Qarabag Media
Haqqımızda Əlaqə

Abdulla Şaiq yaradıcılığında insan problemi


Tarix:11-06-2018, 23:51 Kateqoriya:Manşet / Cəmiyyət

Abdulla Şaiq yaradıcılığında insan problemiAzərbaycan ictimai-bədii fikrinin yeni çalarlarla zənginləşməsində, cilalanmasında, əxlaqi-fəlsəfi mahiyyət daşımasında görkəmli şair və nasir Abdulla Şaiq Talıbzadənin əvəzsiz xidmətləri olmuşdur. Keşməkeşli həyatın acı və yaddaşlarda daşlaşan ibrət dərsləri A.Şaiqi də öz həmcinsi olan insan haqqında düşünməyə, danışmağa məcbur etmişdir. Axı cəmiyyətdə yaşayıb, ondan kəınar gəzmək, onunla maraqlanmamaq mümkün deyil. Ola bilməz ki, yetmiş səkkiz il içərisində yaşadığın bir cəmiyyət haqqında gələcək nəsillərə çatdırmaq üçün müəyyən fərdi mülahizələrin, gəldiyin qənaət və çıxardığın nəticələrin olmasın.

Bir halda ki, bütün sənət əsərləri insana həsr olunur, insan üçün yaradılır, onların mərkəzində insan dayanır, onun fəaliyyətinin, xarakterinin, fəlsəfi, etik-estetik, dini, elmi, siyasi və sair baxışlarının təhlili, tədqiqi və tənqidi verilir, bu baxımdan Abdulla şaiqin bədii yaradıcılığını izləmək xüsusi əhəmiyyətə malikdir. O, geniş dünyagörüşə və təcrübəyə malik bir sənətkar idi. İnsan, onun cəmiyyətdə təbiətdə yeri, onun zahiri və batini aləmi, mənəviyyatının zənginliyi, vəzifəsi və s. bu kimi məsələlər Abdulla Şaiqi də həmişə rahatsız və bu barədə söz deməyə vadar etmişdir.

Ədib hər gün rast gəldiyi, görüşdüyü, danışdığı yaxın və uzaq adamların əqidə, məslək, inam və etibar cəhətdən çox fərqli olmalarını qanunauyğun, təbii bir hal sayırdı. Lakin keçmişini, əsil-nəcabətini unudub soykökünə arxa çevirmək, minilliklər ərzində yaranıb möhkəmlənmiş mütərəqqi adət-ənənələrə hörmətsizlik göstərmək, valideynlərin üzünə ağ olmaq, onların zəhmətini itirmək, övladlıq borcunu unudub, valideynlərini bəyənməmək, hətta, onları lağa qoymaq kimi qeyri-insani keyfiyyətləri kəskin tənqid edir, bu yolla gənc nəsli insanlığa çağırır.

Abdulla Şaiqə görə, həyatın mənası xoş güzəranda və qayğısız yaşamaqda deyil. Heyvanlar çəmənliklərdə qayğısız yaşayır. Bəs insan həyatı ilə bunun arasındakı fərq nədən ibarətdir? Əlbəttə, məqsədin olub-olmaması da bu fərqə daxildir. Lakin insan heyvan kimi təbiətdən təkcə qidalanmaqla kifayətlənmir, o, eyni zamanda təbiətdən ilham alır, zövq alır, təsirlənir və ona qarşılıqlı təsir göstərir. Bu prosesin özü insanda həyatı davam etdirmək, onu dəyişdirmək, ondan daha səmərəli şəkiuldə istifadə etmək həvəsini, arzusunu oyadır, gücləndirir.

Amma əgər insan onu dünyaya gətirən, böyüdən, həyat verən valideyninə qarşı nankor olursa, o, təbiətin nemətlərinə, gözəlliyinə təşəkkürünü bildirmək qabiliyyətinə malikdirmi? Ona qayğı göstərən cəmiyyətə sədaqətli ola bilərmi? Öz həmcinsinin qayğısına qala bilərmi? Xalq, vətən yolunda çətinliklərə, ağrı-acıya dözə bilərmi?

Söhbət əsil insandan gedirsə, bu sifətlər ona məxsusdur Abdulla Şaiq öz həmcinsini belə görmək istəyir. Təəssüf ki, belələri azdır. Yazıçının “Göbələk” adlı hekayəsindən bir parçaya diqqət yetirək:
“...Mənim əqidən budur ki, insan gərək günlərini bir-birindən xoş keçirsin. Odur ki, mən Avropa varlılarının adət-ənənələrini ürəkdən sevirəm. Onlar yaşamağın qaydasını çox yaxşı bilirlər. Ömürlərini kefdə, damaqda keçirirlər. Beş günlük dünyadır, gününü elə keçir ki, qəm görməyəsən.”
Qulu bəy öz dediklərindən şad halda ayağa qalxdı, iki-üç addım geri çəkilərək, birinci dəfə görürmüş kimi, öz üst-başını, lak tuflilərini diqqətlə nəzərdən keçirtdi:

- Bax, bunların hamısı son moda ilə tikilmişdir. ..Özü də Parij jurnallarından götürülmüşdür. Öz geyimlərimizdən lap zəhləm gedir. Doğrusu, başı papaqlı, üst-başından kəndlilik tökülən adamları görməyə heş gözüm yoxdur.”

Burada yaxşı deyiblər:”Bağa çanağından çıxdı, çanağını bəyənmədi”. Modaya uyğun gəlməyən, səriştəsiz dərzilər tərəfindən tikilmiş paltarı bəyənməmək olar, yaraşıqlı, səliqəli geyinməyi xoşlamaq təqdirə layiqdir. Lakin “başı papaqlı, üst-başından kəndlilik tökülən adamları” bəyənməmək, onlara xor baxmaq – öz əslinə, nəcabətinə, kökünə dönük çıxmaq deməkdir. Belələrinə insan demək – insanlığı təhqir etməyə bərabərdir. Çünki əgər Qulu bəy kəndlilərin mədəni geriliyinə etiraz edib, onların inkişafı barəsində gileylənsə idi, onun mütərəqqi fikrili ziyalı olması zənn edilərdi. Lakin bu, belə deyil. O, kəndliliyə nifrət edir, hətta, bir az da dərinə gedərək öz kimliyini büruzə verir:

- Bərk ayaqda mən heç atamı da tanımıram. Atam dedim, yadıma düşdü. İndi atamın bir az var-yoxu var,-deyə yaxınlıq edirəm. Yoxsa, heç yanıma gəlməyə də qoymaram. Başına köhnə müsəlman papaqlarından qoyub küçəyə çıxanda, ona heç salam da vermirəm.

- Niyə? Papaq ki, bizim milli geyimimizdir. Kişilərimizin çoxu indi də papaq qoyur.

- Siz, yazıçı olmağınıza baxmayaraq, lap elə mənim atam kimi düşünürsünüz. Papaq yaxşı olsaydı, Avropanın ziyalıları da ondan qoyardılar. Bu motal papaqlar, büzməli çuxalar lap zəhləmi tökübdür. Atamın ölməyini gözləyirəm. Ölən kimi var-yoxunu götürüb bir baş Parijə, o gözəllər və hallar şəhərinə gedəcəyəm. Bəlkə, heç qayıtmadım da.”

Nə yaxşı ki, belə adamlar cəmiyyətdə çoxluq təşkil etmirlər. Doğma atasının ölümünü arzulayan, onun var-dövlətinə göz dikən, bir udum hava almasına paxıllıq edən bir övladdan törəyənlər necə olacaqlar? Bunlar cəmiyyətə nə verə biləcəklər? Xalqa necə xidmət edəcək, vətən uğrunda, babalarımızın bizə əmanət qoyduqları namus, qeyrət və şərəfin mühafizə və müdafiəsi yolunda hansı addımları atacaqlar?! İnsanlıq hansı çətinliklərlə qarşılaşacaq, hansı mövqedə duracaqdır?

Müəllif fikrini, məqsədini daha aydın çatdırmaq üçün qəhrəmanının daxili aləmini onun öz sözləri ilə açır:

-Canım, bu köhnə adamlar bir bəladır. Onlarla keçinmək, hər istəklərini yerinə yetirmək üçün insanın əsəbləri dəmirdən olmalıdır. Ax, onun əlindən nələr çəkmədim? Geniş dünya başıma dar, işıqlı dünya gözlərimdə qaranlıq görünürdü. Dava etmədiyimiz bir gün yox idi. Mən onun hər hərəkətindən nifrət etdiyim kimi, o da mənim hər işimə qarışır, hər bir hərəkətimi şiddətlə tənqid edirdi: ” Belə etmə, elə oturub-durma!- deyə, acı tənqidlərlə məni lap haldan çıxarırdı... Mən də köhnə fikirli, köhnə geyimli bu adamla danışmaq istəməyərək, ondan qaçmağa çalışırdım. Hətta, tanımayanlara: “ bizim xidmətçidir” deyirdim. Nəhayət, mən onu dinləməkdən yoruldum, o, söyləməkdən. Hər ikimiz bir-birimizə uyuşmadığımızı hiis etdik. Bu hiss bizi bir-birimizdən uzaqlaşmağa məcbur etdi. Nəhayət, mən qalib çıxdım. Axır ki, qocanı məzara basdırdım, həm də bir daha soyuq məzəmmətlərini eşitməmək üçün köhnə, çürük fəlsəfə və mühakimələri ilə bərabər.”

Bu parçadan çıxış edərək Qulu bəy kimilərə insan demək olarmı? Axı valideynlik məhəbbətini, qayğı və zəhməti dərk edib qiymətləndirmək, övladlıq borcunu hiss etmək, böyük-kiçiklik münasibətlərini gözləmək insanlığa xas olan keyfiyyət və əlamətlərdir. Bunlar isə Qulu bəylərdə yoxdur. Onda heyvan ilə belələrinin fərqi nədədir? Sadəcə olaraq, zahiri görkəm və formalarında.

Ədibi vahiməyə salan, həyəcanlandıran da elə bu məsələlərdir. İnsan gərək öz adına uyğun hərəkət etsin, bu insan adını uca tutmağa, ona şöhrət, şərəf gətirməyə çalışsın, bunu bütün fəaliyyəti ilə doğrultsun. Xalqın böyüklüyü, cəmiyyətin sağlamlığı onun üzvlərinin əxlaqi-mənəvi kamilliyindən, təfəkkürünün mütərəqqi yönümlü inkişafından, cəmiyyət qarşısındakı borcunu, vəzifə və məsuliyyətini dərketmə prosesinin səviyyəsindən asılıdır. Bir övlad ki, yad adamlar yanında atasını “bizim xidmətçidir” -, deyə təqdim edə, “köhnə adam”kimi ona nifrət bəsləyə, faydalı nəsihətləırinə, məsləhətlərinə etinasızlıq göstərə, o, xalqı sevə bilərmi? Cəmiyyətə layiq bir adam ola bilərmi? Vətən, xalq, el-oba ondan faydalana bilərmi? Əsla yox!

Abdulla Şaiqə görə, dünyada insan üçün ən qiymətli, əvəzsiz bir şey varsa, o da sadəlikdir. Sadəlik insanın bəzəyidir. Həqiqi insan riyadan, sünilikdən azad, sadə və səmimi olmalıdır. Sadəlik insana şərəf gətirər, onu ucaldar, dildən-dilə salar, xatirələrdə əbədi yaşadar. Kişinin də, qadının da bəzəyi sadəlikdir. Sadəlik ümumi zinətdir,burada cinsi fərqlər yoxdur. Ədibin gəldiyi qənaət belədir.

Ən dəhşətli və faciəli hal odur ki, insan öz həmcinslərinə biganə qalır, onun yanar həyatını xilas etmək üçün səy göstərmir. Bütün pisliklərin, şər işlərin səbəbini mövhumi qüvvələrdə görən insan hələ dərk edə bilmir ki, belə qüvvələr göylərdə yox, yerdədir, xəyali, mövhumi deyil, gerçəkdir, realdır. Bu qüvvələr elə insanın özüdür, onun şüurunun məhsuludur. Heç bir şər qüvvə, heç bir iblis, xənnas, şeytan yoxdur. Bu adlar insan oğlu insana məxsusdur. Özünüdərk səviyyəsinə çatmayan, yüksəlməyən insan özünün pis əməllərini, alçaq hərəkətlərini özündən uzaqlaşdıraraq, xəyali cin, şeytan və sair adlı qeyri varlıqlara aid edir. Bu da insanın hələ kamilləşmədiyinə, yarımçıq qaldığına dəlalət edir.

(Ardı var)

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
Fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
Işçisi, f.ü.f.d, Qabaqcıl Maarif Xadimi










SON XƏBƏRLƏR
Bakıda məktəbdə xeyli sayda hərbi sursat aşkarlandı
Adnan Oktarın böyük qardaşı da saxlanıldı
Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
“Anamın göndərdiyi pulla dolanıram” – Saakaşvili
SƏFƏRİ MƏNİM MƏCLİSİMƏ GƏTİRMİŞDİLƏR
"Qarabağı rəsmən itirsək, gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq"
Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi
“Dağlıq Qarabağ yox desə, məsələ həll olunmayacaq”
Bu müəllimlərin maaşı artırılacaq - RƏSMİ
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Bakıda Mikayıl Müşfiqin qalıqları tapıldı
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
Cümhuriyyətlə yaşıd sevgi hekayəsi – “Əli və Nino”
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
Türkiyədə antitteror əməliyyatı: 18 terrorçu məhv edildi
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar