Qarabag Media
Haqqımızda Əlaqə

İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO


Tarix:14-06-2018, 12:08 Kateqoriya:Manşet / Qəhrəmanlar

İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO

İsmayıllı rayonunda “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuş şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib.

Karabakhmedia.az xəbər verir ki, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Layihə işi üzrə qrafikə uyğun olaraq, növbəti tədbirini 08 iyun 2018-ci il tarixində Ismayıllı rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuş Mikayıl Yaqub oğlu Vahabzadənin anım mərasimi, İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta məktəbində məktəblilər arasında həyata keçirildi. Tədbirdə məktəbin direktoru İlqar Yərayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin nümayəndələrindən Aslan Şirəliyev və Pərvin İsmayılov, şəhidin atası Yaqub Vahabzadə və ailə üzvləri, İsmayıllı rayon Qarabağ qaziləri, məktəbin müəllim və şağird kollektivi iştirak etdilər.

Tədbirdən öncə şəhidin ailəsi Qarabağ qaziləri ilə birgə şəhid Mikayıl Vahabzadənin məzarı ziyarət olundu. Sonra tədbir məktəbdə davam etdirildi. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov davam etdirərək, donor təşkilat haqqında və layihə haqqında məlumat verdi. O, həmçinin, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulmasından və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi üçün bu tədbirlərin davamı olacağını qeyd etdi.

Məktəbin direktoru İlqar Yərayev şəhidin qəhrəmanlığından tədbir iştirakçılarına məlumat verərək, şagirdlərə şəhidin həyatı və vətən sevgisi ilə bağlı danışdı. Sonda tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Tədbirdə şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi.

Tədbirin sonunda şəhidin yaxınları da öz çıxışlrında şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına, eləcə də anım tədbirini təşkil edənlərə öz minnətdarlıqlarını bildirdilər.

Bunla da tədbir yekunlaşdı.

İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO

İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO

İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı