Qarabag Media
Haqqımızda Əlaqə

Ət kəsimi küçələrdən yığışdırılır - Yeni tələblər


Tarix:12-06-2018, 12:05 Kateqoriya:Manşet / Gündəm

Ət kəsimi küçələrdən yığışdırılır - Yeni tələblər

"Azərbaycan ərazisində iri və xırda buynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsim məntəqələrində həyata keçiriləcək"

Karabakhmedia.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O, bildirib ki, həmin məntəqələrin müəyyənləşməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.

"Həm Bakı şəhərinin, həm regionları əhatə edən şəhər və rayonların əhalisinin sayına və orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə müəyyənləşdiriləcək ki, hər bir zonada neçə ət kəsimi məntəqəsi fəaliyyətə başlayacaq".

Agentlik sədri bildirib ki, bu iş inzibati qaydada deyil, mərhələli formada həyata keçiriləcək: "Azərbaycan ərazisində hazırda fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı və onların sanitar-gigiyenik durumu, vəziyyəti monitorinq olunacaq. Bununla müəyyənləşdirəcəyik ki, hazırda fəaliyət göstərən məntəqələrin sayı nə qədərdir və Azərbaycan ərazisi üzrə nə qədər kəsim məntəqələrinə ehtiyac var. Artıq həmin kəsim məntəqələrinin stasionar, modul və ya mobil tipli olmasını sahibkarları özləri müəyyənləşdirəcək. Həyata keçirilən işin həcmindən asılı olaraq müəyyənləşəcək ki, hansı tipli məntəqələr seçilsin".

Q. Təhməzli qeyd edib ki, Azərbaycan ərazisində iri və xırda buynuzlu heyvanların bütün sanitar-gigiyenik normalara əməl olunmaqla kəsimi və satışı təmin olunduqdan sonra küçə və meydançalardan qeyri-qanuni kəsimi və satışını yığışdırılacaq və mərkəzləşmiş şəkildə əhalinin sağlamlığına təhlükə törətməkdən məntəqələrdə kəsim həyata keçiriləcək.

“Daha sonra uyğunlaşdırılmış nəqliyyat vasitələri ilə daşınan ət məhsullarının mağazalarda satışı həyata keçiriləcək. Bu məsələdə ciddi maarifləndirmə işinə ehtiyac var. Əhalidə yanlış düşüncə tərzi yaranıb ki, iri və ya xırda buynuzlu heyvan onun gözü önündə kəsilirsə, bu daha yaxşı ət hesab olunur. Bu, əsla belə deyil. Qida məhsulları risklərə görə müəyyənləşdirilir, bunlar arasında ən yüksək riskli məhsullar heyvan mənşəli məhsullar hesab olunur. Bilavasitə zonoz infeksiyalarının yayılması isə əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoya bilər.

Ət kəsimi məntəqələrində kəsilən ətdə hər hansı problemin olacağı ilə bağlı fikirlərlə razı deyiləm. İri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq nümunələrindən keçməlidir, çünki onların daşıdıqları zonoz infeksiyaları həddindən artıq təhlükəlidir. Heyvanı kəsən və alan şəxslər bilməlidir ki həm özlərini, həm ailə üzvlərinin sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Ət kəsimi məntəqələrində müvafiq baytarlıq, sanitar ekspertiza laboratoriyaları təşkil olunacaq və kəsimdən sonra heyvanların sağlamlığı ciddi ekspertizalara cəlb olunacaq. Bundan sonra satışa və ya istehsala ət məhsulları yönəldiləcək".

Agentlik sədri vurğulayıb ki, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşımalıdır. "Həmin heyvanların daşındığı andan sonra dincəlməyə buraxılması, onların bədənində keçirdikləri həyacan hissi nəticəsində yaranan adrenalinin miqdarı artır və onların əti istifadə üçün qənaətbəxş ət hesab olunmur".

Aytən Zəhra










SON XƏBƏRLƏR
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır