Qarabag Media
Haqqımızda Əlaqə

Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA


Tarix:14-06-2018, 01:58 Kateqoriya:Manşet / Türk dünyası

Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA

Böyük şəxsiyyətlərin ideyalarını öyrənmək, onları zirvəyə çatdıran fikirləri ilə tanış olmaq mənim ən böyük arzum olmuşdur. Elə ona görə də ulu Zərdüşt barədə, Dədə Qorqud barədə, dahi Füzuli barədə daim düşünmüşəm, axtarmışam, başqalarından fərqli bir şey tapanda mətbuatda dərc etdirmişəm. Lakin ədəbi aləmin qəsbkarlarının ən böyük silahı olan biganəliklə qarşılaşanda, bəzən ruhdan düşdüyüm vaxtlar da olur. Bu yaxınlarda isə professor Teymur Əhmədovdan eşitdiyim söz məni sakitləşdirdi: "Oğul, məsələ orasındadır ki, sən başqalarından fərqli yazmısan, özü də onlardan təqdir gözləyirsən.Sən bunları elmi şəkildə müdafiə elə, öz- özünə qəbul olunacaq "Və öz yoluma davam elədim. Bu dəfə Atatürk fenomini ilə məşğul olmağa başladım. Doğrudan da, bu kişidə nə sehr, nə cazibə olmuşdur ki, bütün türklərin mənəvi atası olmuşdur? Demək olar ki, yoxdan bir qüdrətli dövlət yaratdığına görəmi? İnqilabi islahatlar apardığına görəmi, yazdığı əsərlərə görəmi? Ya mənim bilmədiyim başqa xüsusiyyətlərinə görə?

Hər halda həyati və fəaliyyətinin öyrənilməsi çox zəruri olan bu dahi insan haqqında materiallar axtarmağa başladım. Satış mağazalarında və kitabxanalarda istədiyim materialları tapa bilməyəndə çox təəccübləndim. Kompüterdə onun yazdığı əsərlərin adlarını oxuyanda belə, rəngarənglik, tədqiqat sahələrinin çeşidləri insanı heyrətə salır. "Vətəndaş üçün mədəni bilgilər". Görəsən türkün nələri bilməsini vacib hesab etmişdir Atatürk? "Zabit və komandan ilə həsbi-hal". İlahi, sözə bax bir! "həsbi-hal"- yəni hal-əhval ıir ata qayğısı ilə aşılayır, deməli. Yaxud "Bölüyün müharibə təlimi". Görəsən, bu kitab niyə hər bir bölükdə yoxdur? Və yaxud" Həndəsə". Bəlkə də bu ad Atatürkə olan marağımı pik mövqeyə çatdırmışdır. Axı 30 ildən yuxarı bu fənni tədris etmişəm: Görəsən Mustafa Kamal paşa bu kitabında nə yazmışdır, çox maraqlıdır!

Çoxlu «izm»ləri öyrəndiyimiz halda "Kamalizim"i bilirikmi? Başqasının babalını yuya bilmərəm, şəxsən mən yaxşı bilmirəm! Bilməməyin çarəsi öyrənməkdir. Amma bu barədə məlumat almaq, kitablar tapmaq müşküldür. Atalar demişkən axtaran tapar. Bu məsəli də o mənada başa düşürəm ki, əgər kimsə bir şey tapıbsa, deməli onu axtarırımış. Ola bilsin heç axtarmayana rast gəlsin həmin şey, amma o tapıntı olmayacaq, bəlkə də gərəksiz şey kimi baxacaq o şəxs. Amma, axtaran tapar, inşallah. Elə tapdım da! Daha doğrusu, Atatürkün bircə kəlamının sehrinə düşməklə onu öyrənməyin zəruriliyinə inamım qat-qat artdı.

Atatürkün qurduğu Türkiyə Respublikasının əsas prinsipləri 2 şüarda aydın olur:

1. Hakimiyyət qeyd-şərtsiz millətindir.

2. Yurdda sülh, cahanda sülh.

Tez-tez eşitdiyimiz bu cümlələrdən 2-cisi mənə bir az qəribə göründü. Hərbiçinin sülh çağırışı görəsən hansı düşüncə tərzinin fəlsəfi axtarışın nəticəsidir. Özü də nəhəng bir hərbiçinin! Türk Qurtuluş mübarizəsinin başçısı kimi apardığı döyüşlərə fikir verək:

1. Sarıqamış, Qars qələbələri.

2. I İnönü qələbəsi.

3. II İnönu qələbəsi.

4. Çuxuroba, Qazantəpə, Qəhrəman Maraş döyüşlərində zəfərlər.

5. Kütahya-Əskişəhir zəfərləri.

6. Sakarya qələbəsi və nəhayət

7. Böyük Hücum və Zəfər döyüşü.


Bu döyüşdən sonra 24 iyul 1923-cü ildə Lozannada Qurtuluş Müqaviləsi bağlanmışdır. Türkiyə Böyük Millət Məclisi ona “Marşal” rütbəsi və “Qazi” titulu vermişdir. 1934-cü ildə isə Milli Məclis Atatürk soyadı vermişdir. Bu qədər zəfərlər qazanan sərkərdə hamını sülhə, barışığa səsləyirdi. Bəlkə də onu yaxşı anlayanlardan biri olan Ukraynalı yazar İqor Çerniqov bu mənada yazmışdır ki, Atatürkün islahatlarının nəticəsində müsəlman və qeyri-müsəlman türklər Ankaraya Məkkə kimi baxırlar. Gözəl fikirdir!

Ərəbcə "sülh" sözü ilə həmkök olan çoxlu sözlər vardır. "Saleh", "Səlah", lap elə namaz dediyiniz "Salat"də həmin sözdür. Müəzzinlərin azan verəndə dedikləri "Həyyə ələssəəlah!" çağırışı da "namaza hazır olun, səlah və ya saleh işlərə hazır olsun" deməkdir. Yəni, sülhə gəlin!

İlk baxışda hiss olunmasa da, Atatürkün çağırışı elə Peyğəmbərimizin çağırışı ilə üst-üstə düşür. Doğurdan da namaz qılıb da, onun hökümlərinə əməl edən insandan gözəl insan ola bilməz. Saleh insan, özü kimi insanlar yetirər, ətrafdakıları öz rəftarı ilə heyran edib saflaşdırar. Sülhsevən insanların cəmiyyəti olan ölkəsi isə bütün dünyaya örnək olaraq irəlidə gedər və dünyanı da sülhə aparar. "Yurdda sülh, cahanda sülh" şüarının bu cür yozumunu yaza-yaza mən müasir Türkiyənin indiki durumunu fikirləşirəm. Bütün dünyada demokratik hakimiyyəti ilə, ölkədə xalq tərəfindən sözünü cəsarətlə deyən rəhbəri ilə fərqlənən bir dövlətdir Türkiyə. Ulu Dədə Qorqud öz soylamalarının birində demişdir ki, sonda hakimiyyət Qayıya dönəcək və bu qiyamətədək sürəcəkdir. Dədənin sözləri haqdan gəlirdi və biz Türkiyənin artan nüfuzunu gördükcə bunun haqq olduğuna inanırıq.

Marşal Atatürkün sülh çağırışına səs verib əməl edən türk milləti hələ çox nailiyyətlər qazanacaqdır. Tarix sübut etdi ki, biz onun irsini diqqətlə öyrənməli, öyrəndiklərimizi gələcək nəsillərə ötürməliyik. Bunun üçün isə Atatürk əsərlərinin dərc olunması, yayılması, oxunması, öyrənilməsi çox aktual məsələdir.

Xəstəyə şəfa olacaq bir dərmanın adını, tərifini dönə-dönə təkrar etdirməklə onun dərdi sağalmaz. "Mustafa Kamal Atatürk dahi bir şəxsiyyətdir" deməklə də bizim işimiz qurtarmır. O zirvənin nəhəngliyini görürüksə, niyə ziyarətinə getməyək,əsərlərindən mənfəət əldə etməyək?

Azərbaycanda yaranmış gözəl şəraitimiz, iqtisadi yüksəlişimiz, müstəqilliyimizin bəhrələri bizə imkan verir ki, ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, Nəriman Nərimanovun, Məmməd Əmin Rəsulzadənin, Səttarxanın, Xiyabaninin, Pişəvərinin və s. tarixi şəxsiyyətlərin əsərlərini, elmi irsini daha dərindən, hər tərəfli, dəqiq şəkildə öyrənək.

Axı onlar xalq,millət yolunda çalışmış, ömürlərini bu amala həsr etmişlər!

Respublikamızda indi mətbuat və nəşriyyat sahəsində geniş, imkanlar yarandığı halda lazım olan materialların, kitabın tapılmaması özümüzün günahımızdır.

Həbib Həbiboğlu










SON XƏBƏRLƏR
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı
Hafiz Hacıyevin şortikli kişilər dərdi
Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
Şou ruhu ilə Qarabağ olmaz
Türkiyə seçkilərindən sürpriz gözləməyə dəyərmi?
Azərbaycan yeni hərbi helikopterlər əldə edib - VİDEO