xanımlardır. Bu gün ki gündə də xanımlarda ən çox kilo almalarıdır ki, bu da bədənin estetik görünüşünü təşkil edir. Estetik gözəlliyi bərpa etməkdən əlavə biz xəstələrə xarici gözəllik veririk. Xarici gözəllikdə gələcəkdə yarana biləcək fəsadları aradan götürürük. Bel yırtığı oynaqlarda olan ağrılardı. Artıq çəki götürüləndən sonra təbii ki, oynağa güc düşmür. Bel onurğası sütununa güc düşmədiyi üçün ağrılar da olmur.

-Artıq çəkinin götürülməsi əməliyyatı müəyyən yaşdan sonra mənfi təsir göstərə bilərmi?

-Heç bir təsiri yoxdur. Sadəcə dərialtı piy toxuma kəsilərək götürülür. Əzələ diastazı bərpa olunur. Xarici gözəlliklə yanaşı xəstələrdə kilo azaldılmasına səbəb olur.

-İndi də abdominoplastika əməliyyatları ilə bağlı danışmanızı istərdim. Ola bilər ki, bu barədə məlumatı olmayan xanımlar və bəylər olsun.

-Bəli, bəylər də müraciət edir. Ancaq müraciət edən xəstələrin çoxu xanımlardır.Təbii ki, xanımlar ən çox kompleks etdiyi hissələr, yəni bədənin xarici estetik görünüşüdür. Bu da ən çox qarın nahiyəsinin, qarın piylərinin çoxalması ilə bağlıdır. Və yaxud da ki, doğuşdan sonra yarana biləcək fəsadlardan biri, qarın hissəsinin diastazı, sallanma problemidir. O səbəbdən xarici estetik görünüşünü bərpa xanımlar pəhriz saxlayır və yaxud idmanla məşğul olduqdan sonra nəticə əldə etmədikdə əməliyyata üstünlük verirlər. O zaman biz əməliyyat edib onun qarın düzəzələsinin diastazını aradan qaldırır, artıq yağları, piyləri çıxarırıq. Qarıngərmə əməliyyatını həyata keçiririk. Qarın düzədəsinin diaspazını bərpa edirik. Yəni gənclik illərində olduğu halında bədən formalarını bərpa etmək mümkündür.

-Bildiyiimiz kimi Qarıngərmə, Liposaksiya artıq piylərdən azad olmaq üçün əməliyyatdır.Yəni burada yaş kateqoriyası var. Yoxsa yaş məsələsi önəmlidirmi?

-Burada deyərdim yaş önəmli deyil. Sadəcə olaraq ana olmamış xanımlara andominoplastika əməliyyatı məsləhət deyil. Onu da qeyd edim ki,ana olmamış, xanımlara lipokaksiya məsləhətdir. Liposaksiyadan sonra xanımlar heç bir fəsad keçirmədən hamiləliyini başa çatdıra bilirlər. Abdominoplastika olduğu zaman xanımların hamilə qalması mümkündür. Amma gələcəkdə əzələlərdə yaranan fəsadların daha çox olduğu üçün bu əməliyyatı xanımlara məsləhət görmürük.

-Sizə müraciət edən xəstələr daha çox hansı əməliyyat üçün müraciət edirlər?

Ən çox liposaksiya, abdominoplastika, mammoplastika etmək üçün məhz xanımlar bu günki gündə bu tip əməliyyatlara üstünlük verirlər.

-İnsan bədənində piy olmasa insan yaşaya bilərmi?

-Ümumiyyətlə, insanın bədənində piy olmasa insanın yaşaması labüddür. Piy kütləsinin özü də insan orqanizmi üçün vacibdir. Sadəcə olaraq yenə də deyirəm, xarici estetik görünüş belə deyək ki,diz oynaqlarında olan ağrılardır. Beldə olan ağrıları bu tip xəstələrdə təqribən 6, 8, 10 kq götürə bilərik.12 kiloqram həcmində olan piyləri də götürmək mümkündür. Yəni,bu da xəstəyə uyğun olanda çox götürə bilərik.

-Bir neçə əməliyyatla plastik əməliyyatı bir yerdə etmək mümkündürmü?

-Mammoplastika, abdominoplastika, liposaksiya və p00opoplastika.Adını sadaladığım bu əməliyyatları eyni zamanda həyata keçirmək olar.

-Bəs, onlar bir-birinə əks təsir edirmi?

-Bu əməliyyatların bir-birinə əks təsiri yoxdur. Sadəcə olaraq bir üstünlüyü var ki, xəstələr bir dəfə narkoz olur və xəstə bir dəfə ağrı keçirir, bir dəfə xəstəxanaya gəlir. Üç-dörd prosesi xəstə bir gün ərzində yaşayır.

-Söylədiniz ki, xəstə xəstəxanaya ayrı-ayrı gəlirsə və hər əməliyyatın hərəsinin özünə məxsus narkoz dərəcəsi var.Bu da müəyyən dərəcədə orqanizmə təsir edir.Buradan bir sual yaranır ki, tibbi baxımdan bu əməliyyatlar mümkündürmü?

-Deyərdim ki, burada cərrahın profesionallığı lazımdır. Eyni zamanda bədənin sağlamlığı da şərtdir. Xəstə əməliyyatdan öncə müəyyən analizlərdən keçir. Yəni insanın buna dözümünün olub-olmaması ilə bağlı məcburən bu proseslərdən keçməlidir.

Həmin xəstələrə də narkozun verilməsi, yenə də deyirəm, cərrahın profesionallığından, təcrübəsindən asılıdır. Bir əməliyyat bir saat davam edirsə, təcrübəsiz cərrah bu əməliyyatı üç-beş saata edəcək. İki-üç əməliyyat bir yerdə olarsa, təbii ki, daha çox problem törədə bilər. O səbəbdən sırf cərrahın profesionallığı lazımdır ki, əməliyyatı vaxtında öz qaydasında icra edə bilsin. Ümumən dörd-beş saatlıq əməliyyatara rahat girib çıxa bilsin.Müasir günümüzdə dərmanların hesabına on-iyirimi saatlıq əməliyyatlar keçirmək də mümkündür.

-Bəs bədən necə reaksiya verir?

-Bədən normal reaksiya verir. Təbii ki, əməliyyatdan sonra nəzarətdə qalır. Xəstə müəyyən sistemlər, dərmanlar qəbul etməlidir ki, özünü toparlaya bilsin.

-Qeyri-peşakar həkimlərin apardığı uğursuz müayinələr və əməliyyatlar nəticəsində ölümlər kifayət qədər çoxalıb. Ümumiyyətlə həkim xəstəyə necə yanaşmalıdır?

-Həkim xəstəyə öz əzizi kimi yaxınlaşmalıdır. O bilməlidir ki, xəstə ona müraciət edibsə, həkim bir başa onun məsuliyyətini dərk etməlidir. Yəni, xəstə üzərində təcrübə keçməkdənsə, hər hansısa bir əməliyyata əyani olaraq illərlə baxmalı və öyrənməlidir. Təcrübə topladıqdan sonra əməliyyatı həyata keçirməlidir. Əməliyyatın nə olduğunu və məsuliyyətini dərk etməlidir.

Ən uzun əməliyyatınız neçə dəqiqə, və yaxud neçə saat olub ?

-"Apardığımız ən uzun əməliyyat səkkiz saat olub.

Bayaq qeyd elədiniz ki, sizə əməliyyat üçün müraciət edən xanımlar olur. Maraqlıdır o xanımların içində məhşurlar varmı?

-Məhşur xanımlarımız da olub.

-Sirr deyilsə, deyə bilərsinizm ki, kimlərdir?

-Təbii ki, bu bir sirrdir.(Gülür)

-Hipokrat andına nə qədər sadiq qalırsınız?

-Hipokrat andına sadiq qalmaq hər bir həkimin borcudur.

Doktor, sonda bu müsahibə üçün sizə dərin təşəkkürümü bildirirəm. Tibbi təhsilim olmasa da müsahibən əvvəl sizin haqqınızda kifayət qədər məlumat topladım.Müəyyən mənada sizinlə həmsöhbət olmağa qərar verdim.Söhbətin nə qədər maraqlı alınmasına da təbii ki oxucular qərar verəcək. Mən bu maraqlı və həm də dolğun müsahibə üçün sizə dərin təşəkkürümü bildirir, bütün xəstələrinizin də şəfalı əllərinizdən xeyir görməsini arzu edirəm.

-Mən də maraqlı suallara görə sizə təşəkkür edirəm. Çox sağolunki, siz də gəlib bizi işıqlandırırsız.Çox sağ olun.
Savalan Talıblı










SON XƏBƏRLƏR
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar - VİDEO
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub