Qarabag Media
Haqqımızda Əlaqə

Hayların gizli mətləbləri -ARAŞDIRMA


Tarix:11-06-2018, 12:52 Kateqoriya:Manşet / Araşdırma

Hayların gizli mətləbləri -ARAŞDIRMA

Ərmən-qıpçaqların varisləri kimdir?

Vaxtilə bir məqalə oxumuşdum. Orada “ərmənlər” – ermənilər barədə ötəri də olsa söz açılırdı. Müəllif (adını xatırlamadığım üçün üzr istəyirəm) “erməni” – “ərmən” sözünün etimalogiyasını araşdıraraq belə bir nəticəyə gəlmişdi ki, “ər” və “mən” sözləri sırf türk sözləridir və ərlər, ərənlər mənasını verir. Eyni zamanda göstərilirdi ki, ərmənlərin hələ keçmiş zamanlarda da “hay” kimi tanınan üzdəniraq qonşularımıza heç bir aidiyyatı yoxdur. Onlar qıpçaqdilli türk boylarından birinə məxsus olublar.

Bu mühüm məsələnin Azərbaycan tarixçilərinin nəzərindən yayınması daim tarixi saxtalaşdırmaqla məşğul olan hayların əlinə yeni fürsət verib. Sank-Peterburq, Varşava,Vena və digər şəhərlərin muzeylərində saxlanan ərmənlərə məxsus məxəzləri intensiv şəkildə dövriyyəyə buraxılır. Onlar dünya mətbuatında demək olar ki, hər gün qıpçaq ərmənlərin hay olduqları barədə məqalələr dərc edir, beynəlxalq ictimaiyyəti utanıb qızarmadan aldadır, yanlış fikirləri həqiqət kimi hər kəsin beyninə yeritməyə çalışırlar. Yalanları sırımaq üçün əllərində tutarlı kozırları da var. O da ondan ibarətdir ki, dünyada onların ölkəsini Armeniya kimi tanıyırlar. Heç kəsə sirr deyil ki, heç bir hay öz millətini “erməni” adlandırmır. Onlar özlərinə “hay”, məskunlaşdıqları əraziyə isə “Hayastan” deyirlər.

Bir şeyi də deyim ki, hayların üzə çıxardıqları ərmən-qıpçaq məxəzləri ərmən əlifbası ilə yazıya alınıb. Bəzilərinin az qala min ilə qədər yaşı var. Bununla da onlar guya sübut edirlər ki, ərmən-qıpçaqlar indiki hayların babalarıdır, yaxud hansısa bir qoludur. Ən çox istinad etdikləri isə XII-XIII əsrlərdə Gəncədə yaşamış Mxitar Qoşun “Törə bitigi” (“Qanunlar kitabı”) qanunnaməsi, XVII əsrdə yaşamış Aqop Kirkoroğlunun kitablarıdır. Hay tarixçiləri ərmən-qıpçaq əlifbası ilə yazılmış kitablardan bəzi cümlələri rus əlifbası ilə verir, bu cümlə və ifadələrin erməni-qıpçaq dilində yazıldığını iddia edirlər. Bu cür ifadələrdən biri də belədir: “Bizim til”. Məncə, geniş şərhə ehtiyac yoxdur. “Bizim til” elə bizim dildir. Başqa bir ifadə: “Xorxudan kimsə çahırsa”. Burda da tərcüməyə ehtiyac yoxdur. Söz və məna anlaşılandır: “Qorxudan kimsə çağırsa”. Belə misalların sayını artırmaq da olar. Hər kəsdə aydın təsəvvür yaratmaq üçün elə bu da kifayətdir.

Qıpçaq boylarında geniş işlənən sağrı “nun” bu gün də türkdilli qıpçaq xalqlarının əlifbasında aparıcı yer tutur. Yeri gəlmişkən, Gəncə-Qazax zonasında, Borçalı ellərində yerli əhalinin dilində sağrı “nun” bu gün də qalmaqdadır. Görəsən, haylar özlərinə niyə sual vermirlər ki, ərmən-qıpçaqlar haydırsa, onların qurbağa qurultusuna bənzəyən dillərində bu hərfin izi niyə qalmayıb? Çünki sərf etmir.

Mən başa düşə bilmirəm, bizim yüzlərlə tarixçi alimimiz Akademiyaya yığışıb nə iş görürlər. Bir vaxt dağlıq ərazilərdə, ərəblərin əli çatmayan yerlərdə islamı qəbul etməmiş xaçpərəst albanları erməniləşdirib manqurtlaşdıran hay yepiskoplarının vəzifəsini indiki tülküdən bic hay tarixçiləri yerinə yetirirlər. Bəs bizim tarixçilərimiz harda yatıblar? Hərdən ayılanda da fantaziyalarını işə salır, məlum tarixi faktları çeynəyib çürütməklə, hayları söyməklə məşğul olurlar. Rəhmətlik şair Bəhmən Vətənoğlu yazırdı:

“Dağın bu üzündən o biri üzünə
Düşməni söyməklə vətən qayıtmaz”.


Boş-boş işlərdənsə, ortaya tutarlı faktlar tapıb qoymaq və təbliğini geniş şəkildə təşkil etmək lazımdır. Bu isə təbii ki, ağır, üzücü bir işdir. Əsgər gecə-gündüz, ilin bütün fəsillərində - qarda-yağışda, qora bişirən istidə Vətənin, millətin keşiyini çəkdiyi kimi tarixçilərimiz də mənəvi sərvətlərimizin keşiyində ayıq-sayıq durmalı, onun başqaları tərəfindən zəbt olunmasının qarşısını almaq üçün əsl mücadilə aparmalıdır. Təssüf ki, bunu görmürük.

Qardaşlar, silkinib yuxudan oyanmaq vaxtıdır. Ayının min oyunu olduğu kimi hayların da məqsədi bütün vasitələrdən yararlanaraq Alban – oğuz-qıpçaq ərazilərinin, Qədim Azərbaycan torpaqlarının şəriksiz sahibi, ərmən-qıpçaqların həqiqi varisləri olduqlarına dünyanı inandırmaqdır. Belə ləng tərpənsəniz torpaqlarımızın iyirmi faizi kimi ərmən-qıpçaqlarımız da əlimizdən çıxacaq.

Amil AVOĞLU












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ