Qarabag Media
Haqqımızda Əlaqə

Rusiya yeni silahı ilə Qərbə meydan oxudu


Tarix:8-06-2018, 13:03 Kateqoriya:Manşet / Dünya

Rusiya yeni silahı ilə Qərbə meydan oxudu

Hazırda yeni silah üçün tam yeni döyüş komplekti hazırlanır.

Rusiyanın yeni "Terminator-3" tanklara dəstək hərbi maşını (TDHM) trayektoriyanı korrektə etməyə imkan verən mərmilərlə təchiz olunacaq. "RİA Novosti" xəbər verir ki, bu da ona pilotsuz uçuş aparatı ilə mübarizə aparmağa imkan verəcək.

"50 millimetrlik silah hazırda "Terminator"lara quraşdırılan Sovet istehsalı olan 30 millimetrlik silahlardan daha çox imkanlar yaradır" — deyə Müdafiə Nazirliyindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, yeni silah üçün tam yeni döyüş komplekti hazırlanır: "Trayektoriyası korrektə olunan mərmi müəyyən hüdudlar çərçivəsində öz trayektoriyasını dəyişə bilər ki, bu da uçan pilotsuz aparatlar da daxil olmaqla havadan olan hədəflərlə mübarizədə kömək edəcək".

Qeyd edək ki, mayın əvvəlində Rusiya Müdafiə Nazirliyi öz rəsmi "Facebook" səhifəsində tanklara dəstək hərbi maşını (TDHM) "Terminator"un imkanlarını göstərən video-çarx paylaşıb. 49 saniyə davam edən videoda döyüş maşınının maneələrdən keçməsi, həmçinin düşmən hədəflərinə atəş açması əks olunur.

"Terminator" TDHM nüvə silahı və digər kütləvi qırğın silahlarının tətbiqi şəraitində çoxnövlü hərbi vasitə kimi tank və motoatıcı dəstələrin tərkibində manevr döyüş fəaliyyətinin aparılması üçün nəzərdə tutulub.

Hərbi maşın 30 millimetrlik qoşa avtomatik 2A42 tipli toplarla, iki ədəd AQ-17D minaatan, 4 ədəd "Hücum" adlı idarəolunan raket əleyhinə raketlər və 7.62 millimetrlik "Kalaşnikov" pulemyotu ilə təchiz olunub. Müqavilə üzrə "Terminator"ların Rusiya Müdafiə Nazirliyinə tədarükü 2019-cu ilin əvvəlində başa çatdırılacaq./Sputnik Azərbaycan/

Karabakhmedia.az











SON XƏBƏRLƏR
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır