Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı


Tarix:15-06-2018, 01:08 Kateqoriya:Manşet / Gündəm

Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı"Türk tarixinin, o cümlədən Azərbaycan Türk tarixininin ən böyük dövlət və fikir dühalarından biri Nadir şah Əfşardır (1689-1747). Çox yazıqlar olsun ki, İngilis, Rus və Fars imperializminin son iki əsrdə apardığı siyasət nəticəsində Türk tarixində Nadir şah Əfşar şəxsiyyətinə ya düşmən kimi baxılmış, ya da düşmənlərimizin şüurlarımıza yeritdiklərinin sonucu olaraq aşağılanmışdı. Çünki, o, bir Türk idi, Azərbaycan türkü." - bu fikirləri Karabakhmedia.az -a AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli bildirir.

Nadir şahın anım günlərinin Azərbaycanda və eləcə də türk dünyasında geniş şəkildə qeyd olunmamağını böyük haqsızlıq hesab edən Faiq Ələkbərli bildirdi ki, Nadir şah təkcə Azərbaycanda deyil, bütün türk dünyasının tarixində şərəfli yer tutur.

"Nadir şah ən böyük fateh və eyni zaman da böyük dövlət xadimidir. Nadir şah Türkiyə və İran əhalisi arasında geniş yayılmış sünni və şiə məzhəb davasının aradan qalxması üçün böyük səylər göstərib. Təəssüf ki, Sultan Mahmut onun bu ideyalarını vaxtında dəyərləndirmədi".

Nadir şahın sui-qəsd nəticəsində ölümünü türk dünyası üçün böyük faciə adlandıran Faiq Ələkbərli bildirdi ki, Ağa Məhəmməd şah Qacarın da sui-qəsd nəticəsində həlak olması türk xalqları üçün ağır zərbə idi.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli qeyd edir ki, Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı. "Biz niyə hər bir təşəbbüsü dövlətdən gözləməliyik? AMEA Tarix İnstitutu, tariximizin təbliği ilə məşğul olan QHT- lər bu yöndə fəaliyyət göstərməlidirlər. Hər il Nadir şahın anım günündə tədbirlər təşkil olunmalı, Azərbaycan və Türk dünyasının böyük şəxsiyyəti xatırlanmalıdır.

Ümid edirəm ki, qısa bir zaman ərzində Nadir şaha layiqli qiymət veriləcək" - deyə, Faiq Ələkbərli qeyd etdi.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb